Sara pyesini bitirib vanna otağına keçmişdi...
3 iyun 2011
10:32
Sara Keyn Böyük Britaniyanın yeni parlayan məşhur yazarlarından idi. Əsərləri İngiltərə teatrlarında səhnələşirdilir, saysız qalmaqallarda hallanan adı KİV-də tirajlanırdı. İngiltərənin Harold Pinter kimi yazıçıları, “The Daily Mail”, “The Guardian” ın teatr tənqidçiləri onun istedadını yüksək qiymətləndirirdilər. 28 yaşı vardı və böyük uğurları hələ qabaqdaydı. Əgər intihar etməsəydi....
Hər şey məktəbdən başladı
Sara Keyn 1971-ci ildə İngiltərədə, Esseksdə jurnalist ailəsində doğuldu. Ailəsi qatı yevangelist idi.
O hələ məktəb teatrında Şekspri, Çexovu səhnələşdirirdi. Bu onda uğurlu alınırdı. Teatra olan marağı günü-gündən böyüyürdü. O bütün gününü məktəb tamaşalarına ayırır, əsərləri səhnələşdirərkən cəsarətlə özünün əlavələrini edirdi. Məktəbli Sara, deyəsən, anlayırdı ki, gələcəyi teatrla bağlı olacaq.
Faydalı qalmaqal
Sara məktəbi bitirəndən sonra Bristol Universitetinin dram şöbəsinə qəbul oldu. Buranı bitirdikdən sonra Devid Edqarın Birminqhem Universiteti nəzdindəki dramaturgiya studiyasına getməyə başladı.
İlk pyesinin adı “Yırtılmışlar” oldu. Orijinal adı “Blasted” olan pyesin bir hissəsini Sara hələ Birminqhemdə oxuyarkən yazmışdı. 1995-ci ildə əsəri tamamladı. Pyes həmin il səhnələşdirildi. “Yırtılmışlar” ın səhnələşdirilməsi Britaniya teatr tarixində böyük qalmaqal yaratdı. Tənqidçilər tamaşanı bir cümlə ilə belə ifadə edirdilər: “Elə bil başını bir vedrə nəcisə soxmusan”.
Ümumiyyətlə, Sara Keynin əsərlərinin mövzusu həmişə, sevgi, ölüm, seks, zorakılıq, narkotiklər və dəlilik olub.
İnsanı biganə bıraxmayan bu mövzular onu anbaan ölümə doğru aparırdı.
Moemin faydalı məsləhəti
Somerset Moem avtobioqrafik əsəri olan “Yekun vuraraq” da yazırdı ki, romanın məşhurluğu gec olur. Roman, iqtisadi dillə ifadə etsək, uzun müddətli yatırım olduğu üçün onun dividentləri də gec gəlir. Pyes isə məşhur olmaq üçün daha asan yoldur. Pyes tamaşaya qoyulan kimi dramaturq məşhurlaşır. Odur ki, Moem yaradıcılığa pyes yazmaqdan başlamışdı.
Bir əsrdə İngiltərədə heç nə dəyişmədi. Sara ilk pyesi iləcə məşhurlaşdı. Onun əsəri ətrafında geniş müzakirələr aparıldı, onu qınayanlar tapıldı. Qalmaqal isə onun xeyrinə idi.
“Üzünüzə qarşı” və ya “in-yer-face-theatre”
Keçən əsrin sonlarından dramaturgiyada “new writing” janrı meydana çıxdı. Bu janr özünün sadəliyi ilə seçilirdi. Bu janrda yazılan əsərlər daha çox zorakılıq, cinayət, seks, narkotik kimi kəskin mövzuları əhatə edirdi.
Janr teatrda “üzünüzə qarşı” , ya da ingiliscəsi ilə “in-yer-face-theatre” adı ilə tanınmağa başladı.
Bu teatr cərəyanının fərqləndirici xüsusiyyətləri tamaşaçı ilə üz-üzə olması, onu da tamaşanın iştirsakçısı edə bilməsində idi. Bu teatr janrında kəskin süjetli səhnələr bol olduğu üçün tamaşaçını hər an həyəcanlandırmaq, onu şok etmək, gərgin saxlamaq mümkündür.
Əvvəllər yalnızca Böyük Britaniyada mövcud olan “üzünüzə qarşı” indi bütün dünyada məşhurdur, səyyar teatr truppaları sevə-sevə bu janrı yayırlar.
İkinci pyesi də uğurla qarşılandı
Sara ilk pyesi “Yırtılmışlar” dan sonra 1996-cı ildə “Fredinin məhəbbəti” ni yazdı. Bu peys də səhnələşdirildi. Artıq onun əsərləri teatr səhnələrindən düşmürdü. Onun özü isə yeni janrın başda gələn imzalarından idi.
Sara 1998-ci ildə “Təmizlər” i yazdı. Bu da növbəti uğur. Növbəti qələbə. Bütün bu uğurların fonunda isə o getdikcə “çirklənirdi”.
Xəstəlik öz sözünü deyirdi. Sara daha dözə dözə bilmirdi. Onun psixikası pozulmuşdu. Uzun illər depressiyadan əziyyət çəkən Sara Mudsli hospitalında müalicə olunurdu.
Sara psixi pozğunluq içində intihara ilk cəhdini etdi. Bu cəhd uğursuz oldu. Onu Londondakı xəstəxanalardan birinə yerləşdirdilər.
Həkimlər diaqnoz qoymuşdu: bipolyar affektiv pozuqluq. Bu xəstəliyin bəzi xüsusiyyətləri:
Xəstəlik özünü əsasən 21 yaşlarında biruzə verir.
Qadınlarda daha çox depressiv şəkil alır.
Xəstə adi haldakından çox və tez-tez danışır, diqqətinin yayılması halları baş verir.
Saranın halı gün-gündən pisləşirdi. Ona müalicə lazım idi. O isə ipə-sapa yatmırdı. Xəstəlik də bir yandan bu çılğın qızı çılədən çıxarırdı.
Son pyes
Sara xəstəxanada da yaradıcılığını davam etdiridi. Növbəti pyesi üzərində işləyirdi. Bu əsər onun sonuncu pyesi olacaqdı. Dəftər-qələmi həmişə yanında gəzdirir, tez-tez qeydlər aparırdı. İntihar etməmişdən öncə əsərin son cümləsini yazıb vanna otağına keçəcəkdi.
4.48-də
ümidsizlik gələndə
mən özümü asacam
sevimlimin nəfəsinin sədaları altında .
Mən ölmək istəmirəm.
Mənim faniyəm və bu məni elə bir depressiyaya salır ki, qərara almışam özümü öldürüm.
Mən yaşamaq istəmirəm.
Pyesə ad verməyə belə macal tapmayacaqdı. Adını dostları qoyacaqdılar: “Psixoz 4:48”. Həkimlərin təxmininə görə Sara təqribən bu saatda intihar etmişdi.
“Psixoz 4:48”
Bu pyes bir insanın intihar qabağı qeydləridir. Sara gecəyarıyadək dayanmadan yazdı. Sanki tələsirdi. Elə bil onu gözləyirdilər. Gecikə bilərdi. Xəstə beyninin haray dolu əhvalını sürətlə yazıya köçürürdü.
Onun artıq bu dünyada görüləcək işi qalmayıb. O ağrıdan bağırıb, haray qoparsa da xeyri yoxdur, onun bu dünyada vaxtı bitmişdir. Getmək zamanıdır.
“Psixoz 4:48” bildiyimiz ənənəvi dram üslubunda yazılmayıb. Monoloqolar və dialoqlar bir-birinin içində əriyib, sujet yoxdur, əsər ziddiyyətlər burulğanına çevrilib, qəhrəman gah dünyanı lənətləyir, gah da yardım diləyir, töhfə edir. Son ana qədər xilas olmaq, yaşamaq, yenə də yaşamaq isyəir.
Arxasınca gələn adam
Otaq dərman qoxuyurdu. Bu onu daha da qeyzləndirirdi. Ona elə gəlirdi ki, otaqda kimsə var. Bu odur, sevgilisi. Yox sevgilisi deyil. Bu Saradır. Saranın əkiz tayı. Onun qabaq-qənşər əyləşib söhbət edir:
- Sən bədbəxt olan hər kəsi lənətləyirsən, yoxsa yalnızca məni?
-Mən səni lənətləmirəm. Sən günahkar deyilsən. Sən xəstə deyilsən.
-Mən belə düşünmürəm.
-Yox?
-Yox. Mən depressiyadayam. Depressiya qəzəbdi. Bu sənin elədiklərin, orada iştirak edənlər və günhalandırdığın adamlardır.
-Bəs kimləri günahlandırırsan?
-Özümü.
Bəli, o bir azdan baş verəcək ölümündə yalnızca özünü günahlandırırdı. Yaşaya bilməməsinin səbəbini özündə görürdü. Onu başqa bir dünyanın olması qorxudurdu. Ölümdən o yana heç nə istəmirdi. Ona elə gəlirdi ki, o, səksən yaşında adamlar kimi qocadır.
Sara Keyn pyesin, onu bütün dünyada tanıdacaq son pyesinin axırıncı cümləsini də yazdı və öz dövranını sürmüş qoca yerişi ilə vanna otağına keçdi.
Saat “4:48”-i göstərirdi.
Mirmehdi Ağaoğlu

1499 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024