Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontoru ədəbiyyat üzrə Nobel mükafatına namizədlərin 28 sentyabra olan əmsalları açıqlayıb.
Kulis.az-ın “Ladbrokes” bukmeker kontorunun rəsmi saytına istinadən yaydığı məlumata görə Nobel almağa ən şanslı namizəd yapon yazıçı Haruki Murakamidir. Murakami 6 əmsalla siyahıya başçılıq edir. (Yapon yazıçıya qoyuluş edən şəxslər yazıçı qalib gəldiyi təqdirdə hər dollara görə 6 dollar qazanacaqlar) Amerikalı Bob Dilan 11 əmsalla 2-ci, çinli yazıçı Mo Yan və niderlandlı Seys Notebom 13 əmsalla 3-cü və 4-cü yeri bölüşürlər. 5, 6 və 7-ci yerlərdə 15 əmsalla müvafiq olaraq albaniyalı yazıçı İsmail Kadar, suriyalı Adonis (Əli Əhməd Səid Əsbar) və cənubi koreyalı Ko Undur yer alıblar.
İsrailli yazıçı Amos Oz (17), italyan Umberto Eko (26), çex Milan Kundera (67), rusiyalı şair Yevgeni Yevtuşenko (67), britaniyalı Salman Rüşdi (67) rusiyalı Viktor Pelevin (101) və amerikalı Pol Oster (101) onluqdan kənarda qalıblar.
“Ladbrokes” kontoru 108 nəfərlik siyahısında Azərbaycandan Nobelə namizədliyi təqdim olunan yazıçı Kamal Abdullanın adına yer verməyib.
İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi ədəbiyyat üzrə Nobel mükafatı keçən il isveçli şair Tumas Transtremerə verilib.
Mükafatın builki qalibinin adı oktyabrın əvvəlində açıqlanacaq.
Nobelə ən şanslı namizəd kimdir? - BUKMEKER
Oxşar xəbərlər
Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli
13:10
20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah
10:00
20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova
15:10
19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?
13:15
18 avqust 2026
"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər
14:00
16 avqust 2026
"Vətən mənəvi ərazicə bu sayaq adamların varlığı ilə bütövdür... "- Seyfəddin Hüseynlinin yubiley yaşına
10:00
15 avqust 2026