“Özünə hörmət edən yazıçı avtoqraf verməməlidir”
18 aprel 2011
12:58
Dosye: Cerom David Selincer
1919-cu ildə anadan olan Cerom David Selincer əməlli-başlı təhsil görməyib. Hərbi məktəb bitirib. Bir müddət Kolumbiya universitetində sərbəst mühazirələrə qulaq asıb.
Burda tanış olduğu redaktor onun hekayələrini çap edib. 1942-ci ildə hərbi xidmətə çağırılan Selincer Normandiyaya çıxarılan desantların tərkibində II Dünya Savaşına qatılıb. Amma o, müharibədə vuruşmayıb.
Əks-kəşfiyyat idarəsinin əməkdaşı kimi hərbi əsirlərin, gestapo agentlərinin istintaqı ilə məşğul olub. Müharibədən sonra bir müddət Parisdə yaşayıb.
Müharibədən qayıtdıqdan sonra Amerikanın o zamanın və indinin ən məşhur jurnallarından olan "Nyu Yorker" jurnalı ilə əməkdaşlığa başlayıb. Onun hekayələri burda çap edilib.
Selincer şedevri sayılan "Çovdarlıqda uçurumdan qoruyan" romanını 1951-ci ildə yazdı. Bundan sonra isə o, doğulduğu Nyu York şəhərini tərk edib. Avropanı və Meksikanı səyahətə çıxdı, Nyu-Yorka qayıtmadı.
1952-ci ildə kiçik Kornişe şəhərində torpaq alan Selincer orda yaşamağa başlayıb. 1964-cü ildə "Xepvort 16, 1924″ romanını çap etdirəndən sonra bir daha adam arasına çıxmayıb. İstisna kimi 1981-ci ildə " Paris Review " qəzetinə kiçik bir müsahibə verib.
Bu müsahibədə o yeni əsərlər yazdığını da deyib. Lakin bu əsərlər çap edilməyib. Selincer bizə bəlli olan son müsahibəsində deyirdi: "Mən yazmağı sevirəm, ancaq başlıca olaraq özüm üçün, özümün zövq almağım üçün yazıram".
1964-cü ildən sonra o, demək olar ki, görünməyib. Yazıçının bizə bəlli olan əsərlərinin yazıldığı tarix 25 ildir - 1940-cı ildən 1965-ci illər.
Yalqızlığa çəkiləndən sonra özü haqqında yazılanların qarşısını məhkəmə yolu ilə almağa çalışırdı. Məktublarını çap edən nəşriyyatı məhkəməyə verdi. Onun haqqında xatirələrini yazan qızını və köhnə sevgilisini həyatından çıxartdı.
46 illik tənhalıqdan sonra yazıçı keçən il vəfat etdi.
Bu Cerom David Selincerlə son müsahibədir. Ölümündən 29 il əvvəl “Windsor”da bir kafedə götürülüb. Selincer bu müsahibəni verəndə 17 ildir ki, heç kimlə görüşmürdü. Ondan sonra da 29 il məchul qalmışdı.
“Paris Review” jurnalının 1981-ci il Yay buraxılışında Betti “Keçən yay nə etdim” adlı bir yazı yazmışdı. Məqalə, əfsanəvi bir müsahibdən bəhs edirdi.
Betti Eppes o zaman “Baton Rouge Advocate” qəzetində çalışan müxbir idi. 1980-ci ilin baharında həm “Advocate”, həm də “State Times”in səhər və günortadan sonrakı buraxılışlarında “Əyləncə” redaksiyasında işləyirdi.
O bahar Eppes yay tətilini tənhalığa qapılan məşhur yazıçı Selincer ilə müsahibə almağa həsr edəcəyinə qərar verir.
Bu haqda ilk dəfə “Sunday Advocate”ın 29 İyun 1980-ci il tarixli maqazin səhifələrində məlumat verilir. Daha sonra aralarında “The Boston Globen”in də olduğu başqa qəzetlər məqaləni satın alaraq oxucularıyla paylaşırlar.
“Paris Review”in yazarı və redaktoru Corc A. Plimpton, Eppesdən reportajın necə baş tutduğunu dinləyir. Bundan sonra Plimptonun redaktorluğu ilə “Paris Review”in 1981-ci il tarixli Yay sayında “Keçən Yay Nə Etdim” adlı məqalə işıq üzü görür.
Eppes Salingerə yazdığı məktubunda bütün yayı onu tapmağa həsr etdiyini, dolanışığını yazar olaraq təmin edən biri olduğunu bildirərək, müxbirliyini gizlədir.
Ona bildirir ki, otaqlarında telefon olmayan bir oteldə qaldığı üçün sabah “Windsor”da xüsusi bir yerdə saat 9:30-dan etibarən 30 dəqiqə boyunca onu gözləyəcək.
Əgər gəlməzsə, sonrakı gün “Baton Rougey”ə qayıtmazdan əvvəl yenə eyni saatda və eyni yerdə onun yolunu gözləyəcək.
Və Selincer gəlir…Söhbət baş tutur
- Heç ssenari yazıbsınızmı? Gələcəkdə yazacağınızı düşünürsünüzmü?
- Başqa bir mövzudan danışa bilərikmi?
- Əlbəttə. Lakin maraq üçün soruşuram, səhnə adamı olaraq çalışdığınız gəminin adını xatırlayırsınızmı?
- Bəli, xatırlayıram -“The Kungsholm” idi.
- Ailənizin keçmişinizə baxanda "niyə yazmaq istədiniz" deyə soruşmaq istəyirəm.
- Dəqiq səbəbini bilmirəm. Hər hansı bir yazıçı da söyləyə bilərmi, buna da əmin deyiləm. Bu hər bir insan üçün fərqlidir. Yazmaq son dərəcə fərdi bir işdir və hər yazıçı üçün müxtəlif səbəbləri ola bilər.
- İstəyərək yazıçılıq kariyerasına başladınız, yoxsa özünüzü bu dünyanın içində tapdınız?
- Bilmirəm. (Uzun müddət duruxur) Həqiqətən bilmirəm. Bu barədə heç düşünməmişəm.
- Evinizin arxasında betondan tikilmiş bir atelyedə yazdığınızı eşitdim.
- Yazdığım yer istədiyim kimi qurulub, buna görə də çox rahatdır. Lakin bu barədə danışmaq istəmirəm. İnsanların bura yığışıb divarlara çıxmağını, ya da pəncərələrdən içəri baxmalarını istəmirəm. Mən belə rahatam və bu da məni qane edir.
- Yazılarınızın dərc olunması nə qədər əhəmiyyətlidir?
- Çox asan sual olduğu üçün çox qısa cavab verəcəyəm, Yazdqlarımı dərc etməyi heç düşünmürəm. Mənim üçün əhəmiyyətli olan yazmaq və yazmaq üçün vacib olan tənhalıqdır. Tənha olmaq istəyirəm. İbtidai məktəbdə də özümü belə hiss edirdim, akademiyada oxuyarkən də, əsgərlik xidmətindən əvvəl də, sonra da. İndi də belə hiss edirəm.
- Onda niyə yazılarınızı dərc etdirdiniz?
- Nələr olacağını hesablaya bilmədim. Belə olacağını gözləmirdim, belə olmasını heç istəmirdim. Çünki bu artıq normal bir həyat sürə bilməyəcəyim demək idi.
Evimin yaxınındakı yollara mühafizəçilər qoymağa məcbur oldum. Uşaqlarım da çox çətinlik çəkirdi. Niyə öz həyatım mənə aid olmamalıdır?
- Onda mənimlə görüşü niyə qəbul etdiniz? Məktubumu nəzərə almaya da bilərdiniz.
- Sən yazırsan. Mən də yazıram. Yazıçı olaraq başqa bir yazıçı ilə görüşmək lazımdır. Heç kitabınız dərc olunubmu? Tirajlanmaq qorxunc və bərbad bir şeydir. Əsərini nəşr etdiyin zaman çox qorxulu şeylər olur. Heç çap etməsəniz böyük ehtimalla daha xoşbəxt olarsınız.
Yazar kitab imzalamaz
- Niyə kitablarınızı imzalamağa nifrət edirsiniz?
- Bu ritualı qəbul edə bilmirəm. Mənasız hərəkətdir. Kiminsə üçün adını yazaraq imza atırsan. Aktyorların avtoqraf vermələri qəbulolunandır, çünki onların verə biləcəyi yeganə şey sifətləri və adlarıdır. Lakin yazıçılarda vəziyyət tam fərqlidir. Onlar əsərlər yazırlar. Bu səbəbdən də düşünürəm ki, imza əsərlə müqayisədə çox cılız görünür. Əsla bunu etmə! Özünə hörmət edən heç bir yazıçı bunu etməməlidir.
- Yazma intizamınız necədir?
- İntizam problem deyil. Ya yazmaq istəyirsən, ya da istəmirsən.
- Siyasətlə aranız necədir?
- Siyasətçilər heç vecimə də deyil. Onlarla ortaq heç bir nöqtəm yoxdur. Onlar bizim çərçivəmizi məhdudlaşdırmağa çalışırlar, mən isə bu çərçivəni genişləndirməyə. Barəsində danışacaq bir siyasətçi belə ağlıma gəlmir. İnflyasiya, işsizlik, enerji- bunların heç biri mənə fərdi olaraq təsir etmir. Mənim sahəm deyil. Onlar barədə heç bir şey bilmirəm.
- “Amerikan Röyası”na inanırsınızmı?
- Öz versiyama inanıram, bəli.
- Bunu bir az izah edərsinizmi?
- Yox, etmərəm.
- Yəni, Konstitusiya kişilər tərəfindən kişilər üçün yazılıb, bu səbəbdən də qadınlar üçün düşünülməyib?..
- Əsla bunu qəbul etmə! Bunu iddia edənləri dinləmə. Kim deyir sənin “Amerikan Röyası”na haqqın yoxdur, kim deyir?! Bu qorxuducudur. Qorxuncdur! Əsla bunu qəbul etmə. “Amerikan Röya”sı bütün amerikalılar üçündür. Qadınlar da amerikalıdır. O, sənin üçün də eynidir. İstədiyin budursa, haqqını tələb etməlisən.
Özgələrlə danışmaq istəmirəm
Betti Eppes Selincerlə görüşmələri əsnasında iki dəfə gülümsədiyini bildirir. Biri Eppesin yanağından axan yaşları silərkən, digəri isə "Əgər həqiqətən hər gün yazırsınızsa, indi hansı əsər üzərində çalışırsınız?" sualına "bunu söyləyə bilmərəm" cavab verərkən.
Sonra Selincer məktublarını götürmək üçün poçta gedir. Qayıdarkən Eppes, bir nəfərin yazıçını dayandırdığını və əlini Selincerin qoluna qoyduğunu görür. Böyük ehtimalla əlini sıxmaq istəyib. Bu Selinceri çox əsəbiləşdirib. "Yoldan qarşı tərəfə keçərək avtomobilimin yanına gəldi, pəncərəyə söykənərək mənə doğru əyildi və məni danlamağa başladı. Eynilə belə dedi:
"Sənin ucbatından tanımadığım, daha əvvəl heç görmədiyim bir adam mənimlə danışdı. Prospektdə gedərkən mənə doğru gəldi və əlini qoluma qoydu, mənimlə danışdı... Bundan heç xoşum gəlmir. Sənə görə qonşularıma zəng gəlir və mənim qonşularımın narahat edilməsindən zəhləm gedir. Mən tək qalmaq istəyirəm. Buna görə bura köçmüşəm. Məhrəmimi axtardığım üçün bura gəldim, normal bir həyat sürə biləcəyim və yazı yaza biləcəyim bir yer olduğu üçün bura gəldim. Lakin sənin kimi insanlar məni izləyirlər. Kobud görünmək istəmirəm. Mən təmkinli insanam. Narahatçılıqdan xoşum gəlmir. Suallardan xoşum gəlmir. Özgələrlə danışmaq istəmirəm. Heç kimlə xüsusi olaraq danışmaqdan xoşum gəlmir. Mən bir yazıçıyam. İstəsən mənə məktub yaza bilərsən. Lakin lütfən, bir də məni ziyarət etmə."
- Bəs həqiqətən yazırdımı?
- Artıq itirəcəyi heç bir münasibəti qalmayan Eppes Selincer arxasını dönən zaman: "Sizi narahat etdiyim üçün çox üzr istəyirəm. Cənab Selinger, lütfən gözləyin. Xahiş edirəm deyin mənə, həqiqətən yazırsınızmı” deyə soruşur. Cavab isə belə idi:
"Həqiqətən yazıram. Sizə söylədim, yazmağı sevirəm və sizi əmin edirəm ki, davamlı olaraq yazıram. Yalnız yazdıqlarımı dərc etmirəm. Özüm üçün, öz zövqüm üçün yazıram. Bunun üçün də tək qalmaq istəyirəm. Xahiş edirəm bir daha bu niyyətlə bura gəlməyin."
Hazırlayan: Vüqar Qurdqanlı

1724 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024