Türkiyə səfiri Tərcümə Mərkəzində

Türkiyə səfiri Tərcümə Mərkəzində
10 iyul 2015
# 15:35

İyulun 9-da Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alpər Coşqun Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Kulisin məlumatına görə Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, Türkiyə-Azərbaycan qardaşlığının qədim köklərindən, tarixin yaddaşında saxlanan ictimai-siyasi, milli-mənəvi bağlantılarından, dil və düşüncə qohumluğundan söz açıb.

«Sovet ideologiyasının ən sərt qadağalar dönəmində belə, «türkçülük», «Türkiyə» sözünün yasaq olunduğu ağır dövrlərdə də Azərbaycanda böyük bir Türkiyəyə sevgisi, Türkiyə həsrəti yaşanırdı. Yadımdadı, atam - Azərbaycanın tanınmış tənqidçi alimi Məsud Əlioğlu çətinliklə əldə etdiyi qədim türkülərin lent yazılarını gizli qəhərlə dinləyir, Yunis Əmrənin, Fazil Hüsnü Dağlarcanın, Nazim Hikmətin şeirlərini sinədən əzbər deyirdi. Bu gun gənc nəsil Türkiyə-Azərbaycan arasında olan o keçilməz səddən, böyük Türkiyə yasağından xəbərsizdirlər. İstəyirəm onlar da bilsinlər ki, indi bəlkə də sadə görünən Türkiyə-Azərbaycan münasibətlərinin çox çətin, mürəkkəb dönəmləri olub. Və istəyirəm bunu da bilsinlər ki, dil və əqidə ortaqlığından qaynaqlanan Türkiyə-Azərbaycan qardaşlığının təməli, əslində, daha dərin bir bağlantı üzərində – hər iki xalqın genetik yaddaşına hopmuş müqəddəs türk sevgisi, türk doğmalığı üzərində qurulub. Və bu gün hər iki ölkə arasında olan bütün münasibətlərin - ictimai-siyasi, sosial, mədəni bağlantıların kökündə dayanan da məhz həmin bu doğmalıq və sevgidir».

Отображается файл "IMG_2609.JPG"

Daha sonra direktor Tərcümə Mərkəzinin ən ağır maddi imkansızlıq dönəmlərində türk ədəbiyyatıdan ərsəyə gətirdiyi ədəbi nümunələrdən, artıq bir neçə dilə tərcümə edilmiş iki cildli «Müasir Azərbaycan ədəbiyyatı antologiyası» ndan danışıb: «Bu gün Azərbaycanın Prezidenti möhtərəm cənab İlham Əliyevin dilə, ədəbiyyata, tərcüməyə verdiyi önəmin nəticəsidir ki, biz milli ədəbiyyatımızı layiq olduğu səviyyədə dünyaya çıxarmaq iqtidarındayıq. Artıq rus, belarus və ərəb dilinə tərcümə olunmuş ikicildilk, inşallah bu payız Moskvada və Minskdə, gələn il Qahirədə nəşr olunacaq. Hazırda kitab türk dilinə tərcümə olunur, üzümüzə gələn il Ankarada, İstambulda nəşri və geniş təqdimat mərasiminin təşkili üzrə danışıqlar aparılır. İkicildiyin ingilis, ispan, fransız və alman dilinə tərcüməsi də nəzərdə tutulub».

Cənab İsmayıl Alpər Coşqun öz növbəsində Türkiyədə yaşanan Azərbaycan sevgisindən, Azərbaycanın uğurunun da, kədərinin də türk xalqı tərəfindən həyəcanla qarşılandığından söz açıb.

«Azərbaycan və Türkiyə əlaqələri xüsusunda qeyd etdiyiniz bütün hisslər qarşılıqlıdır. İndi gənclər rahatlıqla Türkiyəyə, Türkiyədən Azərbaycana gedib-gəlirlər, amma bir vaxtlar bu yolların qapalı olduğundan xəbərsizdirlər. Yeni nəsil bu rahatlığın qiymətini bilməli, anlamalıdır. Türkiyədə Azərbaycan sevgisi həmişə, sovetlər dönəmində də yaşanıb. Zeynəb Xanlarova Türkiyəyə səfərə gələndə, həcəyan yaşanardı. Müasir dünyada bu görüşlər, əlaqələr çox rahatlıqla başa gəlir. Müasir texnologiyalar buna geniş imkanlar yaradır. Lakin gənc nəsil bilməlidir bütün bu rahatlıq necə qazanılıb. Ulu öndər Heydər Əliyevin, böyük Atatürkün xidmətəri burda əvəzsizdir. Tərcümə Mərkəzinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Biz görülən bütün bu işlərin - Türkiyə-Azərbaycan ədəbiyyatlarının qarşılıqlı mübadiləsi körpüsünün özülünü daha əsaslı şəkildə qoymalıyıq. Bu, davamlı, üzünmüddətli bir iş birliyi olmalıdır».

Görüşün sonunda qonağa Mərkəzin nəşrləri hədiyyə edilib.

# 1607 dəfə oxunub

Oxşar xəbərlər

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər