Yazar olmaq istəyənlər bu yazını oxusun

Yazar olmaq istəyənlər bu yazını oxusun
16 mart 2013
# 08:45

İnsanlar “dahi” olmadıqlarını çox gec anlayırlar. Yəni qırx yaşlarından sonra, ta ölənə kimi. Bu yaşdan sonra dahi üzə çıxmaz. Bəlkə bəzi filosoflar üçün bu doğru deyildir, amma nəticə etibarı ilə filosofları dahi olaraq qəbul edənə də elə çox rast gəlinmir. Onların fəlsəfə müəllimləriylə fərqləri daha çox “filosof” adlanmalarıyla bağlıdır.

Riyaziyyatda dahi olub olmamağınız hardasa üç-beş yaşlarınızda məlum olur. İyirmi yaşdan başlayır, ən gec otuz-otuz beş yaşlarda sona çatar.

Əslində ədəbiyyatda da qoca yaşlarda ortaya çıxan dühalar var, amma sayları çox deyil. Düha olaraq qəbul olunanların çoxu gənc yaşlarında ölüblər, ya da bir daha ədəbiyyata qayıtmayıblar.

Əlbəttə insan övladı bunu qəbul etməkdə çətinlik çəkir. Yaş artdıqca özündə heç də dahi olmadıqlarını anlayan bəzi yazıçılar isə buna görə əsəbi olur, həyatdan küsür, içkiyə qurşanır, şəxsi həyatını məhv edir və ya intihar edir.

Puşkin öləndə 31, Lermontov 27 yaşında idi.

Artur Rembo şeiri atanda iyirmi yaşlarında idi.

Cek London, Virciniya Vulf, V. Mayakovski, S. Yesenin kimi dünya ədəbiyyatına böyük əsərlər bəhs etmiş yazarlar isə bunu əsasən iyirmi-qırx yaşları arasında həyata keçiriblər.

XIX əsr ədəbiyyatçıları bu mövzuda daha şanslıdırlar. Çoxu öz əcəliylə ölmüşdür, hətta doxsan yaşa çatmış yazarların da sayı kifayət qədərdir: Tolstoy, Sinkler, Dostoyevski, Çernışevski, Viktor Hüqo və başqaları. Əlbəttə aralarında Dobrolyubov, Puşkin, Lermontov kimi qısamüddətli həyatlarına çox şeyi yerləşdirmiş insanlar da var, amma əsasən XIX əsr yazarları daha uzunömürlü olublar və davamlı olaraq yazıblar.

Marsel Prust və ya Ceyms Coys kimi XX əsr yazarları dəhşətli beyin sıçramaları ilə yazmağa başladıqlarından çox fərqli bir tərzdə yazı həyatlarını başa vurmuşdular.

Dahilik və dəlilik arasındakı sadə fərqi çox yaxşı şəkildə aydınlaşdıran Nitsşe və Markiz de Sad kimi yazarlar isə fəlsəfə yüklü əsərləri ilə özlərindən sonra gələn nəsillərə “əsl müdrikliyin dəlilik olduğunu” söyləyən Erasmusun üç günə yazdığı “Dəliliyə tərif” inin doğruluğunusübut etmək yolunu seçiblər.

Siyasətin getdikcə “su müharibələri”nə döndüyü bir vaxtda artıq ədəbi əsərlərin yerini daha çox siyasi analizlər və buna söykənən romanlar almaqda, oxucunun marağını bu nöqtəyə doğru çəkməkdədir. Çünki dünyanın bu vəhşi kapitalist sistemi içərisində sürətlə yeni yüzilliyə doğru yol alması, dünyanın sonunun da çox qısa bir zamanda gələcəyinə işarədir.

Dünyanın bəlkə yenidən müharibə əleyhdarı Lev Tolstoy, Konstantin Simonov, Jan Pol Sartr kimi yazarlara ehtiyacı var.

Çünki mübarizə yalnız meydanlarda baş vermir. Meydanlarda aparılan mübarizələr artıq televizor qarşısında qucağımızda çərəz boşqabı ilə izlənə bilir.

Amma bütün dünyada yox edilməyə davam edilən əlverişli torpaq, təmiz su qaynaqları, qlobal çirklənmə, qlobal istiləşmə, atom məhsullarından həddindən artıq istifadə, meşələrin yox edilməsi, mənfəətlərə görə göllərin qurudulması və ya bataqlığa çevrilməsi bundan başqa göbələk kimi artan Atom Elektrik Stansiyaları dünyanın çox uzun ömürlü olmamasının sübutudur.

Yeganə ümid onadır ki, vəhşi kapitalizmi ən vulqar şəkildə tətbiq edən ölkələr bu dəhşətin onları da məhv edəcəyinin fərqinə vardıqlarında bu “son” heç olmaya bir müddət uzansın.

İnsan öz ömrü ilə məhdud olan bir müddəti “yaşamağı”, gələcək nəsillərin “həyatından” daha üstün tutur. Heç kəsin gələcəyi düşünmək kimi bir qayğısının olmadığı dəqiqdir.

Mümtaz İdil

Odatv.com

# 2525 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #