Şamil Şəfəqli: “AYB-nin iki min yeddi yüz neçənci üzvüyəm...”
28 iyun 2011
16:08
Onun “Kəndimizin romantikası” adlı kitabını əldə etmişdik. Kifayət qədər maraqlı yazır. Müsahibə almaq barədə təklif etdik, etiraz etmədi, dediyimiz kimi, redaksiyamıza gəlməyə razı oldu. Qarşılamaq üçün gedəndə gördüyümüz mənzərə çox təsirli idi: Şamil Şəfəqlinin ayaqlarını əl ağacları əvəz edirdi. “Bilsəydik, biz gələrdik” demək nəyi dəyişdirəcəkdi ki?!
Həyata çox bağlı adam olduğu elə ilk kəlmələrindən məlum oldu, bizim çaşqınlığımız, deyəsən, ona tanış idi, sadəcə, gülümsəyirdi. Bir az söhbətdən sonra anladıq ki, mübariz adamdır, anadangəlmə qüsuru ona ali təhsil almaqda, 40 il müəllim işləməkdə mane ola bilməyib, əksinə, həyatda çox şeyə nail olub. 3 oğlu, 2 qızı, 2 nəvəsi var...
Deyir ki, alman dilindən tərcümələri zamanı bir sözün üzərində uzun müddət axtarış aparıb, lüğətlərdən sözün mənasını tapa bilməyib Almaniyada yaşayan tanış bir qıza məktub yazıb, sözün mənasını biləndən sonra isə “nə yaxşı ki, bu qədər çalışmışam” deyib. Dediyinə görə, əsərin bütün mahiyyəti bir sözə görə dəyişə bilərdi...
Elə bu hadisədən də nə qədər təmkinli və inadcıl olduğu məlum olur. AYB və AJB-nin üzvüdür.
- Şamil müəllim, neçə yaşınız var?
- 64.
- Necə oldu alman dilini öyrənmək qərarına gəldiniz?
- Əslində alman dili təhsili almaq barədə düşünmürdüm, jurnalist olmaq arzum vardı. Amma dörd cəhd etdim və müsabiqədən keçə bilmədim. Məktəb yoldaşlarım oxuyub qayıtmışdılar, amma mənim hələ də ali təhsilim yox idi. Onlardan birini yolda gördüm, bir az bu barədə danışandan sonra dedi ki, başqa yerə imtahan ver, diplomun olsun, çörək pulu qazan. Ondan sonra dedim ki, jurnalistliyi həyatda qazanacağam. Orta məktəb müəllimim Erik Aleksandroviç (Dmanisidə yaşayan almaların nümayəndəsi idi) məndə alman dilinə maraq oyatmışdı, dili də ondan öyrənmişdim. İmtahan verdim və Xarici Dillər İnstitutunun alman dili fakültəsinə qəbul oldum. 40 ilə yaxındır ki, müəllim işləyirəm. Bu illər ərzində bir çox tərcümələr də edib Alman ədəbiyyatını oxuculara təqdim etmişəm.
- Yazmağa necə başladınız?
- 15 yaşından etibarən yazmağa başlamışam. Tiflisdə çıxan “Sovet Gürcüstanı” qəzetində sovet ideologiyasına münasib yazılarım, şeirlərim çap olunub. Ən çox da kənd təsərrüfatı sahəsində olan yazılar yazırdım. Bu yazılarla bərabər, həm də başqa-başqa qəzetlərdə mənsur şeirlərim də çap olunurdu. Sonra kiçik hekayələr yazmağa başlamışam, maşallah olsun, məni utandırmayıblar. Hekayələri verəndə böyük oxucu kütləsinin rəğbətini hiss edirdim. Onlar oxuduqca sanki bir-birlərinə “elə bil bizim öydə olub, bizim hadisəni yazıb” deyirdilər. Bununla qürur duyurdum.
- Mənsur şeir Azərbaycan ədəbiyyatında geniş yayılmış janr deyil. Necə oldu ki, bu janra üstünlük verdiniz? Kimdən əxz eləmisiniz?
- İlk dəfə yazmağa mənsur şeirlə başlamışam. Gülhüseyn Hüseynoğlu Azərbaycanın ilk və son mənsur şeir yazan şairidir. İstədim onu davam etdirəm. Sonra baxdım ki, hekayə janrı mənə daha asan, daha doğma gəlir. Amma mənsur şeirlər də məni utandırmayıb.
- Hekayələrini oxuyanda məni realizm cəlb etdi, niyə başqa janrlar yox, məhz onu seçmisiniz?
- Bilirsiniz, gərək bir şeyi yazanda gərək o yazı müəllifə xoş söz gətirsin. Yəni yazdıqları ona baş ucalığı gətirirsə, deməli, ondan əl çəkməməlidir. Məsələn, görürəm həyatda 1 manata möhtac olan kasıb-kusublar məcburiyyətdən alçaqlığa, neqativ hallara əl atırlar. Mən bunu görüb çalışıram bu reallığı yazım. Məramım, məqsədim ancaq budur.
Bəzi şairlər var ki, cəmiyyətdəki problemlərdən qaçıb güldən, bülbüldən yazırlar...
Mən qaça bilmirəm. Elə yazılarım da var, amma onları sandıq ədəbiyyatı hesab edirəm. Yüzdən çox da şeirim var, yaddaşım bu sarıda zəif olduğundan əzbər yadımda deyil. Amma oxusanız həzz alarsınız.
- Bütün nəsrinizi bir cümlə ilə ifadə etsək “keçid dövründəki ziyalının problemləri” deyə bilərik. Keçid dövrü nədir, qurtarıbmı, qurtarmayıbmı? Dövlət rəsmiləri deyir ki, qurtarıb...
- Əgər dövlət rəsmi şəkildə “qurtarıb” deyirsə, inanmalıyıq: yazılarımızda bunu əks etdirməliyik ki, dövlətin mənafeyinə uyğun gəlsin. Amma mən bilirəm ki, nəinki “keçid dövrü”, heç ondan qabaqkı dövr də qurtarmayıb. İnsanlar ehtiyac içərisində boğulur, problemlərini həll edə bilmirlər; onlar üçün nə keçmişdi, nə də gələcək... Problemlərin, xaosun içində inildəyir insanlar.
- Hekayələrinizin birində şəhid arvadının rəqqasə olmasından yazırsınız...
- Hə, “Sponsor”da belə bir şey var...
- O da realizmdir?
- Bəli!
- Bir az bu haqda danışın...
- Mən olduğum məclislərdə, ağsaqqallardan və başqa adamlardan elə şeylər eşidirəm ki, bunları ört-basdır edə bilmirəm. Çünki bu, bizim olanımızdı. Göstərməyə çalışıram ki, bunu da biz yaşamışıq. Şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin! Amma elə şəhid ailəsi var ki, gözü doymur, müxtəlif ünvanlara, qapılara özü gedir, uşağını göndərir və nəsə tələb edir, qazanmaq istəyir. Məsələn, hacılardan, İcra Başçısından, Bələdiyyədən nəsə alıb bəhrələnmək istəyir. Baxmayaraq ki, dövlətimiz şəhid ailələrinə yüksək qayğı göstərir. Hər rayonda İlham Əliyevin təşəbbüsü ilə əlillərə, şəhid ailələrinə evlər tikilib. Bunlar da reallıqdı, bunları da yazmışam. Amma gedib rəqqasəliklə pul qazanmağı da yazmışam...
- Həm də Prezident təqaüdü almısınız...
- Bəli, 2010-cu ildə birillik təqaüd almışam. Allah yaxşı adamların canını sağ etsin, üzvü olduğum AYB-yə Anar müəllimin qəbulunda oldum, vəziyyətimi danışdım, problemimi özü də gördü, dedim ki, əgər layiq bilirsinizsə, məni də o siyahıya salın. Saldı.
- AYB-nin nə vaxtdan üzvüsünüz?
- 2007-ci ildən. Deyəsən, iki min yeddi yüz neçənci üzvəm...
- Kitabınızda çox xırda bir hekayəniz var, “Pirverdinin xoruzu” kimi, o da səhifəyarımdı. Məzmunu belədir ki, biri 20 il Rusiyada yaşayır, orda ölür, gətirilər bura, amma onun dəfninə adam gəlmir. Biri də deyir ki, o 20 ildir burda yoxdu, heç kimin xeyir-şərində iştirak etməyib, ona görə də yasına gələn olmadı.
- Həqiqət belə deyilmi?
- Həqiqətdir, istəyirəm bir az bu barədə danışasınız...
- Mən həyatımın mənalı illərini kənddə yaşamışam. Orada adət-ənənə belə idi. Belə şeylər kənddə tez görünür, çünki hamı bir-birini tanıyır. Adamlar siyahı tuturlar, kim toyuma, kim yasıma gəldi. Bu həqiqət var, yazını da ondan yazmışam, hekayənin adı da “Borc”dur.
- Başqa bir hekayə də “Çörək pulu”dur...
- Bazar iqtisadiyyatı başlayan kimi bahalıq da özünü büruzə verdi. Hekayədə şeir yazmaq istəyən bir adamın həyatından bəhs olunur. O nə qədər istəsə də, şeir yaza bilmir. Bu arada xəbər gəlir ki, arvadın Türkiyədə ərə gedib. ”Mənim bəxtim” deyib, yazdığını da cırır. Əvvəllər Rusiyaya “böyük qardaş” deyirdik, o da başımızı sığallayardı. Amma türk qardaşlarımız başımızı sığallamadı, əksinə...
Həmin şeir yazmaq istəyənin arvadı Türkiyədə, qızı Dubayda olur. Oğlu isə Gürcüstandan ət gətirib burda satır.
- Bu hekayənin hamısını uydurmaq olmaz axı?! Hadisə həqiqətən baş verib?
- Zəmanə kişi zəmanəsi deyil. Namuslu adamların çoxu çörək pulu qazana bilmir, amma üzü padoş olanlar arvadı da qabağa verir ki, təki pul qazansın. Bu mənada həyatdan götürülən hekayədir, reallıqda belə adam var.
- Kitabınızı nazirlərə də yollamısınız, deyəsən...
- Hə, yollamışam. Hardasa 30 iri çinli məmura yollamışam, onların içində bütün nazirlər də var idi. Həm də yazmışdım ki, kitabın qiyməti 2 manatdır, xahiş edirəm 2 manatı yollayın. Heç birindən səs çıxmadı, təkcə biri cavab yazdı i, bizim büdcəmizdə pul yoxdur...
- Hansı nazir idi ki?!
- Vallah, saxlamadım onu, atdım, adı dəqiq yadımda deyil deyə demək istəmirəm, bəlkə səhv salaram...
- 1992-ci ildən Bakıdasınız, yazdığınıza görə, etnik təmizləməyə məruz qalıb köçmüsünüz. Yəqin Qamsaxurdiyanın özbaşınalığını nəzərdə tutubsunuz. O illərdə nələr baş verib?
- Bilirsiniz, əgər Qamsaxurdiya ilə Merab Kostava Şevardnadzeni yıxıb yerinə gəlsəydilər, Gürcüstanda bir nəfər də olsun azərbaycanlı qalmayacaqdı. Hər ikisi ekstremist idilər. Bizə çox ziyan vurdular, 50 nəfər iş adamını oğurladılar. Bizim sovxoz rəisi Cahangir Orucovu 3 dəfə oğurladılar. 5 kilo qızıl, 10 milyon pul alıb buraxırdılar. Qamsaxurdiyanın birbaşa tapşırığı ilə quldur dəstələri yaradılmışdı, onlar kənd-kənd gəzib siyahı tuturdular ki, hansı kənddən kim köçdü, kim qaldı. Hətta bizə deyirdilər ki, “Qızrmızı körpüyə” qədər sizi pulsuz yola salırıq, gedin. Onda yekə çaxnaşma düşmüşdü. “BelAz”ları azərbaycanlılar işlədirdilər, hamısını yola çıxardılar, aləm dəydi bir-birinə, xaos yarandı. Axırda Qamsaxurdiya polisi, hərbini saldı bizimkiləri boğdu. Amma burda Əliyev, orda da Şevardnadze hakimiyyətə gələndən sonra vəziyyət xeyli düzəldi. Bilsəydim o adamlar hakimiyyətə gələcək, vallah Gürcünün gülləsinə yalvarardım, amma bura gəlməzdim. Məcbur idik gəlməyə, çünki məktəbdə ştatlar kəsilmişdi, işıq yox idi, çörək zavodu bağladılmışdı, uşaqlar Tiflisdə oxuyurdular... Məcbur oldum, Bakıya gəldim. Evi azərbaycanlıya satdım, amma nahaq yerə. Amma eşidəndə ki, orda Azərbaycan məktəblərinə gürcü direktor qoyurlar, çox pis oluram...
Vüqar QURDQANLI

1143 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024