Siqaret şeirləri

Siqaret şeirləri
8 yanvar 2016
# 11:07

Kulis siqaretdən bəhs edən şeirləri təqdim edir.

Səməd Vurğun

Papiros tüstüsü, siqar dumanı

Bu kiçik otaqda boğur adamı.

Əli Kərim

Sinəmə tüstü gedir

Sinəmdən söz çıxır

Süleyman Rüstəm


Hamı bir bülbül kimi cəh-cəh vurub dil açır,
Hamının ürəyində min bir əməl gül açır.
Biri ağrı hiss edir köz tutan yarasında,
Biri papiros çəkir ovucu arasında.

Məmməd Araz


Artır söz yığını, artır çayırtək

Hamı deyən olub, yazan olubdu

İlhama sarılıb, qələm götürmək

Papiros çəkməkdən asan olubdu...

Vaqif Səmədoğlu

Bir küçə var şəhərimdə,
sakit, qısa bir küçə...
Yetmiş addım o yana,
yetmiş addım bu yana.
Bir siqaret
o yana,
bir siqaret
bu yana...

Nüsrət Kəsmənli

Nə oldu?...
mənzilin sona yetdimi;
De, nə tapacaqsan itirsən məni.
Yandın əllərimdə siqaret kimi,
Öpə-öpə zəhərlədin sən məni.

Rasim Qaraca

Siqaretə uzanıram

Özü-özünü öldürməyin poeziyası

Fikrət Qoca

Ayda yandıracam papirosumu

Viktor Tsoy

Varsa cibində bir qutu siqaret

Deməli, vəziyyət çox da pis deyil.

Anonim

Sigara içme dedi kadın.

Sigaraya muhtaç etme dedi adam...

Cemal Cüreya

Önceleri ilk işimdi sigara içmek

Şimdi ilk işim sigara içmemek.

***

Bilirsin sigarayı da

kalem tuttuğum gibi tutarım.

Ondan tüter sevda sözleri...

Ahmet Ada


Paylaşmak için balıkçıların mutsuzluğunu
Yaksana bir sigara, düzelirse aşkla düzelir dünya

# 10275 dəfə oxunub

Oxşar xəbərlər

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

12:00 25 noyabr 2026
“Tavriya” niyə oxucunu narahat edir?

“Tavriya” niyə oxucunu narahat edir?

12:00 25 noyabr 2026
Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

10:00 25 noyabr 2026
Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

16:00 23 noyabr 2026
Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı:  Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

10:00 21 noyabr 2026
Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər