Əkrəm Əylisli ilə Rəşad Məcidin “əxlaq-xılt” polemikası

Əkrəm Əylisli ilə Rəşad Məcidin “əxlaq-xılt” polemikası
13 iyun 2013
# 11:15

Yazıçı Əkrəm Əylisli ilə Azərbaycan Yazıçılar Birliyinin gənclər katibi Rəşad Məcid arasında "Pen Klub" verilişində başlamış polemika davam edir. Rəşad Məcid 525.az-a verdiyi açıqlamada Əkrəm Əylislinin ünvanına sərt ifadələr işlədib:

“Şərif Ağayar debata gəlmədiyi üçün orda iştirak edən Əkrəm Əylisli və “Daş yuxular” barədə bəzi fikirlərimi deməyə çalışdım. Onun hədsiz əsəbiləşdiyini, haldan çıxdığını görüb fikirlərimi davam etdirmədim. Mən gənc yaşlarımdan Əkrəm Əylislini tanımışam, onunla çox məclislərdə olmuşam. Və hər belə məclisdən, görüşdən sonra məndə pis, neqativ enerji qalıb. O, gah dava salıb, gah kimisə söyüb, qanqaraçılıq yaradıb. Gənc bir ədəbiyyat həvəskarı ona Yusif Səmədoğlunun “Qətl günü” romanını bəyəndiyini deyən kimi, o, sanballı yazıçı haqqında hərzə-hədyan söyləyib. Heyrətdən gözüm bərəlib. Sonra başqa bir xalq şairi qonaqlıq verib, üçümüz oturmuşuq. Əkrəm badə qaldırıb mədhiyyələr söyləyib, amma şair məclisi beş dəqiqəlik tərk edən kimi ağzına gələn söyüşləri onun dalıyca döşəyib. Azərbaycanda elə ədəbiyyat adamı olmayıb ki, onu Əkrəm Əylisliyə tərifləyəsən, o da əsib-coşub onu aşağılamağa çalışmasın. Bu kin, bu xılt, bu nifrət onu ömür boyu müşayiət edib və 75 yaşında bütöv xalqa qarşı yönəldib. Debatda onun əsdiyini hiss edib sözlərimə davam etmədim və “Azərbaycan dilində gözəl əsərlər yazıb, pis adam olmaq mümkün imiş” sözləriylə kifayətləndim. Mən bu qənaətdəyəm ki, Əkrəmi bu yaşında belə hallara salan onun qəlbindəki kin və nifrətdir. İçindəki xılt Əkrəmi heç vaxt rahat buraxmayıb”.

Əkrəm Əylisli isə Kulis.Az-a verdiyi açıqlamada Rəşad Məcidi söhbətləri məişət səviyyəsinə endirməkdə günahlandırıb:

“Gəlin, bəri başdan bir şeyi aydınlaşdıraq. Bu söhbət hardan başlanıb, və nə üçün başlanıb? Azadlıq radiosunun “Pen klub” verilişində konkret bir mövzuda debat keçirilib. Debatın mövzusu bu olub ki, Şərif Ağayarın Yazıçılar Birliyindən uzaqlaşdırılması düz olub, yoxsa yox. Debatda başqa bir söhbət bir qrup gənc ədibin AYB-dən könüllü surətdə çıxmağı ilə bağlı olub. Bu iki mövzu ətrafında mən də çıxış etmişəm, Rəşad Məcid də. İndi mən anlaya bilmirəm: Yusif Səmədoğlunun bura nə dəxli var. Hamı bilir ki, mən ümumiyyətlə kiminsə dalınca danışan deyiləm. Qaldı, rəhmətlik Yusif Səmədoğlunun ailəsi, mənim Yusiflə münasibətlərimin də onun gözəl ailəsinə dərin hörmət və ehtiramımı da bilənlər bilir. Mən böhtançılığın texnologiyasını yaxşı bilmirəm. Ancaq Rəşad Məcidin bu söhbəti nə məqsədlə ortaya atdığını anlamaq bir o qədər də çətin deyil. Rəşad Məcid məlum debatın mövzusunu məişət səviyyəsinə endirib onu öz məğzindən, mətləbindən uzaqlaşdırmaq istəyir. Bu çox tanış və çox köhnə priyomdur. Ötən əsrin 30-cu illərindən üzübəri dönə-dönə işlənmiş səviyyəsiz, primitiv üsuldur. Bu halda mən yalnız ona təəccüblənə bilərəm ki, bir vaxtlar istedadlı qəzetçi və səmimi insan kimi tanıdığım Rəşad Məcid də indi bu metoddan istifadə etməyi özünə rəva bilir. Bununla da Yazıçılar Birliyindəki mənəvi əxlaqı durumun doğurdan da dözülməz həddə çatdığını özü də bilmədən sübut etmiş olur. Görünür, Rəşad Məcidin əxlaq və mənəviyyat aləmində itiriləsi heç nəyi qalmayıb. Heyf! Sədheyf… Mən Rəşad Məcidin bu gününü görmək istəməzdim”.

# 2956 dəfə oxunub

Oxşar xəbərlər

"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər