Ermənilər nəyə inanır?

Ermənilər nəyə inanır?
26 iyul 2023
# 15:20

Kulis.az Rəvan Cavidin "Mirzə Cəlil niyə Molla Nəsrəddini seçmişdi?" yazısını təqdim edir.

Keçən əsrin əvvələrində xeyirsiz (sonralar başa düşdük) maarifçilik ənənəsi yaranmışdı. Aydınlarımız hekayə ilə, lətifə ilə yarı rus, yarı ərəb dilində dua edən xalqımızı milli kimliyinə qaytarmaq niyyətində idilər. Amma olmadı. Həmin dövrdən bizə miras qalan təkcə dilimiz oldu.

Məsələn, Cəlil Məmmədquluzadə o aydınlarımızdan biri idi. Nə qədər varıqsa, ona dilimizin gözəlliyinə görə təşəkkür edəcəyik. Cəlil Məmmədquluzadənin niyyətini indi-indi başa düşürük, ancaq hələ də onu tam anlamamışıq.

Onun miras qoyduğu ideologiya nə idi?
– Milli kimlik!

İctimai düşüncəsi rusca, dini tərbiyəsi farsca (ərəbcə yox, məhz farsca) olan milləti öz genetik kodlarına geri qaytarmaq istəyən aydınımız əbəs yerə arzusunun simvolu kimi Molla Nəsrəddini seçməmişdi.

Cəlil Məmmədquluzadə Molla Nəsrəddinin özü idi. Ondan yeddi yüz il əvvəl yaşamış Molla Nəsrəddin səlcuqlu türkləri üçün nə etmək istəyirdisə, Mirzə Cəlil eynisini qafqaz türkləri üçün edirdi.

Orta Şərqdən Mərkəzi Asiya çöllərinə səfər edən Molla Nəsrəddin qədim türk ənənələrini öyrənmiş, türkmənlərlə bərabər Anadoluya geri qayıtmış, Hənəfiliyə, mövləviliyə qarşı alternativ dini-milli düşüncə gətirmişdi: Türkmən təsəvvüfü.
Molla Nəsrəddin milli din anlayışının formalaşması məqsədilə türklərin qədim tanrıçı dininin elementlərini İslam təsəvvüfünə calayaraq (bəlkə də, yəhudilərdən sonra ilk ciddi işlər görən) bir təşkilat yaratmışdı: Ahilik (“əxilik”lə heç bir əlaqəsi yoxdur).

Nəsrəddin Hocanın irfanı pozitiv irfan idi. “Ahi Evran mübahisəsi” yazımda bu barədə yazmışdım. Əvvəlki ideologiyadan fərqli olaraq ağlamağı, xamuşu yox, gülməyi, hərəkəti əsas götürmüşdü.

Təəssüf ki, türklər qədim babaları kimi İslamı farslardan öyrənməyi daha məqbul hesab etdilər. Beləcə, Anadoluda da ahilik yox, mövləvilik (Mövlanənin fars təsəvvüfünə söykənən təsəvvüf elmi) qalib gəldi. Mövləvilik depressiv irfan idi. Nagüman yolçuların irfanı.

Mövlanənin müəllimi türk oğlu Şəms idi. Ancaq türk oğlu deməyimə baxmayın, mistik Şəms marjinal görünmək üçün hər şey eləyərdi. Günümüzün kosmopolitləri kimi, Şəmsin də patriot düşüncə tərzinə, yumşaq desək, allergiyası var idi. Bu barədə başqa bir yazıda.

Molla Nəsrəddin necə Anadolu insanına uduzmuşdusa, Mirzə Cəlil də öz xalqına və onun cəhalətinə uduzmuşdu.
Molla Nəsrəddinin gülüşü nə qədər ağırdısa, Mirzə Cəlilin yumoru da o qədər kəskin və iti idi. Lakin geydirmə dini düşüncə tərzini ortadan bölməyə bu itilik bəs etmədi.

Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı ilə Molla Nəsrəddinin türk təsəvvüf elmi eyni şeyə xidmət edirdi. Və hər ikisi üçün yeganə böyük əngəl dinin əslini bilməyən qaragüruh, onları idarə edən fars irfanı idi.
“Ölülər” məhz türkmən irfanı üçün oxunan son mərsiyə idi.

Mirzə Cəlil də sonuncu sufi.

Əslində, dinə bu qədər yoluxmuş və beyni cəhalət yuvasına çevrilmiş bir toplum üçün milli din anlayışı yaratmaq çıxış yolu idi. Necə ki bunu vaxtilə yəhudilər etdilər.
Ermənilərin qriqoriyanlıq “dastanı” da məhz milli dinə hesablanmış ideologiya idi. Bu gün Qriqoriyan kilsələrində yalan propaqandası maşınları işləyir. Onlar sürətlə post-tru dövrünün konturlarını əzib keçdilər və dünyanı istehsal etdikləri yalanlara inandırmağı bacardılar.

Qriqoriyanlıq xristianlığın heç bir qoluna bənzəmir. O, ekskuliziv olaraq ermənilər üçündür. Bu ekskulizivlik isə erməniləri digər qardaş-bacılarının dini təsirindən qoruyur.
Yəhudilər sinaqoqlarda təşkilatlanıb dünyanın dörd bir tərəfinə səpələnmiş dindaşlarını bir dövlətə cəmləməyə nail olmuşdular. Yəhudilərin milli dini onlara dövlət, ermənilərin milli dini onlara “tarix” qazandırdı.
Milli din anlayışının vacibliyi budur.

Molla Nəsrəddin bu anlayışı ilk təcrübə edənlərdən biridir. Təcrübənin əsas məqsədi isə milli genetik kodlara qayıdışdır.
Cəlil Məmmədquluzadə Molla Nəsrəddinin davamçısı kimi genetik kodlara qayıdışın sonuncu sarvanı oldu.
Bəs niyə alınmadı? Nə qoymadı ki biz də öz kimliyimizə qovuşaq? Söz yerinə çəkər, niyə biz əzadarlığı, mərsiyanəliyi seçdik, amma pozitiv olan, güclü olan bütün düşüncə tərzlərindən imtina etdik?

Cavabı bir Molla Nəsrəddin lətifəsində çox gözəl verilib:
“Bir gün camaat Mollanın yanına gəlir ki, Əmir Teymurun fillərindən bezmişik. Əkinimizi tapdalayır, evlərimizi dağıdır. Sən başımızda dur, gedək Teymura şikayətimizi bildirək. Molla Nəsrəddin camaatı arxasına alıb yola düzəlir. Hər dəfə arxaya çönəndə görür ki, camaatın sayı azalıb. Nəhayət, Teymurun yanına çatanda bir də arxaya baxır. Görür ki, heç kim yoxdur, tək qalıb. Teymur nə istədiyini soruşur. Molla da cavab verir ki, gəldim deyim ki, camaat sənin fillərindən çox razıdır, olsa əlavə bir-iki fil də göndər”.

# 3224 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər