Məqsəd Nur: “Anarı uşaq vaxtından oxuyuruq”
25 avqust 2011
12:00
Əslində, hər zaman “o da birinci ola bilər” deyirdim. Olmadı, 1 bal fərqlə ikinci oldu. Milli Kitab Müsabiqəsi (MKM) zamanı adı qalmaqallarda ən az hallanan yazıçılardan biri idi. Həqiqətən yazdıqları və yaradıcılığı ilə maraqlı adamdır. Hesab edirəm ki, MKM-in ikincisi, “ümumi ədəbiyyat naminə umu-küsülərimizi bir kənara qoymağı bacarmalıyıq” deyən Məqsəd Nurun Kulis.az-a verdiyi müsahibəsini diqqətinizə çatdırırq.
- MKM-də II yeri tutdunuz. Müsabiqənin obyektivliyinə və yerlərə münasibətiniz necədir?
- Rezonans doğurmağı baxımından əvvəlkindən daha uğurlu oldu. Obyektivliyini də əvvəlki müsabiqə ilə müqayisədə uğurlu hesab etmək olar. Məlumdur ki müsabiqə ətrafında xeyli mübahisələr də oldu. Məncə, bu da normaldır. Çünki bütün bu mübahisələr də ədəbiyyatın inkişafı naminədir. Ədəbiyyatın ictimailəşməsi, məşhurlaşması, oxucusunu tapması baxımından çox əhəmiyyətli idi.
Amma səs-küy yaratmağı da təsadüfi deyildi, bunun da ciddi səbəbləri vardı. Məsələn, birinci və ikinci yerlər arasında yalnız 1 bal fərqin olması kimi. Amma nəticə olaraq bu da münsiflərin yanaşması idi. Yəni obyektivliyə ən yaxın müsabiqə oldu. Bu, son ildə Azərbaycanda ədəbiyyatın inkişafına çox böyük təsir göstərdi. İstərdim ki, bundam sonra da öz təsirini saxlasın...
- Amma elə birinci yer açıqlanan kimi Rəşad Məcid özünün, Çingiz Abdullayevin və Rəbiyyət Aslanovanın “müsabiqə siyasiləşdirildiyinə görə” istefa verdiyini açıqladı. Bəs siz necə düşünürsünüz, müsabiqə siyasiləşdirilmişdi, yoxsa, yox?
- Bilirsiniz, Rəşadın da, Rəbiyyət xanımın da, Çingiz Abdullayevin də fikirlərinə hörmətlə yanaşıram. Ola bilsin ki onlar müsabiqəyə bizdən daha yaxın olduqları üçün bizim bilmədiyimiz nəyisə bilirlər. Amma bütün hallarda subyektiv fikirdir. Mən də bu barədə dəfələrlə fikrimi bildirmişəm, Rəşad Məcid də deyib, Nigar Köçərli də deyib: yəni bu söylənənlər fikirdir. Bu işin arxasında hansısa siyasi məsələlərin durduğu barədə məndə yetərincə məlumat yoxdur. Ona görə də hansısa bir fikri söyləyə bilmərəm. Yəni deyilənlərdə həqiqət payının olub-olmadığını dəqiq bilmirəm. Hər halda, onlar fikirlərini açıqlamalıdırlar ki, nəyin əsasında bunu deyirlər.
Məncə, məsələyə belə yanaşmaq lazımdır: bütün dünyada bu tip müsabiqələrdə belə söz-söhbətlər və bu söhbətlərin ətrafında ictimai diskussiya olur. Bu müsabiqə də ondan xali deyil. Müsabiqənin təşkilatçıları da, onun münsifləri də bu söz-söhbəti sığortalaya bilmədilər. Bu məsələlərin heç birinin müəllifə dəxli yoxdur. Çünki o, əsərini təqdim edir. Həmin əsəri oxuyan vicdanlı münsif lazımdır. O münsif vicdanının səsi ilə əsərə qiymət verməlidir. Həm də ki, onun ədəbi savadı, ədəbi zövqü, ədəbi dünya görüşü olmalıdır ki, o əsəri dəyərləndirə bilsin. Bunu üçündə, o, Azərbaycan ədəbi mühitindəki bütün prosesləri, sistemləri bilməli, onlardan baş çıxarmalı onu dəyərləndirməyi bacarmalıdır. Real rəy verilməsi üçün bunlar zəruridir. Buna görə də müsabiqə barədə verilən rəylərə “bu düz deyir”, “bu səhv deyir” kimi münasibət bildirmək doğru olmaz.
- Siz həm də Yazıçılar Birliyinin üzvüsünüz. Bəziləri də bunu əldə rəhbər tutub bildirdilər ki, Pərvizin birinci, sizin isə ikinci olmağınız da AYB-nin aşağılanmasına xidmət edir. Buna münasibətiniz necədir?
- Yenə deyirəm, müsabiqəətrafı söhbətlərdə, bəlkə də, kimlərsə belə bir fikir formalaşdırmağa çalışıblar. Amma ədəbiyyat olan yerdə məncə, ədəbi təşkilatların elə bir mənası yoxdur. Ona görə, ilk olaraq münsiflər də əsərin ədəbi dəyərinə baxmalıdırlar. O sözü deyənlərin məntiqinə haqq qazandırsaq belə çıxır ki, əgər mən birinci yeri tutmuş olsaydım onda da “AYB üzvü olduğuna görə qalib gəldi” desəydilər, düz deyəcəkdilər?! Məncə ədəbi müsabiqələrə ancaq ədəbi prizmadan yanaşılmalıdır. Həm də axı MKM-də bütün təşkilatlardan müəlliflər iştirak edirdilər. Yəni mən məsələyə belə yanaşmıram...
- Yəni siz hər şeydən tam razısınız...
- Bütövlükdə yox. Hətta hər hansı fikirlərim olsa belə, bir yazıçı kimi ədəbi prosesə olan münasibətimdən yaranan borcumu düşünüb “yoxdur” deyirəm. Əlbəttə, mən də bəzi şeylərə “obyektiv yox, subyektiv oldu” deyə bilərəm. Amma ümumi ədəbi iş naminə bu şeylər barədə danışa bilmərəm. Həm də ki, danışa bilmək üçün tutarlı faktlara əsaslanmaq lazımdır.
- Artıq qalib gəlmiş kitabların çapına başlanılıb. Sizcə, satış siyasəti necə olacaq, orada da birinci, ikinci, üçüncü yerin obyektiv seçildiyinin sübut olunmağı zərurəti yaranmayacaq ki?
- Bəlkə də birinci yeri tutan kitab daha çox maraq yarada bilər. Belə deyək ki, bütün bu müsabiqələr və söz-söhbətlər bütün dünyada piarın, satışın və marketinqin bir hissəsidir. Amma belə olmaya da bilər. Yəni bir yazıçının potensial oxucusu digərindən çox ola bilər. Amma məncə, bütün hər şey ilk növbədə əsərin öz keyfiyyətindən, sonra isə satış-marketinqin necə qurulmasından asılıdır.
- Elə bu yerdə “Şəhər Meri”nin başqa əsərlərdən fərqini soruşum. Niyə “Şəhər Meri” ikinci yerə çıxdı və niyə çıxmalı idi?
- Bu barədə münsiflər heyətinin üzvlərinin verdikləri rəylər var. Yəqin süjet xəttinə, ədəbi dəyərlərinə görə başqalarından fərqlənib. Həm də ki, birinci yerdən 1 balla ayrıldığına görə “birinci də ola bilərdi” deyə bilərik.
Mən başqa müəlliflərin əsərlərindən öz əsərimin fərqini deyə bilmərəm. O müəlliflərə də hörmətlə yanaşmalıyam. Sadəcə süjet xətti barədə deyə bilərəm ki, “Şəhər Meri” 1 gün ərzində baş verən və bu zaman kəsimində gözlənilməz dəyişikliklərə uğrayan qəhrəmanın taleyindən bəhs edir. Bu romanda sevgi, insan taleyinin ağrı-acısı – ümumilikdə insan psixologiyasının bir çox məqamları təsvir olunub. Bir sözlə, çox gözlənilməz nüanslarla zəngin bir romandır. Oxucunu yormur, əksinə, mənə elə gəlir ki, onu özünə bağlaya bilir...
- Kitab sovet dövrünü əhatə edir – həmin illərdə Bakıda “mer” anlayışı olsa da, elə bir institut yox idi. Amma bakılılar Əliş Ləmbəranskiyə “Bakı Meri” deyirdilər. “Bakı Meri” kimdir?
- Birincisi, mən də əsəri yazarkən bakılıların həmin deyimini nəzərə almışam. Onlar Şəhər İcraiyyə Komitəsinin rəhbərinə “mer” deyirdilər. “Bakı meri” konkret bir şəxs deyil, ümumiləşmiş obrazdır. Əsər sovet illərindən bəhs edir, 1 gündə kinoteatrda çalışan sıravi bir əməkdaşın başına gələn hadisələrdən, onun taleyinin necə dəyişməsindən danışır. Həmin dövrlər indi bütün yaş qrupundan olan azərbaycanlılar üçün maraqlıdır. O ab-hava, o şəhər, o günlərin təsviri, o günlərdə baş verən hadisələr – hamısı maraqlıdır. Axı biz həmin insanıq, o günləri yaşamışıq. Mənə elə gəlir ki, bu baxımdan da əsər oxucular üçün maraqlı olacaq. Amma romanda indiki Azərbaycan insanı da var. Yəni xarakter baxımından o azərbaycanlı sovet illərində yaşayıb, amma bizdən biridir, dəyişən və dəyişməyən xüsusiyyətləri var... Bir sözlə, bu Azərbaycan insanının taleyidir.
- Qarşıdan AYB-nin qurultayı gəlir. Sizcə Anar yenə sədr olacaq?
- Təəssüf ki, mən bu məsələyə qətiyyən proqnoz verə bilmərəm. Anar müəllim Azərbaycanı və Azərbaycan ədəbiyyatını tanışmış yazıçılardan biridir. Uşaq vaxtından mütaliə etdiyimiz yazıçıdır. Bəzən 60-70 ci illərin yazıçıları haqsız olaraq tənqid olunur. Bu tənqidi edənlər onların həmin illərdə Azərbaycan ədəbiyyatı, Azərbaycan dili üçün etdiklərini nəzərə almırlar.
AYB sədrinin seçilməsi mənə aid olan problem deyil, gündəliyimdə də yoxdur. Nə vaxt qurultay olarsa, mən də münasibətimi bildirərəm.
- Sizcə, niyə AYB-yə Anardan başqa sədr tapılmır?
- Deməzdim ki, belə bir adam yoxdur. O qədər iddialı adam ola bilər ki, sədr olmaq istəsin. Ancaq Anar müəllim uzun illərdir ki, bu qurumu idarə edir.
- 23 ildir...
...Özü də bunu etiraf edir ki, ədəbiyyata və yazıçıların həyatına biganə olan insan deyil. Ona görə də Anar müəllimin həm yazıçı, həm də ziyalı kimi nüfuzu böyükdür. Bu obyektiv şərtlərdir. Məntiqlə düşünsək, yüzlərlə yazıçının Anar müəllimə səs verməsini saxta yollarla necə təmin etmək olar?! Hər halda Azərbaycanda ədəbiyyatın və ədəbi mühitin qorunması üçün Anar müəllim çətin günlərdə böyük xidmətlər göstərib. Yəqin bütün bunlara görə alternativi yoxdur...
Vüqar QURDQANLI

1448 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024