6-cı sinif şagirdinin hekayəsi – Mətn

6-cı sinif şagirdinin hekayəsi – Mətn
15 avqust 2019
# 18:22

Kulis.az Gənc İstedadlar Liseyinin 6-cı sinif şagirdi Selcan Kərimlinin “Çinar və bulağın faciəsi” hekayəsini təqdim edir.

Kəndimizdə bir çinar var idi – “Qoca Çinar”. Yaşı bilinmirdi. Ta qədim zamanlarda əkilmişdi. “Qoca Çinar” çox əzəmətli idi. Uca zirvəsinə baxdıqca adamın başı fırlanır, gözü qaralırdı. Yolunu bu yerlərdən salanlar, əkin əkənlər, biçin biçənlər, çox işləyib yorulanlar çinarın kölgəsində oturub dincələrdi. Külək əstikcə yamyaşıl yarpaqları nəğmələr ötür, sanki çobanın tütəyinin səsinə səs verirdi.

Əzəmətli çinarın altında sərin bir bulaq çağlayırdı. Bulağın ətrafını çaylaq daşı ilə hörmüşdülər. Çinarın kölgəsinə yığışan hər kəs ovuclarını bulağın suyu ilə doldurub doyunca içər, əl-üzlərini yuyub sərinlik tapardılar. Evlərinə səhənglərdə su aparmağa gələn qızlar-gəlinlər bulağın başıında oturub həzin-həzin mahnı oxuyardılar.

Kənd əhalisi, həmçinin yoldan ötüb çinarın kölgəsində dincələnlər “Qoca Çinar”ı əkənə rəhmət oxuyarlardı. Beləcə günlər keçir, “Qoca Çinar”ın kölgəsindən, “Ana Bulağ”ın sərin suyundan insanlar faydalanır, bununla da, sanki çinar və bulaq xoşbəxt olurdular.

Lakin bir gün...

Bir gün çinar və bulağın başını qara buludlar aldı. Kəndin yeni rəhbəri kənd zəhmətkeşlərini yanına yığıb dedi ki, kəndə yeni yol çəkmək lazımdır. Kəndimizin yaxınlığında olan bir çox kəndə yeni yol çəkilib. Yol mədəniyyətdir! Bizdə niyə olmasın?! Kəndin yolu demək olar ki, yox idi. Şəhərə getmək üçün hər kəs çox əziyyət çəkirdi. Hamı sevindi. Yeni sədrə “Əhsən” dedilər.

Sədrin qərarından sonra mühəndislər yolu ölçüb-biçməyə başladılar. Dedilər ki, ancaq bir çətinlik var: "Çinar kəsilməli, bulaq sökülməlidir"

Kənd sakinləri buna çox təəccübləndilər. Neçə yüzillər boyu bu kəndə faydası dəymiş “Qoca Çinarı” kəsmək, “Ana Bulağı” sökmək istəyirdilər. İndi onların tək ümidi sədrə qalmışdı. Əgər sədr "yox" desə, yol başqa tərəfdən çəkiləcəkdi. Hamı sədrin nə deyəcəyini səbrsizliklə gözləyirdi. Sədr belə dedi: " Kəsin getsin, çinarı! Meyvəsi yox, barı yox, kimə lazımdır? Bulaq da lazım deyil, sökün! Yol bizim üçün daha önəmlidir.”

Hamının gözü doldu, içlərində ağladılar. Bu sözlərlə heç kim razılaşmadı. “Qoca Çinar” da eşitmişdi, istədi desin, bu kənd üçün nələr etdiyini, amma dili yox idi danışsın.

Göy guruldadı, şimşək çaxdı. Buludlar da bu fəlakətə razı olmamışdı. Cavan sədr isə sözündən dönmədi.

Kəndin ağsaqqalları işə qarışdı. Çinarın, Bulağın kəndə faydalarından, onların kəndlilərin qəlbindəki yerindən danışdılar.

Hamı düşünmüşdü ki, sədr bu əməlindən vaz keçəcək, qansız sədr isə tam tərsini etdi, mühəndislərə "elə bu dəqiqə kəsin" dedi.

Neçə yüzillər yaşamış çinar kəsildi, əzəmətli çinarın yalnızca kötüyü qaldı. “Ana Bulağ”ın isə daşları yola atıldı, beləcə tarix yeni yolun altında qaldı.

# 4502 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #