Həyatımızı dəyişən 10 əsər

Həyatımızı dəyişən 10 əsər
14 iyun 2014
# 07:45

Orxan Pamukun “Yeni həyat” romanı belə başlayır: “Bir kitab oxudum, həyatım dəyişdi”. Elə əsərlər var ki, onları oxusaq dünyaya baxışımız, həyatımız dəyişər. Müasir insan üçün bu əsərləri oxumaq olduqca vacibdir. Bu əsərlərsiz həyat daha amansız, daha sıxıcı, daha qəddar olardı.

Kulis.Az həyatımızı dəyişən 10 əsəri təqdim edir.

“100 ilin tənhalığı”, Qabriel Qarsiya Markes

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır…

Bu əsəri oxuyub bu böyük dünyada nə qədər tənha olduğumuzu anlayacağıq.

“Pişik beşiyi”, Kurt Vonnehut

“Pişik beşiyi” romanı ən məşhur antiutopik əsərlərdəndir. Atom bobmbası haqqında kitab yazmaq istəyən Con material toplamaq üçün atom bombasının yaradılmasında iştirak etmiş Feliks Honnikerin 3 uşağına məktub yollayır. Sonrakı hadisələr Karib dənizində yerləşən balaca San-Lorenso adasında davam edir. "Pişik beşiyi" bir uşaq oyununun adıdır. Bu oyunda ip müxtəlif kombinasiyalarda barmaqlara dolanır.

Parodiya üslubunda yazılmış əsər tez-tez bizi güldürsə də daha çox düşünməyə vadar edir. Əsərin qaldırdığı problemlər o qədər çoxdur ki, düşünməyə vaxt tapmırsan. Oxu zamanı hadisələr koleydoskopu vadar ki, mütaliəni yarımçıq saxlayıb özümüzə sual verək: “İndicə nə oxudum?” Bir müddət sonra əsərin ikinci oxunuşunda isə əsər sizə tamamilə başqa bir təəssürat yaradacaq, əsərin bütün mənzərəsi gözləriniz önündə canlanacaq.

“Əlvida, silah”, Ernest Heminquey

“Əlivada, silah” bir “itirilmiş nəsil” nümayəndəsinin Birinci Dünya müharibəsi haqqında ilk uğurlu əsəridir. Kitab müharibə haqqındadır. Burada sadəlövh oğlanlar döyüşə gedib qurbana çevrilirlər. Bu əsərdə məhəbbət yalnız bir an sürür, nə keçmişi var, nə gələcəyi. Bu əsər unutmaq istəyib, amma heç vaxt unuda bilmədiyin müharibə haqqındadı.

“Milçəklərin tanrısı”, Uilyam Qoldinq

Əsər 1954 –cü ildə yazılıb. İkinci Dünya müharibəsindən sonra nüvə qorxusu ərəfəsindən bəhs edir. Əsər insanların mənşəyindəki vəhşilikdən söhbət açır. Roman müharibə ilə üz-üzə qalmış dünyamızın alleqorik obrazıdır. Bu dəhşətli əsəri oxumaq vacıbdir, ən azı bu cür dünyada yaşamamaq üçün.

“Milçəklərin tanrısı” gənclərin bir adaya düşməsi ilə başlayır.

“Çapayev və Pustota”, Viktor Pelevin

Bu əsər dünya ədəbiyyatına hadisələrin mütləq boşluqda baş verdiyi ilk əsərdir. Həqiqətdə hadisələr gah 1919-cu ildə Çapayevin diviziyasında, gah da müasir günümüzdə baş verir. Əsərin baş qəhrəmanı isə şair Pyotr Pustotadır. Psixi travma yaşayan Pustota Çapayevin dövrünə düşür və bu qırmızı döyüşçüdən mütləq boşluğun sirrini öyrənir.

“Döyüşçü klubu”, Çak Palanik

Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.

İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır.

“Farenheytlə 451 dərəcə”, Rey Duqlas Bredberi

İstehlak cəmiyyətinin tənqidi haqqında amansız kitab. Artıq roman səhifələrində bəhs edilən o arzuolunmaz dünyaya yaxınlaşdığımız üçün bu kitab XXI əsrin hər bir oxucusunun stolüstü kitabı olmalıdır.

Romanın adı vərəqin öz-özünə alışdığı temperatura işarədir.

“Bülbülü öldürmək”, Harper Li

Kitab qara dərili bir insanın zorlama ittihamı ilə təqsirli bilinməsindən bəhs edir. Bundan başqa kitabda kiçik bir vilayətdə inanc və vicdanla bağlı hökmlərin necə verildiyindən bəhs olunur. Sözü gedən kitab, 1960-cı illərin ən çox satılan kitabı olmuşdur.

Əsərin sonunda görürük ki, xeyirxahlıq insanın dərisinin rəngindən və sosial vəziyyətindən, ictimai rəydən asılı deyil. Bu adamın ürəyinə bağlı bir işdir.

“Martin İden”, Cek London

Əsər Martinin küçə döyüşündə gənc oğlanı xilas etməsi ilə başlayır. Sonra oğlanın ailəsi ilə tanış olan Martin onun bacısı Rufa dəlicəsinə aşiq olur. Amma qəlbi maddiyyatın ağır qıfılları ilə bağlı olan qız Martinə üz çevirir. Rufun qəlbinə hakim olmağa çalışan Martin filosofları oxumağa başlayır, qrammatikanı öyrənir. Məhrumiyyətlərə baxmayaraq yazır, yazır, yazır.

O, Amerikanın ən məşhur yazıçılarından biri olanda isə can atdğı həyat, hətta onun ayaqlarına sarılmağa hazır olan Ruf da heç bir əhəmiyyət kəsb etmir. Bax, o zaman Martin bir gəmiyə minir və okeanın ortasında kayutun ilüminatorundan özünü atır.

“Don Xuanın təlimi”, Karlos Kastaneda

Karlos Kastanedanın müəllimi maq Xuan Matusun əqidəsinə görə 10 min il əvvəl Yeni Dünyada yaşayan insanlar kainatı dərindən öyrənmiş və dərk etmişdilər. Müasir insan onların gerçək gücünün cüzi bir hissəsini də təsəvvür edə bilməz. Bu kitabın səhifələrində müəllif qədim Meksika şamanlarının sirlərini açır.

# 7622 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #