Aqşin xəstəxanadan AYO-nu BOMBALADI

Aqşin xəstəxanadan AYO-nu BOMBALADI
10 iyun 2014
# 16:06

“Ümumi vəziyyətim yaxşıdır. Geriləmə yoxdur, ancaq irəliləyiş var. O şeylər ki zəhərə çevrilmişdi, dozadan artıq idi, artıq aşağı düşməyə başlayıb”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada hazırda xəstəxanada yatan şair Aqşin Yenisey deyib.

Aqşin Yenisey deyib ki, qaraciyərdəki bərkimə də düzəlməkdədir: “Bir az qabaq həkimlə danışdım. Deyir ki, yavaş-yavaş yumşalır.

Şair AYO-çulardan şikayət edib: “AYO-çulardan, bütün günü evimdə olanlardan heç kim gəlməyib yanıma. Nərmin Kamal mesaj yazıb, Murad Köhnəqala və Sevinc Pərvanə isə zəng edib. Qalanları nə yanıma gəlib, nə də zəng ediblər”.

Aqşin Yenisey deyib ki, bu vəziyyətə düşməyinin səbəbi özünə indi bəlli olur: “İndi mənə bəlli olur ki, bu adamlar mənim belə bir vəziyyətə düşməyimdə maraqlı olublar. Görünür ədəbiyyatda qalmaq istəyən bəzi adamlara mane olurmuşam. Buna görə də məni sıradan çıxarmaq arzusunda imişlər”.

Şair AYO-çuların yanına gəlməməyi ilə bağlı başqa bir versiya da irəli sürüb: “Ola bilər ki, vaxtilə kimlərsə mənim vəziyyətimə düşüb, mən onların yanına getməmişəm. Və yaxud kiminsə toyuna getməmişəm, onlar da bunu yadda saxlayıblar, indi yanıma gəlməməklə əvəz çıxmağa çalışırlar. Axı bəzi insanların qəlbində donuz zibilliyi var”.

Aqşin Yenisey bəzi şairlərin özünü xəstəliyə vura biləcəyindən qorxduğunu deyib: “Hətta qorxuram ki, bəzi şairlər mənə olan diqqəti görüb özlərini xəstəliyə vuralar”.

# 5061 dəfə oxunub

Oxşar xəbərlər

"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər