Qoçunu güllələyən şair
14 sentyabr 2011
13:54
Onun haqqında bir kimsə yazmayacaq... Bu həqiqətə özümü inandırandan sonra bilgisayarın arxasına keçib unudulmaz unudulmuşlardan biri olan Haşım bəy Saqibin ömürlüyünə göz atmaq istədim.
Onun həyatı iki əsrin qovuşuğunda keçib – XIX-XX əsrlərin. Kifayət qədər ziddiyyətli, xaotik, inqilab və müharibələrlə zəngin olan bu dövrün ictimai-siyasi mənzərəsini tam şəkildə təsəvvür etmək üçün Mirzə Cəlilin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin felyetonlarına, nəsr və dram əsərlərinə müraciət edirik, Mirzə Ələkbər Sabirin satiralarını oxuyub sələflərimizin avamlığına, cəhalətinə acı-acı gürürük.
Haşım bəy də yaşadığı mühitin nöqsanlarını qırmanclayırdı. Amma nədənsə öz dövrünün maraqlı şəxsiyyətlərindən olan Haşım bəy sonrakı illərdə demək olar ki, tamamilə unuduldu, yazdıqları da adda-budda həmkəndlilərinin yaddaşında ilişib qaldı, əsərləri nəşr olunmadı, ədəbiyyat tədqiqatçılarının araşdırmalarında adı yer almadı.
Tarix belə unutqanlıqlara biganə qalmır. Haşım bəy ədalətli hakim olan tarixin hökmündən çox arxayın idi, yazdıqlarından ötə qəti nigarançılığı yox idi. Baxmayaraq ki:
Dəyişib dövrü- zaman, hər biri bir nəğmə oxur,
Hökmranlıq eləyir şahə gəda, kim kimədir?
Bu misralar şairin el içində ən çox məşhur olan şeirindəndir. Kifayət qədər kəskin ifadələrlə zəngin olan bu siyasi pamflet Haşım bəyin yaradıcılığının ana xəttini təşkil edir. "Nanəciblər oturub təxti-xilafət üstə”, - deyirdi.
Ağır ittihamdır, bu cür həcvlər yazan şairi əlbəttə ki, qəbul etməyəcəkdilər, adını hər yerdən siləcəkdilər, ondan belə “intiqam” alacaqdılar. Etiraz nəbz kimi onun daxilində döyünürdü, çünki hara baxırdı, öz şair fəhmiylə gördükləri içini ağrıdırdı, nifrətini alovlandırırdı, qəzəbini püskürdürdü.
Haşım bəy Hacı bəy oğlu Heybətbəyov 1870-ci ildə Bakının Buzovna kəndində nüfuzlu ruhani və tacir ailəsində dünyaya göz açmışdı. Atası Hacı bəy dövrünün tanınmış tacirlərindən idi, o, Bakıda, Dərbənddə, Petrovsk-portda (1923-cü ildən Mahaçqala adlanır – K.H.) və Səmərqənddə ticarət əlaqələri qurmuşdu. Sonralar Haşım bəy atasının sənətini davam etdirmiş, hətta bir neçə dövlətlə sərbəst alış-veriş etmişdi.
İlk dini təhsilini ruhani atasından alan Haşım bəy atasının dostu Kərbəlayi Əzizin öz şəxsi mülkündə təsis etdiyi mədrəsədə ərəb, fars, türk,özbək, cığatay, rus dilləri və ədəbiyyatını, İslam tarixini mükəmməl öyrənmişdi. Deyilənə görə, Haşım bəyin çox iti hafizəsi varmış, o, Nizaminin, Sədinin, Firdovsinin, Caminin yaradıcılığından bütöv parçaları əzbər bilirmiş.
XIX-cu əsrin axırları, XX əsrin əvvəllərində fəaliyyət göstərən və bir çox Bakı şairlərin yetişməsində müstəsna rol oynayan “Məcməüş-şüəra” ədəbi məclisi Haşım bəyin ədəbi zövqünün formalaşmasına və qələminin püxtələşməsinə böyük kömək etdi. Çoxlarından fərqli olaraq, Haşım bəy gül-bülbül eşqiylə qəzəllər yazmadı, xalqı zəlalətə düçar edənlərə qarşı öldürücü həcvlər, siyasi satiralar yazdı. Bu ədəbi nümunələrin bəziləri bu gün də xatırlanır.
“Kim kimədir” şeirini mən ilk dəfə Haşım bəyin qardaşı nəvəsi Ağakərim bəyin dilindən eşitmişəm:
Börküvi başdan alırlar, hanı fəryada gələn,
Eşidən yox, eləsin ahu-nəva, kim kimədir.
Şahılıq vaxtı keçib, indi yetən bir şahdır,
Şahılıq eyləyir hər bisərü-pa, kim kimədir.
Bu yerdə oxucu üçün bir sirri də açaq. Haşım bəy Saqib Azərbaycan teatrının unudulmaz aktrisalarından biri olan xalq artisti Nəcibə Məlikovanın atasıdır. Nəcibə xanım atasını necə xatırlayırdı, təəssüf ki, bizim bunu öyrənmək imkanımız heç vaxt olmayacaq. Əlimizdə Nəcibə xanımın bacısı Nuriyyə xanımın xatirələrini əks etdirən bir kitabça var, bu kitabçanın ərsəyə gəlməsində bəndənizin də bir balaca xidməti olub.
Haşım bəy Saqibin “Kim kimədir” kitabçası 1996-cı ildə “Boz Oğuz” nəşriyyatı tərəfindən buraxılıb. O zaman mən həmin nəşriyyatda redaktor işləyirdim və bu kitabın redaktorluğu da mənə həvalə olunmuşdu. Haşım bəyin irsi ilə ilk dəfə o zaman tanış oldum.
Görək Nuriyyə xanım atasını necə xatırlayır:
“Atam Haşım bəy polad kimi sınmaz, əyilməz, sözü düz, şax, mərdanə deyən kişi idi. Onun bu keyfiyyətləri çoxunun, əsasən “lotu” adı ilə meydan sulayanların heç xoşuna gəlmirmiş. Bir gün şəhərdə lotubaşılardan biri atama “ultimatum” verib deyir ki, əgər mənə filan qədər pul verməsən, səni öldürəcəyəm. Atam çox söhbətdən sonra başa düşür ki, bu kiminsə fitvası ilə görülən işdir. Məsləhətləşib qərara gəlirlər ki, lotubaşı tələb etdiyi məbləği sabah gəlib atamdan, evdən aparsın. Səhəri gün şərtləşdikləri kimi lotubaşı gəlir, atam onun istədiyi məbləği göstərir və ona bildirir ki, əzizim, bil və yadında yaxşı saxla, pul, mal-dövlət üçün kimisə qətlə yetirən sənin kimilər kişi yox, nakişidir və öz tapançasıyla lotubaşını öldürür. Heç bir vəkilin köməyi olmadan atam məhkəmədə özü özünü müdafiə edir və bəraət alır”.
Bu əhvalatla yanaşı, Nuriyyə xanım onu da bildirir ki, atamın əsərlərinin nəşri ilə əlaqədar ayrı-ayrı nüfuzlu alimlərə, naşirlərə müraciət etsəm də bu günədək onun əsərlərindən ibarət ayrıca bir kitab nəşr olunmayıb. Hətta çoxları çiyinlərini çəkirmiş ki, məgər belə bir şair də var?
Haşım bəyin kitabı Rəhimağa İmaməliyevin fədakarlığı hesabına nəşr edildi.
Haşım bəyin elə satiraları var ki, sanki bu gün yazılıb. Çox təəssüf ki, onun yaradıcılığı indiyədək demək olar ki, heç araşdırılmayıb. Bu yazı xatırlamaq, yada salmaq, yaddaşı təzələmək qəsdiylə yazıldı.
Onun bir misrası var: “Sözün haqqını de, ey dil, deyilən qan olmaz!” Gəlin bu qiymətli insanın vəsiyyətinə əməl edək, sözün haqqını deyək. Deyək ki, Haşım bəy unudulmağa layiq insanlardan deyildi...
Kənan HACI

1529 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024