Natamam filoloq, uğurlu dülgər və ən varlı aktyor
25 iyul 2012
11:10
Onu çoxları elə beləcə də tanıyır – «İndi» kimi. Bəziləri onun haqqında danışanda öz adını yox, oynadığı ən məşhur obrazın adını çəkirlər. Düzdür, buna qədər həyatında onu məşhurluğa aparan digər rollar da olub. Məsələn, «Ulduz müharibələri»ndəki Xan Solo obrazı kimi. Amma sözsüz ki, onu bütün dünyada məşhur edən əsas rol İndiana Consdur.
Pərəstişkarları, hətta yaxınları belə artıq onun 70 yaşı olduğuna inanmırlar. Çünki yaşına uyğun olmayan çevikliyi ona bu yaşı verməyə imkan vermir. Amma bu bir həqiqətdir ki, Hollivudun ən məşhur simalarından olan Harrison Fordun iyunun 13-də yubileyi qeyd edilib.
Harrison Ford 1942-ci il iyunun 13-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində dünyaya gəlib. Atası Kristofer Ford irlandiyalıdır. Anası isə Rusiyada yaşayan yəhudi olub.
Harrison Ford 1960-cı ildə orta məktəbi bitirdikdən sonra Viskonsin ştatındakı Ripon Kollecin filologiya bölməsinə daxil olur. Hələ kollecdə oxuduğu dövrdə aktyor sənəti kurslarına getməyə başlayır. 1964-cü ildə isə Fordun tələbə tamaşalarından birində debütü baş tütür.
Harrison Ford kollecdəki filologiya fakültəsində dərslərə o qədər də maraq göstərmir. Bunun nəticəsi olaraq, buraxılış gününə bir neçə gün qalmış kollecdən xaric edilir. Bundan dərhal sonra o, ABŞ-ın qərb sahillərinə – Hollivuda üz tutur.
Yaşayışını təmin etmək və aktyor sənəti kurslarına gedə bilmək üçün gənc Harrison Ford bar və kafelərdə çalışır və pul qazanır. O, tezliklə «Columbia Pictures» kinostudiyası ilə müqavilə imzalayır. Bu müqaviləyə əsasən, kinostudiya 7 il ərzində hər həftə ona 150 dollar ödəmək öhdəliyi götürür.
Aktyorun böyük ekranda debütü 1966-cı ildə çəkilən «Karuseldə ölüm istisi» adlı filmdə olur. Harrison Ford bu filmdə ikinci dərəcəli rollardan birinə çəkilir. Bir neçə epizodik rollardan sonra «Columbia Pictures» onunla müqaviləni pozur. Səbəb kimi isə Fordun aktyorluq qabiliyyətinin olmaması göstərilir.
Bundan sonra Ford «Universal Pictures» studiyasına qəbul edilir. «Universal» gənc aktyorlara münasibətdə «Columbia Pictures»dən fərqli siyasət yeridirmiş və onlara teleseriallarda iştirak etmək imkanı yaradırmış. Harrison Ford epizodik rollarda çəkilməyə başlayır. Amma işinin müqabilində ona verilən qonorar o qədər az olur ki, gələcəyin ən böyük aktyorlarından biri aktyor karyerasını dülgər sənətinə dəyişmək qərarına gəlir. Harrison tez-tez şou-biznes ulduzlarının sifarişini yerinə yetirirmiş.
Tezliklə onun yeni sənəti yaxşı qazanc gətirməyə başlayır. Eyni zamanda, Harrison yeni əlaqələr sayəsində aktyor karyerasına qayıtmaq imkanı əldə edir. Onun müştərilərindən biri «Universal»ın kastinq direktoru olur. Həmin şəxs o dövrdə hələ heç kimə məlum olmayan, amma gələcəkdə ən dahi rejissorlardan birinə çevriləcək Corc Lukasın «Amerika qraffitisi» (1973-cü il) filminə aktyorlar toplamaqla məşğul olurmuş. Fordun bəxti gətirir və o da bu filmdə rol alır. «Amerika qraffitisi» böyük uğur qazanır və Forda bütün dövrlərin ən yaxşı fantastik filmlərindən biri olan «Ulduz müharibələri»ndə Xana Solo roluna kastinqdə iştirak etmək təklif olunur. Bu rola o zaman hələ heç kimə məlum olmayan Uristofer Uoken və Nik Nolti kimi aktyorlar da iddia edir. Amma rejissor məhz Harrisonu seçir və yanılmır.
«Ulduz müharibələri» ekrana 1977-ci ildə çıxır. Bu fantastik saqanın populyarlığı bütün gözləntiləri üstələyir. Film dərhal bir neçə nəslin rəğbətini qazanır.
«Ulduz müharibələri»ndəki uğuruna baxmayaraq, Ford hələ bir müddət ikinci dərəcəli, epizodik rollarda çəkilməkdə davam edir. Bu hal 1980-ci ilə kimi davam edir. Həmin il «Ulduz müharibələri»nin beşinci epizodu – «İmperiya cavab zərbəsi endirir» filmi ekrana çıxır. Bu filmdə Xana Solo obrazına daha böyük ekran imkanları yaradılır və Harrison Ford aktyor məharətini ortaya qoya bilir.
Aktyorun ulduzu isə «İndiana Cons» saqasında parlayır. 1981-ci ildə çəkilən «İndiana Cons: İtirilmiş mücrünün axtarışında» filmi Harrison Fordu bütün dünyada məşhurlaşdırır.
1982-ci ildə çəkilən «Ülğüc üzərində qaçan» filmində aktyor qəhrəman obrazından imtina etmək qərarına gəlir. Amma film həm tamaşaçılar, həm də tənqidçilər tərəfindən soyuq qarşılanır. Bundan sonra Ford yenidən Xana Solo obrazına qayıdır və «Ulduz müharibələri» seriyasından «Cedayın qayıtması» (1983) filmində çəkilir. Amma bu filmdə Fordun canlandırdığı obraz əvvəlki filmlərlə nisbətdə çox az ekran vaxtı alır.
1984-cü ildə ekrana İndiana Consun macəraları barədə daha bir film – «İndiana Cons və tale məbədi» filmi çıxır.
Harrison Ford 1985-ci ildə çəkilən «Şahid» filminə görə «Oskar», «Qızıl qlobus» və BAFTA mükafatlarına nominant göstərilir. «Mığmığalar sahili» (1986-cı il) filmi də Forda «Qızıl qlobus» mükafatı gətirir.
1988-ci ildə çəkilən, Melani Qriffit və Siqurni Uiver kimi ulduzların iştirak etdiyi «İşgüzar qadın» romantik komediyası Fordun yaradıcılığında yeni səhifə açır. Harrison Ford bu filmdə «Ulduz müharibələri»ndən sonra ilk dəfə ikinci dərəcəli rolda oynayır. Film böyük populyarlıq qazanır və 1988-ci ilin ən uğurlu filmlərindən biri sayılır.
1989-cu ildə İndiana Consun macərası ilə bağlı növbəti ekran əsəri çəkilir – «İndiana Cons və sonuncu xaç yürüşü».
1990-cı illərin ilk yarısında aktyorun yaradıcılıq siyahısında «Günahsızlıq prezumpsiyası» (1990), «Henri haqqında bəzi şeylər» (1991), «Vətənpərvərlərin oyunu» (1992), «Qaçqın» (1993) və «Birbaşa və açıq təhlükə» (1994) kimi filmlər peyda olur. «Qaçqın» Harrison Forda növbəti «Qızıl qlobus» mükafatı gətirir.
1995-ci ildə çəkilən «Sabrina» romantik lentində isə Harrison Ford növbəti dəfə imicini dəyişir. Bu film ona qadınlar arasında böyük populyarlıq və yeni, növbəti «Qızıl qlobus» bəxş edir.
2002-ci ildə isə ekrana sovet sualtı qayığının qəhrəmanlığından bəhs edən «K-19» tarixi filmi çıxır. Sualtı qayığın kapitanı rolunu ifa edən Ford tarixi faktların öyrənilməsinə çox ciddi yanaşır, qayığın komandasının real üzvləri ilə şəxsən söhbət etmək üçün Rusiyaya səfər edir.
2008-ci ildə isə ekranlara İndiana Consla bağlı dördüncü film çıxır. «İndiana Cons və büllur kəllə krallığı» filmi bu qəhrəmanla bağlı çəkilən əvvəlki filmdən düz 20 il sonra çəkilir. Ford filmə çəkilməmişdən öncə bir şərt irəli sürür: prokatdan əldə edilən bütün gəlir 3 nəfər – o özü, rejissor Stiven Spilberq və prodüsser Corc Lukas arasında bölünməlidir.
Aktyorun filmoqrafiyasında 60-dan çox film var. Onun sonuncu filmlərindən «Keçid» (2009), «Sabahınız xeyir» (2010), «Son tədbirlər» (2010), «Kovboylar gəlmələrə qarşı» (2011) və digərlərini göstərmək olar. O, tamaşaçılara həm də 1997-ci ildə çəkilən və böyük populyarlıq qazanan «Prezidentin təyyarəsi» filmindən də yaxşı tanışdır.
2003-cü ildə Hollivuddakı Şöhrət Xiyabanında Harrison Fordun ulduzunun açılışı olub. Ford professional pilotdur və xilasetmə xidmətləri ilə əməkdaşlıq edir.
Bundan əlavə, Ford ətraf mühitin qorunması üzrə təşkilatın fəal üzvüdür və Ətraf Mühitin qorunması Beynəlxalq Təşkilatının (Conservation International) Direktorlar Şurasına daxildir.
«Forbes» jurnalı Fordu 2009-cu ildə Hollivudun ən varlı aktyoru elan edib.
Aktyor üç dəfə evlənib. Onun 5 övladı var. Onlardan 4-ü əvvəlki nikahlarından doğulub. Folhart adlı oğlanı isə Ford oğulluğa götürüb.
Kamal Gürşad

1641 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024