“Qızım əlyazmalarımı satacaq”
12 noyabr 2012
14:13
Bu bu yaxınlarda Nobel Mükafatının ədəbiyyat üzrə bu ilki qalibi müəyyənləşdi. Çinli yazar Mo Yan. Qəribədir ki, Mo Yanı çinlilərin sevmədiyi yazıçı adlandırırlar. Niyə məhz o? Onu daha fərqli, orijinal və birinci edən nə idi? Təəssüf ki, bu haqda uğurlu və geniş bir yazı oxumadıq. Əlimizdə olanlar isə onu tanımaq üçün qənaətbəxş deyil.
Təbii belə az materialla bir yazarın niyə Nobel mükafatı aldığını aydınlaşdırmaq çətindir. Gəlin, elə onun Nobel ərəfəsi və Nobeldən sonra verdiyi müsahibələrlə başlayaq. Mo Yan olduqca maraqlı fikirləri, hadisələrə yanaşma tərzi, özgüvəni, sənətkarlığı, üslubu ilə seçilir. O, oxucunun nə istədiyini, onu necə təəccübləndirmək lazım gəldiyini çox yaxşı bilir. Münsiflər ona mükafatı məhz əsərlərindəki “vahimə gətirən doğrular, reallıqlar”a görə veriblər. O əsərlərində gerçəkliyi o qədər sehrli verir ki, insana hər gün gördüyü reallıqlar qorxulu gəlir, vahimə doğurur və ya bunların acı bir reallıq olduğunu istisnasız qəbul edirlər. Üstəlik düşünürlər: “Niyə bu mənim də ağlıma gəlməyib?”
Mo Yan müsahiblərindən birində məşhur Amerika yazıçısı Uilyam Folknerdən təsirlənərək yazmağa başladığını qeyd edir və hələ də əsərlərində onun təsiri olduğunu bildirir. Onu həm də Çinin Frans Kafkası, Jozef Helleri adlandırırlar.
Onun ilk romanını əsasında 1987-ci il istehsalı olan “Qırmızı darı tarlaları” filmi çəkildi, bununla da Mo Yan Amerikada məşhurlaşdı.
Nobel öncəsi “Granta” jurnalına verdiyi müsahibəsində Mo Yan öz yaradıcılığı və özəlliyi haqqında bunları deyir: “Romanlarımda daha çox güclü qadınlara, atalar sözlərinə, məşhur və ya az bilinən Çin deyimlərinə üstünlük verirəm”. Mo Yan həmçinin əsərlərinin əsas özəlliyinin güclü söz oyunlarında olmasını vurğulayır. Müsahibələrinin birində deyir: “Senzura yazıçı üçün əsas inkişaf obyektidir. Öncələri bu senzuranı sənə başqaları yarada bilər. Amma yazıçı istəməlidir ki, bu yaransın. Zamanla isə özün-özünə senzura yaradacaqsan və biləcəksən ki, sənə nəyi yazmaq olar, nəyi isə yox. Senzuradan qorxmaq lazım deyil”.
Bəzi tənqidçilər onun ilk romanlarında daha çox hisslərin üstünlük təşkil etdiyini, Mo Yanın məhz bu xislətdə biri olduğunu, sonralar yazdığı və Nobel almasına səbəb olan gerçəklik, reallıq üslubunun isə özünün olmadığını, məqsədli yazıldığını və dolayısı ilə oxucunu aldatdığını demişdilər.
Mo Yan bu ittihamlara da soyuqqanlılıqla cavab verir. O deyir ki, ilk romanı “Qırmızı darı tarlaları”nı yazanda 30 yaşı belə yox idi. Bu səbəbdən əsərdə duyğulu davranmağında, hisslərə üstünlük verməsində qəribə heç nə yoxdu. Axı bu gənclik illərində yazılmış bir əsərdir. İndi gənclik illərində yazdığı əsərlərə boylananda dilinin emosional olmasını özü də fərq edir. Sonralar 40 yaşında yazdığı “Life and death are wearing me off” əsərində əvvəlki emosionallığın yerini dərin məntiq və gerçəklik almışdır. Hətta bu gerçəklik hissi o qədər güclüdür ki, insanı vahiməyə belə salmağı bacarır.
Mo Yan son illərdə yazdığı əsərlərinin mövzusunu elə mövcud Çin reallığından götürdüyünü deyir. Çin inkişaf edir, dəyişir, uğurlar qazanır, amma, bunlarla yanaşı əxlaqi və mənəvi dəyərlər çökməkdədir. Hər il təbiətə minlərlə zərər vurulur, hava çirklənir, ağaclar məhv olur və sair. Mo Yan bunlardan acı və qorxulu reallıq görmədiyini deyir.
Onun əsərlərində əsasən Çin xalqının düzgün olmayan həyat tərzi öz əksini tapır və bunun qarşılığında Çin xalqı da onu bir yazar kimi sevmir. Baxmayaraq ki, çinlilər üçün ölkəyə Nobel mükafatının gəlməsi az qala həyati bir məsələ olsa da , mükafatı gətirənin məhz Mo Yan olması onları xeyli narahat etmişdir. Onlar üçün Mo Yan “ən sevilməyən yazardır”.
Mo Yan mükafat siyahısında birinci olan məşhur yazıçı Haruki Murakamini qabaqladı. Yenə də adı ön sıralarda gedən kanadalı Elis Munronu da arxada qoydu. Təbii ki, bunun mühüm bir səbəbi olmalıdır. İsveç Akademiyasının üzvləri mükafatın Mo Yana verilməsinə belə izah verirlər: “Yan əsasən kəndlilərdən, şəhərdən uzaqdakı həyatlardan, həyatda qalma mübarizəsi aparan, bəzən qazanan, bəzənsə itirən insanlardan yazır, qürurları uğrunda mübarizə aparan insanlardan. Mo Yanın əsərləri əsasən uşaqlıqda dinlədiyi xalq nağıllarına əsaslanır, onun əsərlərində mifiklik var və bu Qabriel Qarsia Markesdən oğurlanma deyil, tamamən özünə aiddir. O fövqəltəbii hadisələri oxucusu üçün sadələşdirən, sadə şeyləri isə lazım olanda fövqəltəbii yazmağı bacaran bir yazıçıdır.
Mo Yanın Nobel mükafatı alması xəbərinə münasibəti də hədsiz maraqlıdır. Belə ki, mükafatı aldıqdan sonra telefonla canlı efirə bağlanan yazıçı onu dinləyənləri bu sözləri ilə xeyli təəccübləndirir: “Nobel mükafatını alıb-almamağım mənə maraqlı deyil. Hər il bu vaxtlar oxumaq, yazmaq və atamı ziyarət etmək üçün ata evimə gedirəm. İndi də burdayam. Nobel almaq heç nəyi dəyişmir, hətta bu vərdişimi belə dəyişmir, əsas vermir ki, mən indi evimdə olum və hər istəyənə müsahibə verim. Mən hər zaman öz yolumda getməyə davam edəcəyəm, ayaqlarımı yerə basaraq və hər zaman etdiyim kimi sadə insanın durduğu yerdən xalqın duyğularını yazaraq”.
Onun ən çox təsirləndiyi yazarlar Qabriel Qarsia Markes, Uilyam Folkner, David Laurens, Ernest Heminqueydir. O bu yazarların təsirlərinin əsərlərində hiss olunduğunu düşünsə də, dünya tənqidçiləri bunun əksini düşünür. Onların fikrincə Mo Yan əsl peşəkardır.
Mo Yana görə yazar üçün ən önəmli olan şeylər ilham, xəyal gücü və təcrübədir. O da Orxan Pamuk kimi əsasən əlyazısına üstünlük verir, səbəbini isə kompüterin onun sürətini yavaşlatmasında görür. O həm də əlavə edir: “Əl yazılarım gələcəkdə daha dəyərli ola bilər və qızım auksionlarda onları satıb, qazanc əldə edə bilər”.
Aygül Qurbanova

1603 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024