Dostoyevski liberallar haqqında: “Azad fikir söyləmək vaxtı..."

Dostoyevski liberallar haqqında: “Azad fikir söyləmək vaxtı..."
13 dekabr 2014
# 09:45

Kulis.Az Fyodor Dostoyevskinin 1879-cu ildə liberalizm haqqında yazdığı gündəlik qeydlərini təqdim edir.

Rus liberalizminin tipik xüsusiyyətlərindən biri də onların xalqa qorxunc nifrətdir. Xalqın özü olmaq arzusunu heç vaxt ona bağışlamayacaqlar. Xalqın bütün xüsusiyyətlərini ələ salaraq aşağılayırlar. Xaricdə yaşayan liberal üçün rus xalqı lal və kardır, yalnız vergiləri ödəmək üçün var olan fəaliyyətsiz kütlədir. Bizim Qərbdəki liberallarımız xalqa qarşı savaşmağa hazır olan partiyadır. O, hakimiyyətlə sadə mujikin həmrəylik ideyasından çəkinir. Əsl avropalı olmaq istəyən rus həm də istər-istəməz Rusiyanın da düşməninə çevrilir.

Onlar o həddə çatıblar, hətta Rusiyanın özünü belə rədd edirlər. Belə çıxır ki, onlar analarını döyür və ona nifrət edirlər. Bundan başqa bizim qərbli liberallarımız azadlıq üçün mübarizə apara-apara özlərini ideyalarıyla kəndir kimi sarıyıblar. Amma azad fikir söyləmək vaxtı gələndə tir-tir əsirlər ki, görəsən bu liberallıq sayılacaqmı? Görəsən Avropada onları tərifləyəcəklərmi?

Və bizim qərbçilərimiz elə əməllər törətməyə başlayırlar ki, bunu heç ən qorxunc despot də eləməz. Bizim liberallar fikirləşirlər: "Xalqa savad öyrədəcəyik, onu Avropa adıyla yoldan çıxardacağıq, qədim mahnı və nağıllardan utanmağa məcbur edəcəyik. O zaman bizim dövranımız başlayacaq".

Bir şeyi yəqin bilirəm. Bütün bu müasir "ali müəllimlərə" köhnə cəmiyyəti dağıdıb yenidən qurmaq imkanı verilsə elə amansız, ümidsiz və qeyri-insani zülmət gələcək ki, o zaman onların bütün bu qurduqları lənətlərlə dağılacaq.

# 2914 dəfə oxunub

Oxşar xəbərlər

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər