“Xəzər” dünya ədəbiyyatı jurnalı çapdan çıxıb

“Xəzər” dünya ədəbiyyatı jurnalı çapdan çıxıb
30 oktyabr 2014
# 16:02

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı işıq üzü görüb.

Dərgi Nobel mükafatçısı Elis Manronun müsahibəsi (tərc. Elcan Salmanqızı) və “Qismət” hekayəsi (tərc. Yaşar) ilə açılır.

“Qızıl dövrün şairləri” rubrikasında Ramiz Rövşənin tərcüməsində Aleksandr Sergeyeviç Puşkinin “Dərsliklərdə olmayan şeirlər”i ilə tanış ola bilərsiniz. Zakir Fəxri Amerika şairləri Riçard Brotiqan, Dayana di Prima və Robinson Ceffersinin poeziyasından nümunələri təqdim edir. Afaq Məsudun tərcüməsində “Xilas yolunun yolçuları” və “Müqəddəslər və onların söylədikləri”ni oxuya bilərsiniz.

Nəsr bölməsində isə görkəmli Argentina yazıçısı Ernesto Sabatonun “Tunel” (tərc. Saday Budaqlı), fransız yazıçısı Marsel Prustun “Svana doğru” (tərc. Z.Sarıtorpaq) romanından parça, E.Heminquey (tərc.M.Qarayev) və Ruben Bareyronun (tərc. S.Budaqlı) hekayələri verilib. Türkiyə yazıçısı Orxan Pamukun “Mənzərədən parçalar” esselər kitabından bir hissəni oxuculara Fərid Hüseyn təqdim edir.

Jurnalda həmçinin “Aforizmlər və sitatlar”, “Yazıçı yazıçı haqqında”, “Duyğular, düşüncələr”, “Türk qardaşlarımız”, “Debüt” rubrikalarında bir sıra başqa maraqlı materiallarla tanış ola bilərsiniz.

Xatırladaq ki, “Xəzər” jurnalı 1989-cu ildən nəşr olunur. Hal-hazırda, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir.

Jurnalda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, onların yaradıcılığı, həmçinin memuarlar, gündəliklər, müsahibələr və s. ədəbi materiallar peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilərək oxuculara təqdim edilir.

Son illər maddi sıxıntılar səbəbindən dövriliyində fasilələr yaranmış jurnalın bu il 2, gələn ildən isə il ərzində 4 sayının çapı nəzərdə tutulur.

# 2939 dəfə oxunub

Oxşar xəbərlər

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər