Nə cinsi əlaqə? - RESENZİYA

Nə cinsi əlaqə? - RESENZİYA
12 sentyabr 2011
# 10:45
Kulis.az-ın “Neytral zona” layihəsinin ilk mövzusu “ədəbiyyatda vulqarizm və erotika” oldu.

Hər iki tərəf arqumentləri ilə haqlı olduqlarını sübut etməyə çalışırdılar.

Debatın sonunda belə nəticə hasil oldu: heç bir tərəf mövqeyini dəyişmək fikində deyil.

Bizim cəmiyyətdə açıq-saçıq ədəbi nümunələrə münasibət birmənalıdır.

Şərif Ağayarın yeni dərc olunmuş 300 səhifəlik romanı “Harami” bədii-estetik dəyərlərinə görə deyil, üşcə səhifəlik erotik hissəyə görə tənqid atəşinə tutuldu.

Şərifi erotizmə görə tənqid edənlər unutmasınlar ki, erotik ədəbiyyat yeni dövrün məhsulu deyil.

“Min bir gecə”də erotik səhnələr azdırmı? Yaxud Molla Pənah Vaqifin şeirlərini götürək:

Döşün açıb əl dəyəndə yaxaya,
Ağ gülün bağrına peykan toxuya...


Bu misraları müasirlərdən biri yazsaydı, bayağılıqda suçlanardı.
Çağdaş qərb ədəbiyyatında bu mövzu artıq qapanıb. Elə müasir ədəbiyyatdan Frederik Beqbederin əsərlərini nümunə götürək.

***

Bu yaxınlarda “Ən Yeni Tərcümə” layihəsindən daha bir kitab, fransız yazarı Frederik Beqbederin “Məhəbbət üç il yaşar” romanı dərc olundu.

Üç il əvvəl oxuduğum bu romanın dilimizə tərcüməsini çoxdan gözləyirdim. Hətta o zaman onu dilimizə tərcümə etmək üçün kitabın türkcəsini də almışdım.

Bu kitabın dilimizə tərcüməsinin nə cür alınacağını düşünürdüm. Çünki kitabda açıq-saçıq ifadələr o qədər geniş yer alıb ki.

Burada artıq “çılpaq səhnəni də elə təsvir etmək olar ki” dən söhbət gedə bilməz. Hər şey öz adı ilə verilib.

Tərcümədə o yerləri ixtisar etmək, elə 150 səhifəlik romanın ixtisarı olardı.

O açıq-saçıqlığı ört-basdır etmək isə əsərin üslubunu darmadağın edərdi.

Tərcüməçi xanım Fizzə Heydərli bu işin öhdəsindən cəsarətlə gəlib. Amma bəzi hissələrədə tərcümə qeyri-dəqiq alınıb. Burda iki səbəb ola bilər; ya tərcüməçi cinsi sözləri dəqiq bilməyib (bunun üçün kişi olmaq lazımdır), ya da onları danışıq dilində verməyə ürək etməyib.

16-cə səhifdə sevişmə səhnəsinin təsviri zamanı nöqtələr qoyulması oxucunu çaşdırır. Obrazların nə etdikləri anlaşılmaz qalır. Yaxşı ki, əlimin altında kitabın türkcəsi vardı.

Bəzi səhnələrdə isə tərcüməçi elmi terminlərə üstünlük verib. Halbuki cinsi sahədə təcrübəli olan müəllif orijinalda cinsi terminlərdən istifadəyə ehtiyac görməmişdi.

Bir neçə yerdə isə tərcüməçi rus dilinin təsirindən çıxa biməyib. Tərcümədə cümlələrin qol-qanadını qırıb. Bu da əsərin axıcılığına xələl gətirir. Halbuki Beqbederin dili olduqca rəfandır.

“Məhəbbət üç il yaşar”ın dilimizə tərcüməsi sevindiricidir. Hər halda ədəbiyyatda vulqarizmi qəbul etməyənlərə nümunə olar.

Yox, əgər açıq-saçıqlığı ilə fərqlənən kitabların diliməzə tərcüməsini istəmirsizsə saxlayaq yüz il sonraya.

Onsuz yüz il əvvəl yazılmış, dilimizə tərcümə olunmağını gözləyən o qədər əsər var ki.


Mirmehdi Ağaoğlu
# 1752 dəfə oxunub

Oxşar xəbərlər

İnsan faciəsinin səssiz şahidi - Bu əsər niyə qadağan edilmişdi?

İnsan faciəsinin səssiz şahidi - Bu əsər niyə qadağan edilmişdi?

12:30 24 fevral 2025
"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

10:00 23 fevral 2025
Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

09:00 21 fevral 2025
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

09:17 19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

12:00 18 fevral 2025
Satılan həyatlar - İnsan neçəyədir?

Satılan həyatlar - İnsan neçəyədir?

18:40 17 fevral 2025
# # #