Mayakovski Blokun ölümünə nə yazmışdı?

Mayakovski Blokun ölümünə nə yazmışdı?
30 iyul 2013
# 10:21

Kulis.Az Mayakovskinin “Aleksandr Blok öldü” məqaləsini Məti Osmanoğlunun tərcüməsində təqdim edir.

Aleksandr Blokun yaradıcılığı bütöv bir poetik epoxadır, yaxın keçmişin epoxası.

Şöhrətli usta simvolist Blokun müasir poeziyaya böyük təsiri olub.

Bəziləri indiyə qədər onun cazibədar misralarından qopub ayrıla bilmirlər – Blokun hər hansı sözünü tam səhifə olana qədər böyüdürlər, həmin sözün üzərində özlərinin bütün poetik zənginliklərini qururlar. Başqaları Blok yaradıcılığının ilk dövrünün romantikasına üstün gəliblər, ona müharibə elan ediblər və qəlblərini simvolizm qəlpələrindən təmizləyərək yeni ritmlərin təməllərini yaradır, yeni obrazların daşlarını üst-üstə qoyur, misraları yeni qafiyələrlə bəndləyirlər – gələcəyin poeziyasını yaradan qəhrəmanlıq göstərirlər. Lakin bunların hər ikisi üçün Blokun xatirəsi eyni dərəcədə əzizdir.

Blok bizim böyük inqilabımıza vicdanla və şövqlə yanaşdı, lakin simvolist şairin zərif, incə sözünün gücü inqilabın daha realist ağır, kor-kobud obrazlarını qaldırmağa çatmazdı. Çoxlu dillərə tərcümə edilmiş məşhur “On ikilər” poemasında Blok taqətdən düşmüşdü.

Xatırlayıram, inqilabın ilk günlərində Qış sarayının qarşısındakı tonqalda qızınan arıq, donqarlaşmış əsgərin yanından keçirdim. Məni səslədilər. Blok idi. “Detski podyezd”ə qədər bir yerdə gəldik.

“Xoşuna gəlirmi?” – soruşdum. – “Yaxşıdır, - Blok dedi. Sonra da əlavə elədi: - “Mənim kənddəki kitabxanamı yandırıblar”.

Bax bu “yaxşıdır” və bu “kitabxanamı yandırıblar” inqilabın yaratdığı iki duyğu idi, bunlar “On ikilər” poemasında bir-biri ilə fantastik şəkildə bağlı idi.

Nəyin “yaxşı” olduğunu unudaraq poemanı “ağlar” oxuyurdular, “kitabxananın yandırılmasına” lənəti ağıllarına gətirmədən poemanı “qırmızılar” oxuyurdular. Simvolist şair anlamalı idi ki, onda bu duyğulardan hansı daha güclüdür. “Yaxşını” tərənnüm etmək, yoxsa yanğının ahını çəkmək lazımdır – Blok öz poeziyasında seçim etmədi.

Ona bu ilin mayında Moskvada qulaq asmışdım: məzar kimi susqun yarıboş zalda qaraçı mahnısı barədə, məhəbbət barədə, gözəl qadın barədə köhnə şeirlərini oxuyurdu – irəliyə yol yox idi. İrəlidə ölüm var idi. O da gəldi.

1921

# 2611 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər