Həzrəti İsa və iki adam
4 avqust 2012
10:00
Bir gün Həzrəti İsa, estetik cərrah və maşın ustası kazinoda oturmuşdular. Həzrəti İsa dini söhbətlər edirdi. Söhbət əsnasında maşın ustası Həzrəti İsaya:
- Ey böyük müəllim! İnsanlara yaxşılıq etmək üçün içimdə böyük bir istək var. Necə yaxşılıq edə bilərəm?
Həzrəti İsa:
- Allahın dərgahında necədirsə elə də etməlisən!
Maşın ustası:
- Sənə pislik edənlərə yaxşılıq edərək, onları pislik etdikləri üçün utandıraraq.
Estetik cərrah dilləndi:
- İnsanlar pisdir. Bunu şəxsi təcrübəmə əsasən deyirəm.
Maşın ustası:
- Xeyr! İnsanların qəlbində yaxşılıq var. Siz də bu Eriha kəndinin yaxşı insanlarından deyilsiniz?
Eriha kəndinin ən varlılarından olan estetik cərrah həqiqətən də bu kəndin ən xeyirxah insanlarından idi. Belə bir insanın birdən-birə insanlara pis deməsi maşın ustasını çaşdırmışdı.
Cərrah:
- Mən heç... Həyatım boyu hamıya yaxşılıq etmişəm. Amma həmişə pislik görmüşəm. Deməli, insanlar pisdir... Heç kəs bu həqiqəti mənim qədər bilməz.
Passiv mövqe sərgiləyən Həzrəti İsa qarşısındakı şərabı içdi.
Maşın ustası cərraha:
- Belə çıxır ki, cənnətdə tək qalacaqsınız...
Cərrah:
- Hə elədi, məni də düşündürən budu elə... O boyda cənnətdə təkcə nə edəcəyəm.
Söhbətin sonunda ustayla cərrah insanlar yaxşı, yoxsa pis olması ilə bağlı mərc gəldilər. İnsanların yaxşı olduğunu söyləyən maşın ustası dediyi olsa cərrahın bütün malını, mülkünü əlindən alacaqdı. Əks təqdirdə nəyi vardısa, əlindən gedəcək, cərrahın olacaqdı. Üçü birlikdə Erihadan Yerusəlimə gedən yolda bir boş sahəyə gəlib çıxdılar. Estetik cərrah bu yolda tək dayanacaqdı. Baxaq-görək, yoldan keçənlər ona yaxşılıq, yoxsa pislik edəcəkdilər. Həzrəti İsayla maşın ustası baş verənlərə uzaqdan baxmaq üçün bir təpəyə çıxdılar və zeytun ağacının arxasında gizləndilər. İkisi də haqlı çıxmaq üçün Allaha yalvarırdı, maşın ustası əllərini göyə qaldırıb:
- Tanrım, inşallah insanlar bu cərraha yaxşılıq edərlər.
Bu, baş versə, cərrahın özəl xəstəxanası, malikanələri, kölələri, nökərləri, bankda olan beş yüz min dolları onun olacaqdı.
- Tanrım, inşallah insanlar mənə pislik edərlər, mən də maşın ustasının bütün malını-mülkünü əlindən alaram.
Cərrahın dediyi olsa, maşın ustasının dükanları, evləri, kölələri, bankda olan yüz min dolları onun olacaqdı.
Uzaqdan bir ayaq səsi eşidildi. Cərrah ürəyindən keçirtdi:
- Ah, bax, quldur!
Maşın ustası da ürəyindən bunları keçirtdi:
- Bax, yaxşı adama oxşayır...
Döngədən bir adam çıxdı. Cərrahın yanına çatan kimi xəncərini çıxarıb ona çəkdi və qışqırdı:
- Çıxart pulları!
Cərrah buna o qədər sevindi ki, gülə- gülə cibindəki pulları çıxartdı.
Soyduğu adamın sevinməsini görən quldur təəccüblə:
- Neçə ildir soyğunçuluq edirəm, indiyə qədər soyduqlarımın arasında sənin qədər sevinənini görməmişəm.
Sonra cərrahın üst-başını axtardı. Pulları götürüb gedəndə cərrah qulduru səslədi:
- Hörmətli quldur, bu cibimdə beş dollar qalıb bunu götürməmisiniz, buyurun bunu da.
Quldur:
- Sən yaxşı adama oxşayırsan. Belə başa düşdüm ki, bu hərəkətinlə məni utandırmağa çalışırsan. Amma heç vecimə də deyil. Ver bura onları da... –dedi və çevrilib getdi.
Cərrah təpədə, zeytun ağacının arxasındakı maşın ustasına tərəf baxıb sevincli bir səslə dedi:
- Bax, öz gözlərinlə gördün ki, insanlar pisdi... Mərci uduzdun. Bütün malın, pulun mənimdi.
Həzrəti İsa aram bir səslə təpədən ona tərəf:
- Tələsmə! İnsanların yaxşı olduqlarına inan və gözlə!
Cərrah gözləməyə başladı. Yenə ayaq səsi eşidildi. Maşın ustası da cərrah da ümidləndilər. Biri yaxşı, biri pis insan gözləyir. Yenə də Tanrıya yalvarırdılar:
Cərrah:
-Tanrım, əgər bu gələn insan mənə pislik etsə, maşın ustasından aldığım pulun qırxda birini kasıblara paylayıb yaxşılıq edəcəm.
Maşın ustası:
- Tanrım, ayaq səsi eşidilən adam cərraha yaxşılıq etsə, ondan aldığım pulların qırxda birini kasıblara paylayacam.
Döngədən bir adam çıxdı. Cərrahın yanına gələn kimi xəncərini çıxarıb sinəsinə dayadı:
- Çıxart pulları!
Cərrah sevincli bir şəkildə:
- Heç pulum yoxdu. İnanmırsınızsa, üstümü axtarın. Amma istəsəniz üstümdə dəyərli olan nə varsa götürün.
Quldur cərrahın barmağındakı üzükləri, gümüş qabını, alışqanını, ucu qızıldan olan mürəkkəb qələmini götürdü. Götürməyə başqa bir şey qalmayanda cərrah ağzını açaraq quldura:
- Baxın, baxın, zəhmət olmasa ağzımın içinə baxın... Sol üst çənəmdəki bəzi dişlər qızıldı. Bəlkə işinizə yaradı.
Quldur cərrahı yerə yıxıb azı dişini çıxardı.
Cərrah ağrıdan qıvrılsa da sevincindən gülürdü.
Quldur:
- Siz dəlisiniz nəsiniz?!- dedi və cərrahdan götürdüklərini cibinə qoyub getdi.
Cərrah zeytun ağacının arxasında gizlənənlərə:
-Baxın, bu da pislik edən biri. Mən qalibəm. Bütün malların, pulların mənim oldu - deyə qışqırdı.
Həzrəti İsa sakit və xoşagəlimli səsi ilə:
- Səbirli oool... Ümidini kəsmə və gözləməyi bacar...!
Uzaqdan yenə bir ayaq səsi eşidildi. Cərrah ürəyində deyirdi:
- Bax, daha bir pis insan. Kim bilir, bu mənə necə pislik edəcək və mən də maşın ustasının var-dövlətini əlimə keçirəcəm.
Maşın ustası da:
- Yaxşı adamdır. Kim bilir cərraha necə yaxşılıq edəcək. Mən də onun pullarını alıb onu pulsuz, ac-yalavac buraxacam-deyə ürəyindən keçirtdi.
Döngədən biri çıxdı. Cərrahın yanına çatan kimi xəncəri sinəsinə dayayıb:
- Çıxart görüm pullarını! Ya pulunu, ya canını!- Deyə qışqırdı.
Cərrah:
- Sizdən əvvəl iki hörmətli quldur məni soyub. Heç bir şeyim qalmayıb. Amma siz də üstümdə, başımda nə varsa götürsəniz sevinərəm. Paltarlarım, ayaqqabılarım təzədir.
Quldur cərrahın paltarlarını çıxartdı. Topalayıb gedəndə cərrah ona:
- Hörmətli quldur, tumanım qaldı. Onu da götürün. Təzədi, birinci dəfədi geyinmişəm.
Quldur:
- Sən yaxşı adama oxşayırsan amma mənim vecimə də deyil. Çıxart görüm tumanını da!
Tumanını da çıxartdı və cərrah lüt qaldı. Cərrah sevincindən az qala uçurdu. Maşın ustasına:
- Eyyy, görürsən, bu da mənə pislik etdi, bütün pulun, malın mənim oldu.
Həzrəti İsa zeytun ağacının arxasından sakit, aram və xoşagəlim səsiylə:
- Ey Tanrının qulu! Səbirli ol, gözlə! Tələsmə! Bu yer üzündə bir yaxşı insan da tapılar – dedi.
Cərrah gözləməyə başladı. Sonra yenə ayaq səsi eşidildi. Döngədən bir adam çıxdı. Cərrah fikirləşirdi:
- Onsuz da soymağa üstümdə bir şey qalmayıb, inşallah bu canidir, canımı almaq istəyər. Mən də maşın ustasının mallarını əlimə keçirərəm.
Maşın ustası ürəyində deyirdi:
-Bu yaxşı insan olmalıdı. Lüt qalmış cərraha bürünmək üçün bir bez verər, inşallah.
Gələnin yellənməyindən bilinirdi ki, sərxoşdu. Əlində bir dəyənək vardı. Cərrahın yanına çatanda dəyənəklə başına vurmağa başladı.
Cərraha dəyənək dəydikcə:
-Sol tərəfim qaldı, bir az da ora vur, qardaş!-deyə sərxoşa yalvarırdı. Sərxoş sağ tərəfinə vuranda sol tərəfini çevirirdi. Cərrah zərbələrin ağrısından inləyərək yerə yıxıldı.
- Hörmətli avara, zəhmət olmasa başıma da vurun, kürəyimə də bir-iki zərbə vursanız sevinərəm.
Sərxoş:
- Sən yaxşı adama oxşayırsan amma mənim vecimə də deyil. Bax, istəyini yerinə yetirirəm- deyərək var gücüylə başına bir zərbə endirdi və yellənə-yellənə getdi.
Cərrah yıxıldığı yerdə qan içində qalmışdı. İnildəyərək:
- Bütün malın, pulun mənim oldu- deyə maşın ustasına səsləndi.
Həzrəti İsa zeytun ağacının arxasından çıxdı, insanın iliyinə işləyən və ovsunlayıcı səsiylə:
- Ey Tanrının qulu! Səbirli ol və gözlə, tələsmə! Bu yer üzündə əlbəttə bir ürəkli insan tapılacaq.
Yenə ayaq səsi eşidildi.Yerdə inləyən cərrah:
- İnşallah bu bir qatildir, məni öldürmək istəyər.
Maşın ustası da:
-İnşallah, cərraha kömək edər.
Döngədən biri çıxdı. Yerdə inləyən cərrahın yanında dizi üstə dayandı:
-Nə olub, qardaş? Yaraların çox ağırdı?
Bu adamın ona kömək etmək istədiyini görən cərrah Həzrəti İsaya eşitdirmədən yavaşca:
-Rədd ol!- deyə adamın üstünə qışqırdı.
Adam heybəsindən şərab, zeytun yağı çıxartdı. Cərrahın yaralarını təmizləmək istədi. Ağzından, burnundan qan axan cərrah:
- Get burdan! Mən səndən heç bir kömək istəmirəm!-deyə qışqırdı.
Adam:
- Sən burda ağrıdan qıvrılırsan, mən sənə necə kömək etməyim?
-Mənə kömək etmək istəyirsənsə, tez rədd ol, get burdan! Hətta gedərkən qıçıma bir zərbə vursan, bax, onda mənə kömək etmiş olarsan.
- Bir – birlərinə kömək etmək, yaxşılıq etmək insanların borcudur. Məni bundan məhrum etməyin.
Adam cərraha kömək etmək, yaralarını təmizləyib bağlamaq, sonra da kürəyinə alıb şəhərə aparmaq istəyirdi. Cərrah:
- Yaxşılıq zad istəmirəm, get ala, burdan!-deyə qışqırdı.
Yaxşı adamı başından ata bilməyəcəyini görən cərrah onu söyməyə başladı. Amma adam heç hirslənmədən onun yaralarını şərabla, zeytun yağıyla təmizləyir, əynindən çıxardığı köynəyini parçalayıb bu yaralara bağlayırdı. Ona edilən bu yaxşılıqdan sonra bütün malının, pulunun əlindən çıxacağını anlayan cərrah yerdən bir daş götürüb zorla ayağa durdu. Daşı yaxşı insanın başına vurub onu yerə yıxdı və üstünə oturdu. Həzrəti İsayla maşın ustası təpədən düşüb onların yanına gəldilər. Cərrah altındakı yaxşı adama:
- Sən başıma bəlasanmı? Tez çıx get burdan yoxsa öldürərəm səni.
Başına daşla vurulan adam:
- Səni belə halda qoyub gedə bilmərəm!
Cərrah isə daşı onun başına daha möhkəm vuraraq onu ölümcül hala saldı. Sonra səndələyərək ayağa qalxdı, qanlı əllərini Həzrəti İsaya
uzadıb:
- Mərci mən uddum, bax, görürsünüzmü yaxşı adam yoxdu.
Maşın ustası:
- Hardan bilirsiniz?
- Özümdən bilirəm, özümdən-deyə qışqırdı və yerə yıxıldı.
Maşın ustası mallarının, pullarının əlindən çıxacağından qorxaraq öldürmək üçün yaralı cərrahın üstünə atıldı. Həzrəti İsa:
- Onu kürəyinə al və şəhərə apar, çatan kimi jandarmaya təslim et!
Tərcümə: Elnarə Ağaoğlu

1707 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024