Markesin ən məşhur əsəri oğurlandı

Markesin ən məşhur əsəri oğurlandı
5 may 2015
# 12:04

Dünyaca məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin “Yüz il tənhalıqda” romanının ilk nəşrlərindən biri oğurlanıb.

Kulisin onedio.com-a istinadən verdiyi xəbərə görə, Markesin imzası olan kitab həftəsonu Kolumbiyanın paytaxtı Boqotadakı Beynəlxalq Kitab Sərgisində oğurlanıb.

Sözügedən kitab Korferias Sərgi Mərkəzində kilidli bir dolabda sərgilənirdi. Polis sərgi mərkəzindəki kameralardan oğrunu və ya oğruları tapmağa çalışır.

Kitabın sahibi Alvaro Kastillo 1967-ci ildə nəşr olunmuş əsərə 60 min dollar qiymət qoyulduğunu söyləyib.

Kastilio Uruqvayın paytaxtı Montevideodakı bukinistdən aldığı kitaba məşhur yazıçının “Köhnə kitablar satan Alvaro Kastilioya. Keçmişdən əbədiyyətə qədər hər zaman dostum olaraq qalacaqsan. Qabo” yazıb imzaladığını bildirib. Kastilio kitabın onun üçün qiymətsiz olduğunu söyləyib.

Latın Amerikasının ən böyük kitab sərgilərindən olan Boqota Kitab Sərgisi bu il “Yüz il tənhalıqda” adı keçən xəyali Makonda kəndinə ithaf olunmuşdu. Sərgi bu günlərdə başa çatacaq.

Xatırladaq ki, “Qabo” ləqəbli Markesin arxivini Texas Universitetinin Harry Ransom Mərkəzi 2,2 milyon dollara almışdı.

Latın Amerikasının magik dünyasını qələmə alan əsərlərinə görə, 1982-ci ildə Nobel Ədəbiyyat mükafatına layiq görülən Markes Servantesdən sonra ən böyük ispandilli yazıçı hesab olunur. Məşhur yazıçı 2014-cü il, aprelin 17-də vəfat etmişdir.

# 2248 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər