Məşhur rus yazar: “Yazıçı gərək Twitterdən maraqlı yazsın”

Məşhur rus yazar: “Yazıçı gərək Twitterdən maraqlı yazsın”
29 yanvar 2014
# 08:30

Dmitri Bıkov 1967-ci ildə Moskvada anadan olub. Yazıçı, şair, jurnalist, tele-radio aparıcısıdı. “Orfo-qrafiya”, “Evakuator”, “İks”, “Siqnallar” və başqa romanların müəllifidir. “Böyük kitab” və “Milli bestseller” mükafatlarının sahibidir.

Kulis.Az Dmitri Bıkovun “Arqumentı i faktı” saytına müsahibəsini təqdim edir.

- Sovet dövründə SSRİ-ni ən çox kitab oxunan ölkə adlandırırdılar. Həqiqətən belə idimi?

- Əlbəttə, belə idi. Mən yalnız bunun yaxşı şey olmasından əmin deyiləm. Millət oxuyurdu, amma oxuduğunu qavramırdı. Çox şeydə hövsələsini basırdı, çox tez də ideallarından döndü. Ümumiyyətlə yaşadığından çox oxuyurdu. Ədəbiyyatdan təkcə maraqlı vaxt keçirmək deyil. Necə ki, SSRİ-də sosialist realizmi reallıqdan kənarda mövcud idi, o da həyatdan kənarda mövcud idi. Adamlar ən azından nəyin yaxşı, nəyin pis olduğunu bilirdilər. Buna görə də sağ olsunlar, amma davranışlarında bu hiss olunmurdu.

- İnternet sayəsində bu gün ədəbiyyat əlçatan olub. Ancaq mənə elə gəlir ki, rusiyalılar az oxumağa başlayıblar.

- Məndə belə təəssürat yoxdu, hamı qadjetləri dürtmələyir, Twitter və başqa sosial şəbəkələri oxuyurlar. Yazıçıdan tələb olunan odur ki, elə yazsın Twitterdən maraqlı olsun. Daha doğrusu insanlarla ancaq onların real problemləri barədə danışsın.

- İnsanın nə oxumasının fərqi varmı?

- Əlbəttə. Pis ədəbiyyat pis yemək kimi təhlükəlidi. İnsan adətən savadsız, zəif, ikinci dərəcəli, kitab oxuduğunu dərk edir. Və nə üçünsə bu proses ona həzz verir: o ya özünü yazıçıdan ağıllı hesab edir, ya da ona pis zövqün maksimal ifadəsi hegelvari sevinc verir. Bu həzzlə misal üçün bəzən Sovet nəsrini və ya müasir kollektiv romanları oxumaq olar. Lakin bu həzz heç də zərərsiz deyil: o yalnız taqətdən salır.

- Bəzən oxuyan adamlardan eşdirəm ki, müasir ədəbiyyat onları heç cürə qane etmir, inkişaf etdirmir, buna görə də klassikaya qayıtmağa üstünlük verirlər. Sizcə müasir ədəbiyyatdan hansılar klassika ola bilər.

- Nəyəsə görə amerikalılar sarıdan rahatam. Orda bir çox mətnlər var ki, yəqin klassika olacaqlar. Adam Levinin “İnstruksiya”sı, Conatan Franzenin “Düzəliş”i, Tomas Pinçonun “Mənim dəfn günümdə”dəsi, Mark Danilevskinin “Yarpaqlar evi”, Filip Rotun demək olar bütün əsərləri, D. F. Uollesin, rəhmətliyin “Sistem təmizliyi” və “Solğun kral” əsərləri və həmçinin Kinqin bir çox əsərləri. Xeyli sayda dokumental ədəbiyyat da bura daxildi. Mən qətiyyətlə “Harri Porter”in artıq klassika olmasından əminəm. Bu Roulinqdən hələ çox şey gözləmək olar. Hər şeydən əvvəl “Keşikçi” əsəri ilə Çarlz Maklin şəksiz klassikdir. Bu ingilislərdəndi.

- Bəs bizimkilərdən?

- Məncə Lyudmila Petruşevskinin, Aleksey İvanovun, Oleq Çuxonsevin şansı çoxdu.

- Sizcə hansı kitablar zərərlidir?

- Şüurlu surətdə plankanı salan kitablar. Qoyunlar üçün hesablanmış kitablar. Bundan başqa mənim müəllifin özünəxidmətlə məşğul olduğu, daha doğrusu tənqidçilərə və snoblara xoş gəlməyə çalışan, əzilib-büzülən, öz daxili problemlərini həll etməyə çalışmayan, ümumiyyətlə bu problemlərə toxunmaqdan qorxan müəlliflərin kitablarından xoşum gəlmir. Snobizmdən mənim ümumiyyətlə heç xoşum gəlmir. O yalnız ekstremal vəziyyətlərdə adam ona kənardan nəzər olduğuna görə özünü yaxşı aparanda yaxşıdır. Bu pis stimul deyil, qalan vəziyyətlərə isə kənar edin.

- Rusiyalılar arasında “Ailə kitabxanasında hansı kitablar olmalıdır?” mövzusunda sorğu keçirilmişdi. Beşlik belədir: Bulqakov (“Ustad və Marqarita”), Puşkin (lirikası), Çexov (hekayələri), Nabokov (“Lolita”), Lev Tolstoy (“Anna Karenina”).

- Layiqli siyahıdı. Adları çəkilən bütün kitablar əsl həzz verən kitablardır.

- Öz beşliyinizi sadalaya bilərsizmi?

- Mən öz beşliyimi dəfələrlə sadalamışam: De Kosterin “Ulen-şpiqel haqqında əfsanə”si, Müqəddəs Avqustinin “Etiraflar”ı, Tolstoyun “Anna Karenina”sı, Aleksandr Jitinskinin “İtmiş ev”i, Svetayevanın “Soneçka haqqında povest”i. Puşkin də öz yerində. Məncə hər bir ailə kitabxanası ondan başlamalıdır.

- Ədəbiyyat üzrə hazırkı məktəb proqramı sizcə düzgün tərtib olunubmu? Mənim xanımım məktəbdə rus dili və ədəbiyyatını tədris edir. O şikayətlənir ki, 7-ci sinif şagirdləri, misal üçün Qoqolun “Şinel”ini anlamırlar. Erkən yaşlarda öyrədilən klassika mütaliə istəyindən soyuda bilərmi?

- “Şinel”i izah etmək elə də çətin deyil və yeddincilərə bəzən öz həmyaşıdlarından “Mən sənin qardaşınam!” ifadəsini eşitmək faydalıdır. Mütaliənin çətinliklərindən qorxmaq lazım deyil, uşaqlar onlara çətin tapşırıqlar verilməsini xoşlayırlar. Bununla sanki növbəti pilləyə qalxmağa can atırlar.

- İndiki zamanədə ümumiyyətlə heç nə oxumadan karyera əldə etmək, sosial nərdivanda yüksəlmək, biznes qurmaq, çoxlu pul qazanmaq mümkündürmü?

- Asanlıqla. Moemin “Kilsə xidmətçisi” hekayəsini xatırlayın. Kitablar pul qazanmaq üçün lazım deyil, ruhumuzu qorumaq üçün lazımdı. Ruhsuz yaşamaq mümkündürmü? Çoxuna bu ancaq mane olur. Qoy belələri sonra inciməsinlər.

# 2079 dəfə oxunub

Müəllifin son yazıları

# # #