“Anamın kitabı” Ədəbi Mükafatının onluğu məlum oldu

“Anamın kitabı” Ədəbi Mükafatının onluğu məlum oldu
18 iyun 2014
# 11:52

Hədəf Nəşrlərinin və Kitabevim.az Kitab Mağazaları Şəbəkəsinin birgə layihəsi olan “Anamın kitabı” Ədəbi Mükafatının (dram əsərləri və ssenari) Ekspertlər Şurası işini tamamlayıb və müsabiqənin uzun siyahısı “onluq” açıqlanıb.

“Anamın kitabı” müsabiqəsinin uzun siyahısını təqdim edirik:

1. Şəbnəm Xeyrulla – ““Qırmızıpapaq”a yalan danışmaq olmaz”

2. Ülviyyə Tahir – “Anamın tabutu”

3. Günel Kərimli- “İşıq pulu”

4. Natəvan Mikayılova – “İnam”

5. Zöhrə İamayılova – “Tükənməz sərvət”

6. Sevinc El Sevər – “Ürəyində arzu tut”

7. Şəhriyar del Gerani – “Ayişə necə gülür?”

8. Qanun Ümman Qahablı – “Adaxlı”

9. Murad Nuriyev – “Sahibsiz yerlərin qurdunun iniltisi”

10. Elşən Feyzulla – “Söz oynadanlar”

Kulis.azın məlumata görə Ekspertlər Şurası işini 17 iyun tarixində tamamlayıb. Müsabiqənin ilkin mərhələsində qiymətləndirməni 4 ekspert həyata keçirib. Yazıçılar Cəlil Cavanşir və Müşfiq Xan, filoloqlar Elxan Nəcəfov və Məhəmməd Xankişiyev 17 gün ərzində müsabiqəyə göndərilən dram əsərlərini oxuyub və qiymətləndirib.

Ekspertlər Şurasının sədri C. Cavanşir müsabiqənin gedişi haqqında bunları deyib: “Kifayət qədər maraqlı proses oldu. Çox təəssüf ki, müsabiqəmizə qatılan tanınmış imzaların böyük əksəriyyəti müsabiqənin şərtlərinə əməl etməyiblər. Müsabiqədə yaş və əsərlərin həcmi ilə bağlı qoyduğumuz qaydaları pozan imzalar “onluğa” düşə bilmədi. Ümumilikdə müsabiqənin gedişindən razıyıq və “onluq”dakı yazarların hər birinin layiqli olduğunu düşünür və onlara uğurlar arzulayırıq”.

Müsabiqənin uzun siyahısı yaxın günlərdə oxucuklubu.az saytında “online səsvermə”yə çıxarılacaq. Eyni zamanda əsərlər səsvermə üçün münsiflər heyətinə veriləcək. “Online səsvermə”nin nəticələri müsabiqənin nəticələrinə təsir etməyəcək.

Qeyd edək ki, layihənin ideya müəllifi, AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq, Layihənin rəhbəri Hədəf Nəşrlərinin direktoru Müşfiq Xan, Münsiflər Heyətinin sədri AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylidir.

# 3102 dəfə oxunub

Oxşar xəbərlər

"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar

12:00 20 may 2026
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir?

17:00 19 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

Bürokratik cəhənnəm və absurd: Kafkanı oxumağa haradan başlamalıyıq?

11:30 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər