Amerikalı yazıçı niyə İrəvanda dəfn olundu?

Amerikalı yazıçı niyə İrəvanda dəfn olundu?
7 dekabr 2012
# 09:00

“Bilmək istərdim ki, dünyada elə bir güc tapılarmı bütün savaşları uduzmuş və məğlub olmuş, dövlətləri bütünlükdə məhv edilmiş, ədəbiyyatları oxunmamış, musiqiləri dinlənilməmiş, duaları isə artıq eşidilməyən bu xalqı, bu təvazökar insanların kiçik qövmünü məhv etməyə qadir olsun?”

İrəli! Ermənistanı məhv edin! Görəcəksiz, bu sizə nəsib olacaqmı? Onları yeməksiz və susuz səhraya sürgün edin. Evlərini və kilsələrini yandırın. Sonra isə baxın. Onlar yenidən gülməyəcəklərmi, oxuyub, dualar etməyəcəklərmi? Çünki onlardan cəmi ikisinə bu dünyada qovuşmaq qismət olarsa, görərsiz yeni Ermənistan yaradarlar”

Bu sözlərin müəllifi Sarkisyan deyil. Heç Zori Balayan da deyil. Məşhur yazıçıdır. Amerikan yazıçısı. Adı Uilyam Saroyan. UNESCO 2008-ci ili ona həsr etmişdi. Doğumunun 100 illiyi ilə əlaqədar istər anadan olduğu ABŞ-ın Fresno şəhərində, istər atasının köç elədiyi Türkiyənin Bitlis şəhərində, istərsə də dünyanın çeşidli yerlərində onun xatirəsinə tədbirlər keçirildi, pyesləri səhnələşdirildi. 20-ci əsr Amerikan ədəbiyyatında onun adı birinci sıralarda gəzir. İmzası Böyük Böhran illərinin yazıçıları - Folkner, Fiscerald, Heminquey, Selincer, Steynbeklə sırada çəkilir. Bəs, axı kimdir o?

Əsl adı Aram Karaoğlanyan olan Uilyam Saroyan 1905-ci ildə Türkiyənin Bitlis şəhərindən ABŞ-ın Fresno şəhərinə köç eləmiş ermənin ailəsində doğulmuşdu. O, 1908-ci ildə Frensoda dünyaya gəlmiş, üç yaşında isə rahib olan atasını itirmişdir. Atasının ölümündən sonra anası onu və üç uşağını bir müddət uşaq evinə verməli olmuşdu.

On beş yaşında məktəbi buraxan Uilyam əvvəl poçtalyon oldu, sonra isə başqa işlərdə çalışdı.

Uilyam Saroyan 1934-cü ildə dərc olunan ilk hekayələr toplusu “Uçan trepsiyadakı cəsur cavan oğlan ”dan sonra məşhurluq qazandı. Bundan sonra özünü ancaq yazmağa həsr edən Saroyan “Balaca uşaqlar”, “Mənim adım Aramdır”, “Həyatınızın ən gözəl illəri” (bu əsərini görə 1939-cu ildə Pulitzer mükafatına təqdim olunsa da, ondan imtina elədi), “Bəşəri komediya”, “Vesli Ceksonun macəraları”, “Ana, mən səni sevirəm”, “Ata, sən dəli olmusan”, “Oğlanlar və qızlar” kimi əsərlərin müəllifidir.

Altmışdan çox kitabın müəllifi olan Uilyam Saroyan saysız hekayələrin, romanların, pyeslər yazdı.

Əsərlərini ingiliscə yazsa da o həmişə özünü erməni yazıçı adlandırıb. Onun əsərlərində də əsasən Amerikaya köç etmiş yoxsul erməni ailələrinin taleyindən bəhs olunur. Axıcı, coşqun dilinin olması ilə, bədii ifadə vasitələrindən və söz oyunlarından qaçması ilə özünəməxsus, bəzən “Saroyanesko” kimi də adlanan bir üslub yaratdı.

Amma Saroyan nə qədər də Amerikan ədəbiyyatının öncüllərindən olsa da, əsərlərində bəşəri dəyərləri təbliğ etsə də özünün dediyi kimi həmişə erməni olaraq qalıb. Onun xarici görkəmi də sanki buna əyani sübutdur. Uzun lopa bığı, yay-qış başında gəzdirdiyi buxara papağı vardı.

Dünya şöhrətli qələm adamının, adı dünya ədəbiyyatının U. Folkner, C. Selincer, E. Heminquey, C. Steynbek kimi nəhəng yazıçıları ilə yanaşı çəkilən Saroyanın əsərlərində tipik daşnakçı kimi görünməsi, ucuz millətçiliyə getməsi, “Böyük Ermənistan” xülyasından dəm vurması gerçək ədəbiyyat sevdalılarını heyrətləndirməyə bilmir.

Ötən əsrdə SSRİ və ABŞ nə qədər düşmən olsalar da, xarici vətəndaşların Sovetlərə səfəri və Sovet vətəndaşlarının da xarici ölkələrə ziyarəti nə qədər çətin və mürəkkəb proses olsa da bütün iliyi və qanı ilə Ermənistana bağlı olan yazıçı bura üç dəfə səfər etmişdi. O, birinci səfərini hələ 1935-ci ildə Avropa turu zamanı reallaşdıra bilmişdi.

Nəzərə alaq ki, onda Saroyan hələ məşhur yazar deyildi (28 yaşlı Saroyanın cəmi bir il əvvəl ilk kitabı çap olunmuşdu), onun Ermənistan səfərinin təşkilində yəqin ki, erməni diasporunun xüsusi rolu olmuş və çox güman ki, bu səfər Kreml ilə razılaşdırılmışdı.

Dəmir pərdənin Sovet xalqlarını dünyadan tədric elədiyi bir dövrdə, İ. Bunin, V. Nabokov, N. Berdyayaev kimi nəhəng rus mütəfəkkirlərinin öz vətənləri üçün qəlbləri çırpındığı halda, Kaliforniyada yaşayan yenicə yazmağa başlamış yazıçının öz vətəninə rahatca səfər edə bilməsində “gizli əl”in olması açıq-aydın hiss olunur.

Saroyan ikinci dəfə 1964-cü ildə atasının doğulduğu Bitlis şəhərinə gəlmiş, burada onu müşayiət edən yazarlar Yaşar Kamal və Fikret Otyamla birlikdə təntənə ilə qarşılanmışdı. Bu səfəri əsnasında da o Ermənistana səfər etmişdi.

Saroyan 1978-ci ildə Ermənistana olan üçüncü və son ziyarətində burada dostları ilə 70 illik yubileyini qeyd etmiş, rəsmi səviyyədə onunla bağlı tədbirlər həyata keçirilmişdir.

Uilyam Saroyan 1981-ci il 18 may tarixində doğulduğu Fresno şəhərində vəfat etmiş və dəfn edilmişdir. Amma yazıçının vəsiyyətinə əsasən ürəyi Ermənistana gətirilmiş və İrəvanda məşhur ermənilərin dəfn olunduğu Komitas adına Panteonda məzara qoyulmuşdur.

# 3177 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #