Dünyanın ən çətin oxunan romanı haqda kitab – Azərbaycanda İLK DƏFƏ

Dünyanın ən çətin oxunan romanı haqda kitab – Azərbaycanda İLK DƏFƏ
11 dekabr 2017
# 12:30

Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi-ədəbiyyatşünas İradə Musayevanın “Ceyms Coysun “Ullis” romanı və ədəbiyyatda devrim” kitabı çap olunub.

Müəllifin Kulis.aza verdiyi açıqlamaya görə, “Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitab Azərbaycan ədəbiyyatşünaslığında Ceyms Coysun “Ullis” romanı ilə bağlı ilk fundamental araşdırma hesab oluna bilər: “Romanın 1 əsrdən çox yaşı var. Məlum ifadə ilə desək, dünya ədəbiyyatını silkələyən, yeni roman təfəkkürü formalaşdıran, dünyada cərəyan edən hadisələrin ümumiləşdirilmiş səhnəsi kimi göz önündə canlanan 750 səhifəlik əsər bu gün də birmənalı olaraq qəbul edilmir”.

İradə Musayevanın bu kitabında Ceyms Coys yaradıcılığının, “şüur axını” üslubunun nəzəri-estetik prinsipləri təhlil edilir. Müəllif öz aydın, oxunaqlı dillə yazılmış tədqiqatında “Uliss”i “oxunması mümkün olmayan kitablar” siyahısından çıxarmağa cəhd edir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məmməd Qocayev, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlidir. Rəyçilər: filologiya elmləri doktoru, professor Cəlil Nağıyev və filologiya üzrə fəlsəfə doktoru, Vilayət Hacıyevdir.

“Ceyms Coysun Ullis romanı və ədəbiyyatda devrim” kitabı geniş oxucu auditoriyası və ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulub.

Xatırladaq ki, kitab hissə-hissə Kulis.azda yayımlanıb. Yaxın günlərdə kitabın təqdimatı da keçiriləcək.

# 2223 dəfə oxunub

Oxşar xəbərlər

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər