Dostoyevski verdiyi sözü niyə tutmadı?

Dostoyevski verdiyi sözü niyə tutmadı?
19 dekabr 2013
# 16:48

Kulis.Az türk köşə yazarı Mümtaz İdilin Feodor Dostoyevski haqqında məqaləsini təqdim edir.

1871-ci ilin əvvəllərində Fyodor Mixayloviç Dostoyevski bütün həyatının ən qaranlıq və təsrili romanını yazmağa başladı. Uzun zaman idi ki, roman ağlında idi, amma pul qazanmaq dərdindən araya “Əbədi ər” kimi çox da iddialı olmayan bir roman soxuşdurmuşdu.

“Cinlər” romanı üçün uzun zaman idi ki, çalışırdı. Ehtiyac içində yaşadığı müddəti geri buraxdığı zaman roman üzərində işləməyi düşünürdü. Əvvəl qumarı atdı, sonra da sosializmə yaxın hiss etdiyi, onu Semyanovski meydanında edam kürsüsünə aparmış düşüncələrindən yaxasını qurtardı. Tanrıya qayıtdı.

Əgər sosializm olacaqsa bu ancaq “İncil” vasitəsilə, Tanrı iradəsi ilə ola bilərdi. Bunu dövrünün ən böyük yazarları İvan Turgenevin nihilizmi ilə Nikolay Çernışevskinin sosializmi bir-birinə qarşı qoyaraq yazacaqdı. Turgenev əzəldən Dostoyevskinin düşməni idi. Belinskiyə yaxınlığı, Dobrolyubov ilə olan dostluğu və Dostoyevskini yoxmuş kimi qəbul etmələri onlardan və düşüncələrindən nifrət etməsi üçün yetərli idi. Çernışevskiyə gəldikdə isə Dostoyevski bir az düşünmək məcburiyyətində qalırdı. Hər şeyə baxmayaraq “Nə etməli?” romanı bir dönəmi bağlayıb yeni bir dönəmi açan önəmli və çox da təsirli roman idi. Amma Dostoyevskiyə görə başdan ayağa səhv idi. Sosializm insanların deyil Tanrının problemi idi. Bunu da bir romanla, “Cinlər” romanı ilə gündəmə gətirməli idi.

Petraşevski ilə tanış olanda onun məzlumların və yoxsulların haqlarını müdafiə etməsinə, yeni bir dünya qurmaq üçün Çar Rusiyasını devirmək istəyinə heyranlıq duymuşdu. Semyanovski meydanında ölümlə burun-buruna gəldiyi andan sonra Tanrının onu əfv etdiyinə, bundan sonra da onun buyruqları ilə hərəkət etmək lazım olduğuna özünü inandırmışdı.

“İdiot”, “Yeniyetmə” kimi romanlarında əslində sosializm və ya nihilizm məsələsinə çox yer verməmişdi Dostoyevski. Məsələn Tolstoyun anarxistliyi də onu çox maraqlandırır, təsir edirdi. Başındakı “ilahi düşüncələr” ancaq “Cinlər” romanında tam olaraq öz əksini tapmışdı.

“Cinlər” romanına başlamazdan əvvəl yəni 1871-ci ilin ilk aylarında Hamburqa qumar oynamağa getdi. Bu dəfə bəxtinin gətirəcəyinə inanırdı. İlk saatlarda uddu, qazancını pula çevirib geri qayıtmaq üçün qumarxananı tərk edirdi ki, qapıdan geri qayıtdı və bütün pullarını yenidən qumara qoydu və uduzdu. Bu artıq son nöqtə idi.

Sonralar arvadı Anna Dostoyevskaya öz xatirələrində yazacaqdı: “Dəfələrlə qumardan əl çəkəcəyinə söz verib yenə oynasa da o gün həqiqətən də bir daha oynamamağa söz verdi və sözünü tutdu. Qumarxanadan çıxan kimi dərhal Anna ilə qaldıqları otelə qaçdı. Yorğun halda masanın kənarına oturdu və annaya söz verdi: Artıq yazmaqdan başqa bir şey düşünməyəcəm, əvvəllər olduğu kimi səhərə kimi qumar oynamaq xəyalı qurmayacağam.”

Qumarxanadan çıxan kimi dərhal Anna ilə qaldığı otelə getdi. Yorğun bir halda masaya əyləşdi və Anaya yazmağa başladı. Artıq qumarı atdığını deyir və Annaya söz verirdi. Min dəfə elədiyi kimi yenə də qumarı atdığını deyirdi və Annanın ona inanmasını istəyirdi. “Artıq yazmaqdan başqa bir şey düşünməyəcəm” deyirdi məktubunda. “əvvəllər olduğu kimi bütün gecə oyun oynamaq xəyalı qurmayacam.”

Həqiqətən də Dostoyevski o gecə qumarı atdı və bir daha qumarxanaya getmədi. Anna Qriqoryevna pul tapdığı halda belə özünü saxladı, hətta Monakoda qumarxana yaxınlığında qalmalarına baxmayaraq oynamağa getmədi. Yeni bir dövr bağlanmışdı artıq. Əziyyətli keçmişdi, çətin keçmişdi, amma sona çatmışdı.

Dostoyevsi “Cinlər” romanını əvvəl beş cild düşünmüşdü. “Cinayət və cəza” mövzusunda bir roman olacaqdı. “Cinayət və cəza” qanunları öz azadlığı üçün darmadağın edən bir adamdan bəhs edirdi. “Cinlər” romanında isə fərd yerini cəmiyyətin bəlli bir hissəsi tuturdu. Bu roman nihilistlərə və sosialistlərə qarşı başlanmış açıq bir müharibə olacaqdı. Bütün nihilistlərə sosializmin bir din məsələsi olduğunu bağıracaqdı.

Dostoyevski bir nəfərin xilası naminə bir adamı öldürməklə toplum naminə inqilabın eyni anlama gəldiyini düşünürdü. İnqilab bir cinayət idi, bir cəmiyyətin məhvi idi. Buna bir ovuc insan qərar verməli deyildi. Sosializm deyə bir idarəetmə şəkli qəbul edilib tətbiq ediləcəksə bunu ancaq Tanrı etməli idi.

Sosializmin əslində rus xalqının, fəhlə sinfinin rifahı naminə mübarizə aparmırdı. Bu idarə üsulu bütün həyatı öz anlayışına sığdırdığı sonsuz bir xoşbəxtliklə məhdudlaşırdı. Hətta bunu etmir, əksinə insanları öz düşüncə sistemi içərisində hərəkət etməyə məcbur edirdi.

Çernışevskinin “Nə etməli?” romanı, romandakı toxuma dəzgahlarının sahibi Veranın qurduğu system, Rahmetovun əlçatmazlığı onun üçün qəbul olunmaz üstünlüklərdən idi. Xristianlığın problemləri bu və buna bənzər nümunələr, kitablarla həll oluna bilməzdi. Əlbəttə, xristianlığın da bir çox problemləri vardı, amma bu yenə xristianlıq inamları daxilində həll oluna bilərdi. Bunu başqa yola çəkmək, başqa yollarla həll yolunu axtarmaq tanrıya qarşı gəlmək demək idi.

Bu günümüzdə Dostoyevskini anlamaq və o dönəmin şəraitində dəyərləndirmək lazım olanda böyük yazar olduğunu qəbul etməklə bərabər onun toplumsal bir yazar olduğunu qəbul etmək çox çətindir. Dostoyevskini detektiv bir roman kimi oxumaq fikrinə düşənlər isə onun “qaranlıq” simasını əsla anlaya bilməyəcəkdir.

# 2281 dəfə oxunub

Müəllifin son yazıları

# # #