İranda saxlanılan şairlərin məhkəməsi olub

İranda saxlanılan şairlərin məhkəməsi olub
8 avqust 2012
# 08:28
İranda həbsdə saxlanılan Azərbaycan şairlərinin - Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəmə prosesi keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan tərəfinin səyləri ilə bu gün keçirilən davam etdirilən prosesdə ölkəmizin Təbrizdəki Baş Konsulluğunun iki əməkdaşı və şairlərin yaxın ailə üzvləri iştirak edib.

Prosesdə şairlər onlara verilən sualları cavablandırıb, günahkar olmadıqlarını bir daha vurğulayıblar. Şairlər İrana səfər etməkdə hər hansı cinayət xarakterli niyyətlərinin olmadığını qeyd ediblər.

XİN-in məlumatına görə, Azərbaycan vətəndaşlarına verilən suallar İrana səfərin məqsədi və mahiyyəti ilə əlaqədar olub.

Məhkəmənin hakimi şairlərin konkret olaraq hansı maddələrlə ittiham olunmaları barədə heç bir məlumat verməyib və yaxın günlərdə məhkəmənin qərarının açıqlanacağını deyib.

Fərid Hüseyn, Şəhriyar Hacızadə İrana poeziya axşamında iştirak etmək üçün səfər etdiklərini, cinayət törətmək niyyətində olmadıqlarını vurğulayıblar.

Qeyd edək ki, azərbaycanlı şairlər hər hansı ittiham irəli sürülmədən təxminən 3 aya yaxın həbsdə saxlanıb. Sonra onlar haqqında cinayət təşəbbüsü ilə çıxış olunub.

Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanması xəbərini təsdiqləməyib. Daha sonra hər iki azərbaycanlının həbsxanada saxlandığı məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəyə aydınlıq gətirilməsi tələbi ilə İrana bir neçə dəfə rəsmi nota verib. Lakin İran tərəfi bu notaları cavablandırmayıb. Tehranın kütləvi informasiya vasitələri soydaşlarımızın İran əleyhinə casusluq fəaliyyətində günahlandırıldığını iddia etsələr də, sonradan bu məlumat təsdiqlənməyib. İran tərəfi ilə əldə olunan razılaşmaya əsasən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşməyə müvəffəq olublar. Görüş zaman hər iki şəxs onların İran ərazisinə qanunsuz şəkildə daxil olmaqda ittiham edildiklərini deyiblər. İran xarici işlər nazirinin müavini Arakçının Azərbaycana səfəri zamanı həbs olunan şairlərlə bağlı məsələnin müzakirə olunacağı gözlənilsə də, səfər iki dəfə təxirə salınıb.

İran xarici işlər nazirinin digər müavini Hüseyn Əmir Abdullaxiyan ötən həftə Moskvada keçirdiyi mətbuat konfransında APA-nın Moskva müxbirinin həbsdə olan azərbaycanlı şairlərlə bağlı sualını cavablandırmaqdan boyun qaçırıb: “İranda azərbaycanlı şairlərin həbsindən xəbərim yoxdur. Məsələnin detalları barədə heç nə bilmirəm”.
# 2201 dəfə oxunub

Oxşar xəbərlər

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər