O söz verdi ki, bir də “anam”ı...

O söz verdi ki, bir də “anam”ı...
12 yanvar 2013
# 08:30

"İntihar hörüyü"

Allahın 100-cü adı – unutqan

Yəqin mən də allahın unutduğu hansısa milyonuncu adamam. O, yaxşı bilib ki, atam alkaşın biri olacaq, xəstələnib canı çıxacaq, anam sürüşgənliyinin üstündə evdən qaçacaq, veteran-sürücü babamın, belibükük qarı nənəmin, bir də qoyun-keçinin umuduna qalacam. Bəli, bunları bilib. Amma, nə olubsa sonra unudub. İndi bilmir mən adlı yaratdığı var, yoxsa yox...

Burda da evimizin düz yanından enli, palçıq arx axır. Kənd adamları bostanlarını bu arxın lil suyuyla suvarırlar. Deyirlər şirin sudu, bərəkətlidi. Bunu da Allahın onlara verdiyi böyük bəxşiş adlandırırlar. Günortalar arxın kənarında gəzişir, üzən ördəklərə tamaşa eləyirəm. Xoşum gəlir. Burdan batıb otuz metr o yandan çıxıb qağıldaşırlar.

Təzəlikcə siqaretə öyrənmişəm. Əla zövq verir. Kibrit qutusuna tüpürüb suya buraxıram. Axır, düşürəm dalıyca, naməlum ömrünü yaşayan məsum ağız suyumun burulğanlı, kəşməkəşli həyat yolunu izləyirəm. Arabir, qarşısına söyüd budaqları atıram. Hərdən əlimə götürdüyüm çomaqla dalğa yaradıram. Tanrılıq eləyirəm kibrit qutusundakı tüpürcəyimə. Elə bilirəm Allah da belə oynayır mənimlə.

Birdən gedib ilişir arxın o tərəfindəki kolun suya daraşan qıvrım qol-qanadına. Heç cür kömək eləyə bilmirəm yazığa. Əyilib, bir yekə kəsək götürüb selbə sıxıram, gedib dəyir düz təpəsinə, batır suyun dibinə, islanır, ağırlaşır, öləziyir. Bir neçə metr kənardan ölümcül halda çıxıb ağır-ağır irəliləyir və “Titanik” əzəmətiylə batır.

Yəqin allah da belə oynayır adamlarla. Sonra təzəsini yaradıram... Beləcə hava qaralır. Sonda arxın kənarına işəyirəm. Çox xoşlanıram arxa işəməkdən. Torpağın bağrında buxarlı şırımlar yaranır. Şırımların bir ucu suya birləşir. Gözlərimi yumub rahatlığın həzzini yaşayıram, qurtarandan sonra elə bilirəm bütün arxı mən işəmişəm. Mən bunu hər dəfə təkrar eləməkdən həzz alıram.

Böyüdükcə bu mübarək vərdişimdən əl çəkdim. Kənd adamları arxın suyunu çəlləklərə doldurub, duruldub içirdilər, çay dəmləyirdilər həm də. Bir gün kəndin ayağından qız sevdim, Məryəm adlı. Məktəbdə rastlaşdıq. O, dərsə az-az gəlirdi. Bir dəfə uçuq-sökük məktəbimizin foyesindəki guşədə mənim çəkdiyim “Xocalı sakini” rəsminin qabağında dayanıb doluxsunmuşdu.

Əminəm ki, o, rəsmdən heç nə başa düşmürdü. Rəsmdə silahı atıb, hər əlinə bir küpə alıb qaçdığı yerdə alnından vurulan gənc oğlan təsvir eləmişdim. Çox güman direktor da qanmamışdı nə demək istədiyimi. Yoxsa aman verməzdi guşəyə yaxın düşsün. Qızsa müdrik baxışlarla rəsmə baxıb köks ötürürdü. Mən qızı görüb ayaq saxladım.

O:

– Bilmirsən bu şəkli kim çəkib? – dilləndi.

Mən:

– İmzası var orda, Samral Alızadə adlı avaranın biridi – cavab verdim.

Qız ağzını doldurmuşdu məni söysün, elə bu vaxt sinif yoldaşım məni çağırdı:– Samral, müəllim səni çağırır – dərhal da bic pıçıltıyla əlavə elədi – yaxşısı budu gəlmə, lövhəyə çəkdiyin arvad başlı eşşəyə görə əsəbiləşib. Tələsik həyətə sivişdim, qız xoş baxışlarla arxamca süzdü, yəqin başa düşdü artıq. O, mənim ilk fanatım oldu.

Fanatım deyəsən düşük səsləndi. Həm də sevdiyim. Bu da düşük səslənir. Deyəsən mən də onun həyatında ilk oldum. İlk olmaqla ikinci, beşinci olmağın arasında sadəcə rəqəm fərqi var. Mənimçün sonralar işgəncəyə çevrilirdi hansısa qadının həyatında birinci olmağım. Öpüşmək, sevişmək, yatmaq öyrədənəcən əsəblərim qarışır. Ancaq, Məryəmə qədər bir dəfə də olsun qadınla olmamışdım.

Yəni, heç uzunqulaqla da intim yaşamamışdım. Qadını xüsusi deməyim sizi başqa gümana salmasın. Amma kənddə heyvanlarla sevişən qoçaqlar var. Sinif yoldaşım bir dəfə keçiylə olduğunu danışdı. Deyir keçiylə qadın az fərq eləyir. Çəpiş daha ləzzətlidi. Səsi də cingiltilidi. Deyir çəpişin ayaqlarını salırsan çoban potusunun içinə, sağı sola, solu sağa, tay dəbərəşə bilmir.

Hələ əlavə eləyir ki, “Quran haqqı çəpişin özünə də ləzzət verir”. Mənsə ona anasız böyüdüyümü danışdım. Dedim mən sənin kimi yumşaq, armudvari, giləsi fındıq ləpəsi döşdən süd əmməmişəm. Mən qoyun südüylə, keçi südüylə böyümüşəm. Sən qandon, keçiylə olduğundan danışanda elə bilirəm anamı eləmisən.

Deyəsən hirslənib bir şapalaq da vurmuşdum. Yox, təpiklə çənəsinin altından ilişdirmişdim, burnundan qan açılmışdı. Amma o kövrəldiyindən mənə cavab qaytarmamışdı. Hələ boynumu qucaqlayıb ağlamışdı da. Məndən yekəpər və zorluydu. Göz qırpımında məni ayaq-baş eləyərdi. Ancaq mən haqlı idim. Mənim gücüm həqiqətimdəydi. O, söz verdi ki, bir də “anam”ı qayırmayacaq.

# 3361 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #