35 yaş böyük kişini sevmək HEKAYƏ

35 yaş böyük kişini sevmək HEKAYƏ
23 avqust 2014
# 09:00

Kulis.Az Səkinə Qəribin “Gözləmək” hekayəsini təqdim edir.

Birinci dəfədən məndə ona qarşı çox ciddi hisslər yaranmışdı. Amma bu hisslər qadağan olunmuş, qeyri-adi və uçuruma aparan idi. Bu qeyri-adilik özündən 35 yaş böyük, evli bir adamı sevməkdən ibarət idi. Onu anlatmaq çətindir.

Yaxşılıq etmək deyəndə onu xatırlayar onu tanıyanlar, yaraşıqlı sözünün haqqını ödəyər bu adam, gülüşü gözlərindən tökülər... O qeyri-adidir. O möcüzədir. Mən onu necə tanıdığımı, haradan tanıdığımı deməyəcəm, o mənim sirrimdir. Amma sizə bu kədərli hekayədən bir fraqment danışacam.

Sevdiyim bu adamla mütəmadi görüşsəm də, onun mənim hisslərimdən xəbəri yox idi, bəlkə bu haqda heç düşünməmişdi hətta. Amma mən onunla daha çox vaxt keçirməyə, ona sarılmağa, toxunmağa, o içdən gülüşünü uzun müddət izləməyə çalışırdım. Yenə onunla bir məkanda oturmuşuq, qarşımda pivə, saçaqlı pendir, cips və o. Artıq 4-cü bakalda özümü saxlaya bilməyəcəkdim, etiraf edəcəkdim, vuracaqdım, qıracaqdım, ağlayacaqdım.

Bax, elə buna görə gözlərimi ona zilləyib gözəl bir xəyal qurmaq qərarına gəldim. Xəyalda çılpaq idik, yoxluğuna verirdim bakirəliyimi...Sən xəyallarda idin, adını çəkirdim dərindən, çətin idi, gözlərim tavana dikilmişdi...Üstümə ağır gəldin deyəsən bir az, xəyalımda sənə verirdim bakirəliyimi...İncidirdi uzaqda olmağın, içimdəydi yoxluğun, gedib gəlirdi xəyalların gözümün qabağında...

Bilirəm, iyrəncdi düşüncələrim, bizim bu qədər tamamlanarkən, yanımda olmamağın qədər iyrənc... Dodaqlarına yapışmaq və qopmamaq, boynuna bərk-bərk sarılmaq, üst-üstə olmaq, ahlar çəkmək, ahlarını eşitmək, saçını çəkmək, saçımı çəkərkən o acını duymaq, dırnaqlarını bədənimdə hiss etmək, nəfəsinlə tərlətdiyin bədənimi sənə toxundurmaq istəyirdim...İndi mən xəyalən olsa da bu qocaman qollarda idim... Aramızdakı yaş, sərhəd, evdə səni gözləyən qadının sadəcə bir neçə hərfdən ibarət idi...Və o müqəddəs səs məni xəyallardan ayırır :

-Hesabı istəyək?

-Tez deyil?...

-Fikrin özünə getməsin,gözləyənim var.. (gülərək)

-...

# 3565 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər