Nizami Gəncəvinin internet saytı açılır
870 illiyi qeyd olunacaq Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünyada tanıdılması üçün veb-səhifə hazırlanır. Nizami irsinin təbliği və dünyada daha dərindən tanıdılması məqsədilə veb-səhifənin yaradılmasına artıq başlanılıb.
Xüsusi dizaynla hazırlanan internet səhifəsində Nizaminin bütün əsərləri, dahi şair haqqında yazılar rus, ingilis, alman və fransız dillərində yerləşdiriləcək.
Qeyd edək ki, bununla yanaşı, dahi şairin yubileyinə digər hazırlıq işləri də aparılır. Məlumatda Nizami Gəncəvinin irsinin araşdırılması komissiyasına daxil olan 100-dən artıq təklifin 30-dan çoxunun yubiley tədbirləri planına salındığı bildirilir. Bundan başqa, şairin budəfəki yubileyində bir sıra yeniliklər də ediləcək. Bu yeniliklərə şairin adına təqaüdlərin təsis edilməsi, sikkələrin, döş nişanlarının, bəzək əşyalarının, buklet və digər çap məhsullarının hazırlanması aiddir.
Günel ƏSGƏRZADƏ

Oxşar xəbərlər
Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?
10:00
21 noyabr 2026
Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi
10:27
15 noyabr 2026
Orxan Saffarinin romanında üzləşmək və oxumaq istəmədiyimiz məqamlar – Nadir Yalçın
12:00
13 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?
14:00
7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu
12:25
7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası
15:00
6 noyabr 2026