Rusiyanın 3 milyonluq ədəbi mükafatı

Rusiyanın 3 milyonluq ədəbi mükafatı
6 sentyabr 2013
# 13:03

“Böyük kitab” mükafatı

Rusiyanın milli ədəbi mükafatı olan “Böyük kitab” mükafatı Rusiya və MDB ölkələrində ən böyük, bütün dünyada isə mükafat fondunun həcminə görə (bütün xüsusi mükafatlarla birlikdə – 6,1 mln. rubl) ədəbiyyat üzrə “Nobel” mükafatından sonra ikinci yeri tutan ədəbi mükafatdır.

Müsabiqə üçün memuarlar, tərcümeyi-hal və digər sənədli nəsr əsərləri də daxil olmaqla bütün nəsr janrında yazılmış əsərlər qəbul edilir.

Mükafatın yeddinci mövsüm müsabiqəsi üçün əlyazma və kitabların qəbulu 29 fevral 2012-ci il tarixində yekunlaşmışdır. Təşkilatçılar tərəfindən 401 əsər qəbul edilmişdir. 25 aprel tarixində iştirakçıların “Uzun siyahı”sı (Volqoqrad, Vladiqafqaz, Moskva, Nijniy-Novqorod, Podolsk, Sankt-Peterburq, Donetsk, Vilnüs, Kiyev, Paris, Oberndən (Pensilvaniya ştatı) olan müəlliflərin 46 əsəri), 30 may tarixində isə “Finalçıların siyahı”sı elan olunmuşdur. Altıncı mövsümün qaliblərinin elan olunması 2012-ci il noyabrın sonunda baş tutmuşdur.

“Böyük kitab” milli ədəbi mükafatının təsisçiləri:

Alfa Bank

“Renovo” kompaniyalar qrupu

Roman Abramoviç

Aleksandr Mamut

“QUM” ticarət evi

“Ayı” jurnalı

“Video international” kompaniyalar qrupu

Aleksey Yordan adına kadet korpuslarına yardım fondu

Vətən ədəbiyyatına dəstək mərkəzi

Təsisçilər mükafatın Himayədarlar Şurası tərəfindən təqdim olunur. Hal-hazırda Himayədarlar şurasına aşağıdakı şəxslər daxildir:

Aleksandr Avdeyev

RAN rus ədəbiyyat İnstitutunun direktoru, RAN müxbir-üzvü Vsevolod Baqno

VQTRK-nın baş direktoru Oleq Dobrodeyev

Rusnəşrin rəhbəri Mixail Seslavinskiy

Rus Kitab Birliyinin prezidenti, RF Hesablama Palatasının sədri Sergey Stepaşin

“Alfa Bank”ın direktorlar Şurası sədrinin birinci müavini Oleq Sısuyev – şuranın sədri

Rusiya Dövlət Kitabxanasının baş direktoru Viktor Fyodorov

Sosial-iqtisadi və intellektual proqramlar fondunun prezidenti Sergey Filatov

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkov

İştirakçıların “Uzun siyahısı”nın müəyyənləşdirilməsi

Mükafatla bağlı müsabiqədə həm nəşr olunmuş, həm də əlyazma şəklində olan əsərlər iştirak edə bilər. Müsabiqədə iştirak üçün nəşriyyatlar, Ədəbiyyat akademiyasının üzvləri (münsiflər heyəti), KİV, yaradıcı birliklər, eləcə də hökumət orqanları (federal və regional səviyyədə) əsər və ya əlyazmalar təqdim edə bilərlər. Nəşr olunmuş əsər həm də müəllif tərəfindən irəli sürülə bilər. Əsər ya mükafat ilindən əvvəlki ildə, ya da mükafat ilinin 28 fevral tarixinədək – müsabiqə üçün əsərlərin təqdim olunmasının son tarixinədək nəşr olunmalıdır.

Ekspert Şurası daxil olan müraciətlərdən “uzun siyahı” (əsərlərin sayına görə məhdudiyyət qoyulmur) üçün namizədləri seçir. Hər namizədliyi irəli sürülən əsər sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən qiymətləndirilir və məsləhət görülür (və ya təxirə salınır). Ümumi siyahı son nəticə olaraq 30 aprel tarixinədək tərtib olunur və Ekspertlər Şurasının sədri tərəfindən oxunduqdan sonra mükafatın elektron səhifəsində elan edilir.

“Finalçıların siyahısı”nın müəyyənləşdirilməsi

Yekun siyahıya (“finalçıların siyahısı”) “uzun siyahı”dan 8-15 əsər daxil olur. Hər əsərlə bağlı kollegial qərar qəbul edilir, belə ki, əsərin seçilməsi üçün ekspertlərin əksər hissəsi səs verməlidir. 31 may tarixinədək siyahı Ekspertlər Şurasının sədri tərəfindən elan edilməli və mükafatın internet səhifəsində yerləşdirilməlidir.

Ədəbiyyat akademiyasının işi

Ədəbiyyat akademiyası (mükafatın münsiflər heyəti) 100-dən çox insandan – peşəkar ədəbiyyatşünas və naşirlər, mədəniyyət və incəsənət xadimləri, elmi işçilər, ictimai və dövlət xadimləri, jurnalist və sahibkarlardan – ibarətdir.

Ədəbiyyat akademiyasının üzvləri “finalçıların siyahısı” ilə tanış olub səs verirlər. Verilən balların sayına əsasən birinci, ikinci və üçüncü mükafatların laureatları müəyyənləşir. Münsiflər heyəti zəruri olduğu halda Ədəbiyyat akademiyasının əyani iclasını çağırıb bir və ya bir neçə (əlavə mükafatlar da daxil olmaqla) mükafatın verilib-verilməməsi məsələsini müzakirə edə bilərlər.

Oxucu rəğbəti mükafatının müəyyənləşdirilməsi

“Finalçıların siyahısı” elan olunduqdan sonra oxucu səsverməsi açıq elan edilir. Oxuculardan ən çox səsini toplamış ilk 3 əsər xatirə heykəlcikləri ilə mükafatlandırılır. 2008-ci ildən etibarən isə müsabiqəyə təqdim olunmuş işlərin mətni ilə də tanış olmaq olar.

Şura və münsiflər heyətinin sədri, Ekspertlər Şurası

Mükafatın mövcud olduğu bütün illər ərzində Ekspertlər Şurasının sədri “Yeni dünya” jurnalının baş redaktor müavini Mixail Butov olmuşdur.

Ədəbiyyat akademiyası

Ədəbiyyat akademiyasının sədrləri (həmsədrləri) olmuşlar:

2005-2006 – yazıçılar Daniil Qranin və Edvard Radzinskiy

2006-2007 – yazıçı Vladimir Makanin

2007-2008 – yazıçı Andrey Bitov

2008-2011 – yazıçı, jurnalist, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Yuriy Polyakov və tarixçi, yazıçı və teleaparıcı Aleksandr Arxangelskiy

2012-ci ildən – ədəbi tənqidçi Dmitriy Bak.

Mükafatın tarixi və Laureatları

Mükafat 14 noyabr 2005-ci ildən elan edilmişdir.

2005-2006-cı il mövsümü

Birinci mövsümün nəticələri 22 noyabr 2006-cı ildə elan edilmişdir.

Birinci yer (3 mln.rubl) Dmitriy Bıkov (“Boris Pasternak” bioqrafiyası)

İkinci yer: (1,5 mln.rubl) Aleksandr Kabakov (“Hər şey düzələndir” romanı)

Üçüncü yer: (1 mln.rubl) Mixail Şişkin (“Veneranın səsi”)

“Ədəbiyyata töhfəsinə görə” xüsusi mükafatı ilə Naum Korjavin (“Qanlı epoxanın cazibəsində”) təltif edilmişdir.

Oxucu rəğbəti mükafatını internet vasitəsi ilə aparılan səsvermə nəticəsində mükafatın finalçıları Aleksey İvanov, Dmitriy Bıkov, Lyüdmila Ulitskaya (“Bizim çarın adamları”) almışlar.

2006-2007-ci il mövsümü

Mükafatın ikinci mövsümü 28 noyabr 2006-cı ildə elan olunmuşdur.

“Uzun siyahı”ya 45 əsər daxil edilmişdir ki, bunlardan yalnız 12-si finalçı ola bilmişdir.

İkinci mövsümün laureatları 22 noyabr 2007-ci ildə “Paşkovun evi”ndə elan edilmişdir.

Birinci yer: (3 mln.rubl) Lyüdmila Ulitskaya “Tərcüməçi Daniel Ştayn” romanına görə,

İkinci yer: (1,5 mln.rubl) Aleksey Varlamov “Aleksey Tolstoy” bioqrafiyasına görə,

Üçüncü yer: (1 mln.rubl) Dina Rubina “Küçənin günəşli tərəfində” romanına görə,

“Ədəbiyyata töhfəsinə görə” xüsusi mükafatı Andrey Bitov və Valentin Rasputinə təqdim edilmişdir.

“Şərəf və ləyaqətinə görə” mükafatı ilə şair və tərcüməçi İlya Kormiltsevə ölümündən sonra təltif edilmişdir.

Oxucu səsverməsinin nəticələrinə görə Oxucu rəğbəti mükafatını Lyüdmila Ulitskaya, Dina Rubina, Viktor Pelevin (“V imperiyası” romanına görə) almışlar.

2007-2008-ci il mövsümü

27 noyabr 2007-ci il tarixində mükafatın üçüncü mövsümü elan edilmişdir. Əsərlərin qəbulu 29 fevral 2008-ci il tarixində bitmişdir.

Mükafatın üçüncü mövsümündə də “uzun siyahı”ya 45 əsər daxil edilmiş, bunlardan yalnız 10 əsər final siyahısına daxil ola bilmişdir.

Müsabiqənin nəticələri 25 noyabr 2008-ci ildə “Paşkovun evi”ndə elan edilmişdir.

Birinci yer: (3mln. rubl) “Asan” romanına görə Vladimir Makanin,

İkinci yer: (1,5 mln. rubl) ”Aleksandr Soljenitsin” bioqrafiyasına görə Lyüdmila Saraskina,

Üçüncü yer: (1 mln. rubl) “İki Moskva və ya Paytaxtın metafizikası” kitab-essesinə görə Rüstəm Rahmatullin.

“Şərəf və ləyaqətə görə” mükafatı ilə ölümündən sonra Aleksandr Soljenitsın təltif edilmişdir.

Oxucu səsverməsinin nəticələrinə görə Oxucu rəğbəti mükafatını: 1.Rüstəm Rahmatullin; 2.Vladimir Kostin; 3.Lyüdmila Saraskina alıblar.

2008-2009-cu il mövsümü

Əsərlərin qəbulu 28 fevral 2009-cu ildə başa çatmışdır.

“Uzun siyahı”ya 48 əsər daxil olmuş, ekspertlər onlardan yalnız 13-nü final siyahısına daxil etmişlər.

Dördüncü müsabiqənin laureatları 26 noyabr 2009-cu ildə “Paşkovun evi”ndə keçirilən təntənəli mərasimdə elan edilmişdir.

Birinci yer: (3 mln.rubl) “Durnalar və cırtdanlar” romanına görə Leonid Yuzefoviç,

İkinci yer: (1,5 mln. rubl) “Daş körpü” romanına görə Aleksandr Terexov,

Üçüncü yer: (1 mln. rubl) “Bərbad qlobus” məcmuəsinə görə Leonid Zorin

“Şərəf və ləyaqətinə görə” xüsusi mükafatı ilə Boris Vasilyev təltif edilmişdir.

Oxucu səsverməsinin nəticələrinə görə Oxucu rəğbəti mükafatını: 1.Andrey Baldin (“Nöqtənin uzunluğu” kitab esesinə görə); 2.Leonid Yuzefoviç; 3.Məryəm Petrosyan (“Ev, hansında ki...” romanına görə) almışlar.

2009-2010-cu il mövsümü

Əsərlərin qəbulu 28 fevral 2010-cu ildə başa çatmışdır.

Mükafatın müsabiqəsinə 379 əsər təqdim olunmuş, 15 aprel tarixində açıqlanmış “uzun siyahı”ya 37 müəllifin işıq üzü görmüş kitabı, 12 müəllifin isə əlyazması daxil olmuşdur.

“Finalçıların siyahısı” 19 may 2010-cu ildə təntənəli Ədəbi naharda elan edilmiş və siyahıya 14 kitab və əlyazma daxil olmuşdur.

Beşinci müsabiqənin laureatları 23 noyabr 2010-cu il tarixində “Paşkovun evi”ndə elan edilmişdir.

Birinci yer: Pavel Basinskiyə “Lev Tolstoy. Cənnətdən qaçış” araşdırmasına görə,

İkinci yer: Aleksandr İliçevskiyə “Fars” romanına görə,

Üçüncü yer: Viktor Pelevinə “T” romanına görə

Oxucu səsverməsinin nəticələrinə görə Oxucu rəğbəti mükafatını: 1.Viktor Pelevin; 2.Yevgeniy Klyuyev; 3.Mixail Qiqolaşvili almışlar.

2010-2011-ci il mövsümü

Əsərlərin qəbulu 28 fevral 2011-ci ildə başa çatmışdır.

Mükafatın müsabiqəsinə Rusiyanın 42 regionu və 14 yaxın və uzaq xarici ölkədən 375 əlyazma kitabın namizədliyi irəli sürülmüş, bunlardan 39 müəllifin 40 əsəri 20 aprel tarixində elan edilmiş “uzun siyahı”ya daxil olmuşdur.

“Finalçıların siyahısı” 25 may 2011-ci ildə elan edilmişdir. Siyahıya 10 əsər daxil idi.

Qaliblər 29 noyabr 2011-ci ildə “Paşkovun evi”ndə elan edilmişdir.

Birinci yer: Mixail Şişkin,

İkinci yer: Vladimir Sorokin “Çovğun”

Üçüncü yer: Dmitriy Bıkov: “Sehrbazın şagirdi”

“Şərəf və ləyaqətinə görə” xüsusi mükafatı ilə Fazil İskəndər təltif edilmişdir.

“Ədəbiyyata töhfəsinə görə” xüsusi mükafatını Piter Meyer (Peter Meyer) almışdır.

2011-2012-ci il mövsümü

Mükafatın müsabiqəsinə əsərlərin qəbulu 29 fevral 2012-ci ildə başa çatmışdır.

Mükafatın müsabiqəsinə 401 əsərin namizədliyi irəli sürülmüşdür ki, bunlardan 85-i əlyazma şəklində olmuşdur.

30 may tarixində elan edilmiş “finalçıların siyahısı”na 14 əsər daxil olmuşdur.

2012-ci ilin iyul-noyabr aylarında oxucu səsverməsi keçirilmişdir. Bookmate.com saytında bütün finalçıların əsərlərinin tam mətni icazə əsasında yerləşdirilmişdir.

Qaliblər 27 noyabr 2012-ci ildə “Paşkovun evi”ndə keçirilən təntənəli mərasimdə elan edilmişlər. Nəticədə:

Birinci yer: Daniil Qranin, “Mənim leytenantım...” romanına görə

İkinci yer: Aleksandr Kabakov, Yevgeniy Popov, “Aksyonov” əsərinə görə

Üçüncü yer: Marina Stepnova

“Şərəf və ləyaqətinə görə” xüsusi mükafatı ilə Daniil Qranin,

“Ədəbiyyata töhfəsinə görə” xüsusi mükafatı ilə isə Fransanın qədim “Qallimar” nəşriyyatının rəhbəri Antuan Qallimar təltif edilmişlər.

Bundan əlavə, təntənəli mərasimdə oxucu səsverməsinin qalibləri də mükafatlandırılmışdır:

Birinci yer – arximandrit (baş rahib) Tixon (Şevkunov), ikinci yer – Marina Qalina, üçüncü yer – Marina Stepnova.

2012-2013-cü il mövsümü

Mükafatın müsabiqəsinə Rusiya, Ukrayna, Belorus, Qazaxıstan, ABŞ, İspaniya, Fransa, Estoniya, İsrail, Latviya və Almaniyadan olan yazıçıların 321 əsəri təqdim edilmişdir. 24 aprel 2013-cü il tarixində A.N.Tolstoyun xatirə ev-muzeyində “uzun siyahı” elan edilmişdir ki, buraya Aleksandr Terexov, Aleksandr İliçevskiy, Yuriy Buyda, Maya Kuçerskaya, Yevgeniy Popov, Aleksandr Arxangelskiy və İrina Rodnina kimi yazıçıların əsəri daxil olmuşdur.

# 2976 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #