“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldı

“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldı
1 may 2017
# 17:33

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Qızıl Kəlmə” ədəbi mükafatının 2017-ci il üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Vaqif Əliyev, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

Nazir Əbülfəs Qarayev bildirib ki, “Qızıl Kəlmə” mükafatı cəmiyyətdə özünə layiqli yer tutub və hər il mükafata maraq artmaqdadır: “Mükafatın nominasiyalarının sayını artırmaqla biz ədəbiyyatın inkişafına müəyyən dərəcədə təkan vermək istədik. Qalib gələnlərin hamısını bu mükafatın qalibi olması münasibəti ilə təbrik edirəm, onlara uğurlar arzu edirəm. Əminəm ki, mükafat alan əsərlər geniş ictimaiyyətə təqdim olunacaq, oxucu kütləsi tərəfindən maraqla oxunacaq və kitabxanalara təqdim olunacaq”.

Tədbirdə qeyd olunub ki, beşinci “Qızıl Kəlmə” ədəbi mükafatına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və 2017-ci il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Bütün əsərlər “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirmə cədvəlində komissiya üzvləri hər nominasiya üzrə seçdikləri əsəri xüsusi işarə ilə qeyd ediblər. Daha sonra Komissiyasının yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans ödülü”nün verilməsi məqsədəuyğun sayılıb.

Mükafatın qalibləri aşağıdakı kimi müəyyən edilib:

Nəsr əsərləri nominasiyası üzrə:

Sona Vəliyeva. “İşığa gedən yol” kitabı

Vaqif Nəsib. “Sənsizlik, mənsizlik, onsuzluq” romanı

Əkrəm Qaflanoğlu. “Talelər kəsişəndə” kitabı

Poeziya əsərləri nominasiyası üzrə:

Firuzə Məmmədli. “Seçilmiş əsərləri” kitabı

Vaqif Bayatlı Odər. “Hər iki dünyanın ən gözəli” silsilə şeirləri

Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə:

Bəsti Əlibəyli. “İkinci mətn” kitabı

Nərgiz Cabbarlı. “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabı

Orijinaldan bədii tərcümə əsərləri nominasiyası:

Əyyub Qiyas. Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanı

Fərid Hüseyn. Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsəri

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə:

Zahid Xəlil. “Ağ leyləklər” kitabı

Qəşəm Nəcəfzadə. “Çiçəkli xalça” kitabı

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” mükafatı -

Mirmehdi Ağaoğlu. “Alman malı” kitabı

Şəhriyar del Gerani. “Darıxmağın adı” kitabı

# 1473 dəfə oxunub

Oxşar xəbərlər

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər