Əkrəm Əylisli Rasim Qaraca və Aqşin Yeniseyi sərt tənqid etdi: “Nadanlığın bundan oyanası yoxdur!”

Əkrəm Əylisli Rasim Qaraca və Aqşin Yeniseyi sərt tənqid etdi: “Nadanlığın bundan oyanası yoxdur!”
19 iyun 2020
# 14:17

“Rəhmətlik Abbas Abdulla tez-tez deyərdi ki, Əkrəm ən doğru sözünü yalnız hirslənəndə deyir. İndi mən, Rövşən Danyerini də, onun məzhəbi məlum olmayan məqaləsini də bir tərəfə qoyub, bir zaman Əylisdə gördüyüm dan yerinin bakirə gözəlliyinə and içirəm ki, o məqaləni oxuyanda qətiyyən hirslənmədim.”

Bu sözləri tanınmış yazıçı Əkrəm Əylisli Kulis.az-da 60-cılar ədədbi nəsli, o cümlədən onun özü ilə bağlı gedən tənqidi yazıya münasibət bildirərkən söyləyib. O daha sonra əlavə edib:

“Azca heyrətləndim və ordaca təəssüfləndim. Bir də özüm üçün belə bir qənaət hasil elədim ki, məqaləni yazan adam hər kəsdirsə ədəbiyyatdan bir o qədər də xəbərdar deyil. Ölkəmizin milli epiqonçuluq məktəbinin banisi, mənim köhnə dostum Rasim Qaracanın növrəstə yetirmələrindədir. Ancaq sizdən nə gizlədim, bu da məni lazımınca hirsləndirə bilmədi. Bir daha ona heyrətləndim ki, dünya dəyişir, ədəbiyyatımız bütün varlığı ilə dəyişməyə, təzələnməyə can atır, ancaq bir qırıq ədəbiyyat sövdəgəri hələ Sovet dövründən qalan şərbazlıqdan, şeytançılıqdan əl çəkə bilmir. Bir daha təəssüfləndim ki, saytın oxucuya nasir kimi təqdim etdiyi bir gənc yazar öz yaradıcılığı ilə məşğul olmaq əvəzinə başqalarının yaradıcılığı barədə bu qədər naşı, primitiv mühazirələr yürütməyə özündə güc, həvəs tapır. İndi o qədər qocalmışam ki, nəyinki hekayə yazmağa, hətta hirslənməyə belə zorum çatmır. Hərdən hirslənirəm, amma Abbas Abdullanın dediyi, “o doğru sözü” demək məsələsi mənim üçün xeyli çətin olub. Düzü bilmirəm ki, “o doğru sözü” kimə deməliyəm?! Bəlkə, elə indicə adını çəkdiyim Rasim Qaracaya deməliyəm?!”

Yazıçı daha sonra Rasim Qaracanın və Aqşin Yeniseyin ədəbi düşüncələrini və yaradıcılığını tənqid edib:

“Axı bunun xeyri yoxdur. İnanın ki, heç mənası da yoxdur. Çünki 30 ildir bu adam öz dediyinin üstündə fədakarcasına möhkəm dayanıb. Deyir ki, 60-cıların heç biri yazıçı deyil. Onların indiyə qədər yazdığına bir qoz. İndən belə heç yazmasalar yaxşıdır. Bu sözləri o adam deyir ki, onun bir hekayəsinə hekayə, yaxud bir şeirinə şeir deyən insan hələ ki bu məmləkətdə dünyaya göz açmayıb. İşıqsız, rəngsiz, məntiqsiz və mənasız mətnlər yazan, təkrarsız söz sərkərdəsi! Mən bu adamda əvvəldən də bir zərrə işıq görməmişdim. Amma Aqşin Yenisey bir vaxt işıqlı idi. O işıq indi nə oldu bəs? O işıq nə tez söndü? O adam artıq nə şairdi, nə də nasir, filosofdur, ideoloqdur. Aqşin bənzərsiz novatordur. Əsgərlikdə olub-olmadığını bilmirəm, amma saytlarda, sosial şəbəkələrdə xalis general kimi gəzir. Epiqonçu, novatorçuluğun bayrağını fəxrlə başının üstündən asır. Başlıca vəzifəsi əsl yazıçı olmağın sirlərini durmadan hamıya öyrətməkdir. Nadanlığın bundan oyanası necə olur bilmirəm?”

Yazıçı daha sonra əlavə edib:

“Abbas Abdullanın ruhu şad olsun! İndi gördünüz ki, mən qoca hələ də hirslənə bilirəm! Qoy bunu da hamı bilsin ki, Rasim Qaracanın məlum hekayəm barədə yazdığı içi boş, üstü bəzək, altı təzək məqaləsini oxuyanda da mən bəs deyincə hirslənə bilmişdim. Nəhayət, Ulisin pərəstişkarlarına xatırlatmaq istərdim ki, epiqonçuluq və ədəbi şarlatanlıq bu gün və bizim məmləkətdə peyda olmayıb. Hələ ötən əsrin 20-ci illərinin əvvəllərində Rusiyada bu tipli ədəbiyyat carçılarının sayı-hesabı yox idi. “Puşkini, Tolstoyu, Dostoyevskini çağdaş ədəbiyyat qatarının pəncərəsindən bayıra tullamaq lazımdır” - bunların şüarı bu idi. Bəs sonra necə oldu, Rasim Qaraca? O əbləhlər Puşkini, Tolstoyu, Dostoyevskini o qatardan endirə bildilərmi?

Mən nə Tolstoyam, nə Dostoyevskiyəm və Allaha min şükürlər olsun ki, Rasim Qaraca və Aqşin Yenisey də deyiləm.”

# 8775 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #