Həyatlarını bir cümləyə sığdıranlar - SORĞU

Həyatlarını bir cümləyə sığdıranlar - <span style="color:red;">SORĞU
18 noyabr 2016
# 17:00

Elə həyat var ki, kədərli, keşməkeşli keçib. Həyat da var daha çox xoşbəxt anları ilə yadda qalıb. Fərqli, təkrarsız, bir-birinə bənzəməyən həyatlar var...

Yazarlarımız öz həyatlarını bir cümləyə sığışdıra bilərmi?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Image result for afaq məsud

Afaq Məsud

İştirak etmədiyim yuxu.

Image result for Anar rza

Anar

78 il həyatımı bir cümlə ilə ifadə edə bilmərəm.

Image result for vaqif nəsib

Vaqif Nəsib

Ala-babat.

Image result for çingiz hüseynov

Çingiz Hüseynov

Həyatıma aid beşmərtəbəli bir cümlə: (1) İlahinin mənə bəxş etdiyi (2) böyük həqiqətləri yazmağa qadir olan (3) Qələmin (4) ağası deyil (5) qulu olmaq.

Image result for saday budaqlı

Saday Budaqlı

Bir cümləylə ifadə etmək olsaydı, o zaman yaşamazdıq ki?

Image result for səfər alışarlı

Səfər Alışarlı

Bacardığım, gücüm çatan heç bir işdən yan keçməmişəm, bəzən özüm də bilmədən gəncliyimi böyük riskli mübarizələrə vermişəm, kimsədən qiymət gözləməmişəm, təşəkkür ummamışam, indi hərdən özümlə məşğul olmağa çalışıram.

Image result for seyran səxavət

Seyran Səxavət

70 illik həyatım bir cümləyə sığmadığı üçün cavab verə bilmirəm.

Image result for mehriban vəzir

Mehriban Vəzir

Dalğaların üzərində, təlatümdə keçən bir ömür.

Image result for Aqşin yeni sey

Aqşin Yenisey

Biri var idi, biri yox idi.

Image result for qan turalı

Qan Turalı

Mən xoşbəxt olmaq istəyirdim...

Image result for Cəlil cavanşir

Cəlil Cavanşir

Getməyə yer, vida etməyə adam, sıxmağa əl yoxdursa üzülmə, güzgüdəki əksinə göz vur, yanağını çimdiklə və davam...

Image result for aqşin evrən

Aqşin Evrən

Futbol topunu sevib, portağala məhkum olub, Yer kürəsinin dalınca qaçan və ofsaydda - oyundan kənar vəziyyətdə olan "yupyumru bir eşq".

Image result for rəbiqə nazimqızı

Rəbiqə Nazimqızı

Həyatım mənim üçün payız havasıyla yaz ətrinin qarışığından ibarətdir, uğurlarımı da, uğursuzluqlarımı da sevirəm.

Image result for könül həsənqulu

Könül Arif

Sükutda bir atəş qorxusu var!

Image result for kənan hacı

Kənan Hacı

Bu ömür alınmadı.

# 2799 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər