Balzak yazanda 50 fincan qəhvə içirdi

Balzak yazanda 50 fincan qəhvə içirdi
22 may 2013
# 10:50

Məşhur ingilis yazıçısı Somerset Moem deyir ki, uğur əldə etmək üçün yazmağa hər gün eyni saatda başlamaq lazımdır. Bu zaman insanda vərdiş yaranır, hətta ovqatı yerində olmadıqda belə beyin yazmağa hazır vəziyyətdə olur. Uğur qazanmış yazarların həyatlarına nəzər yetirdikdə də onların ciddi bir yazı davamiyyətlərinin olduğunu görürük.

Mason Currey “Daily Rituals: How Artists Work ” kitabında 161 yazarın yazı davamiyyəti barədə yazıb. Onlardan bir neçəsini təqdim edirik.

Onore de Balzak (1799-1850), Fransız roman ustası

Balzakın yazı rejimi olduqca çətin imiş: Axşam altı radələrində şam yeməyini yedikdən dərhal sonra yatan yazar, gecə yarısından sonra durub səhərə qədər dayanmadan çalışarmış. Saat yarım dincələndən sonra yenə qaldığı yerdən davam edərmiş. Axşam üstünədək bu cür davam edən yazarın qəhvə və ancaq qəhvə içdiyi, hətta bəzi günlər 50 fincandan çox qəhvə içdiyi məlumdur. Günortadan sonra dörd radələrində yazmağa ara verən yazar iki saat ərzində çimər, yemək yeyər, ziyarətçiləri ilə söhbət edər və rejiminə qaldığı yerdən davam edərmiş.

Uilyam Folkner (1897-1962), Nobel mükafatlı Amerika yazarı

Folkner hər nə qədər səhərləri yazmağı sevdiyini söyləsə də illər ərzində yazı rejimi işləri ilə əlaqədar dəyişmiş yazardı. “Ölüm yatağında” romanını yazdığı ərəfədə bir universitetdə gecə qarovulçuluğu edən yazar səhərlər yatarmış. Folkner günortalar yazar, işə getməmişdən əvvəl isə anasına baş çəkərmiş. İlham pərisinin gəlib onu tapmasını gözləmədiyini söyləyən Fokner: “İlham pərim gələndə yazaram, hər gün ilham pərim yanıma gəlir”- deyir.

Maya Anjelu (1928), Afroamerikan yazar, şairə

Maya Anjelu illərlə tanınmamaq üçün otellərdə qalaraq yazıb. 1983-cü ildə verdiyi bir müsahibədə belə deyirdi: “ İçində yalnız bir çarpayı və bir yazı stolu olan otaqda, yanımda “İncil” və bir lüğət, bir dəstə kart, bir də içki şüşəsi olaraq yazdım. Səhər saat 7-dən işləməyə başlayar, bunu yaxşı bacarana qədər davam edərdim. Çox yalnız idim, amma möhtəşəm anlar idi.”

Cozef Heller (1923-1999), ABŞ yazarı

Heller “Maddə 22” romanını Manhettendəki evində işdən qayıdandan sonra yazırmış: “Səkkiz il hər gecə ən az iki-üç saat bu romana sərf etdim. Yalnız bir gecə yazmadım və arvadımla oturub televizora baxdım. Hətta o gecə də məni romanıma apardı“. Gündüzlər “Time”, “Look” və “McCall” jurnallarının reklam şöbələrində işləyən yazar o işindən də çox razı imiş.

Tomas Man (1875-1955), Nobel mükafatlı alman yazar

Tomas Man hər səhər 8-də oyanar, bir fincan qəhvə içər, duş alıb geyindikdən sonra arvadıyla səhər yeməyi yeyər və sonra otağına çəkilib işləməyə başlayırmış. Çalışdığı müddətdə evdə səssizlik olar, uşaqları da atalarını görmək üçün gözləyərmişlər. Hansı gün yaxşı yaza bilməsə yazmağı saxlayar, səhər qaldığı yerdən davam edərmiş.

Ayn Rend (1905-1982), Amerikalı yazar, filosof

1942-ci ildə “Həyatın qaynağı” romanını yazarkən xroniki yorğunluqdan əziyyət çəkdiyinə görə həkimə müraciət edir. Həkiminin verdiyi dərmanlar sayəsində enerjisi artan yazar romanının üçdə birinə illərini sərf etsə də qalan hissəsini cəmi bir il müddətində sona çatdırır. Hər həftə bir hissəni yazan yazarın heç yatmadığını, yalnız arada yorğunluğunu çıxartmaq üçün bir neçə saat dincəldiyini deyirlər.

# 4066 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər