Sərxoş intihar, atamın “gəzdiyi” qadın, toy gecəsi dava
12 avqust 2011
06:00
O gün bərk sərxoş idim.
Bütün yaxın dostlara mesaj yazanda da, telefonu söndürəndə də, biləklərimi kəsəndə də dəhşətli dərəcədə sərxoş idim.
O gün yaşamaq üçün bir, ölmək üçün bir neçə səbəbim vardı.
O gün ölmək üçün çoxlu səbəbim olsa da, ölməyə cəhd eləsəm də, ölmədim.
Görünür, həyatımda daha çətin, daha qarmaqarışıq günlər olmalı, daha çox əzab çəkməli və bu sətirləri yazmalı idim.
***
Sonuncu intihar cəhdim... daha doğrusu, hələlik sonuncu intihar cəhdim haqqında yazmaq qərarına gəldiyim an kənddəki evimizdəyəm.
İlk dəfə intihara cəhd elədiyim şabalıd ağacının altında bir siqaret çəkib, ilk intihar cəhdimdən sonra gözlərimi açdığım otaqdayam.
Evimiz tamam dəyişib.
Uşaqlığım və yeniyetməliyimlə bağlı heç bir iz tapa bilmirəm evimizdə.
İllər acımasız davranıb.
Bağımızda indi əkdiyim meyvə ağacları bar verir.
Mənim meyvə dərib yediyim ağacları isə çoxdan doğrayıb odun eləyiblər.
Nə vaxtsa qarğı atımı səyirtdiyim həyətdə indi babasına 4-5 günlük qonaq gəlmiş oğlum qarğı atını səyirdir.
Bütün həyət onun səs-küyü ilə dolub.
Mən isə onun şən səsindən kövrələ-kövrələ yenidən bir siqaret yandırıb kədərli keçmişimi çözələyirəm.
***
III kursu bitirəndə valideynlərimin istəyi və israrı ilə evləndim.
Onsuz da gec-tez bu olmalı idi, çünki artıq ikinci il olurdu ki, nişanlıydım.
Ancaq elə toy gecəsi atamla-anam səhərə qədər pəncərəmizin önündə mübahisə elədilər.
Mövzu yenə də atamın “gəzdiyi” qadın idi.
Evliliyimin bir ayı tamam olmamış evdəki gərginlik elə bir səviyyəyə çatdı ki, kənd həyatına yenicə alışmağa başlayan həyat yoldaşım da intihara cəhd elədi.
Elə o gündən həyatımın bütün nizamı yenidən pozuldu.
Yeni dərs ili başlayanda Gəncəyə qayıtdım.
Kirayə qaldığım evə yaxın bir internet klub icarəyə götürüb həm oxumağa, həm də işləməyə başladım.
Amma bir türlü həyatımı qurub, işlərimi nizama sala bilmirdim.
Üç ay içində xeyli ziyanla evimizə, kəndə qayıtdım.
Bacım yenicə ailə qurmuşdu.
Toydan sonra atamın da xeyli borcları olduğu üçün dekabr ayında ümidsiz bir halda olan bizə - mənə və həyat yoldaşıma qapını göstərdi: “Gedin, həyatınızı qurun, mənim sizin ailənizə baxacaq qədər imkanım yoxdur”.
Həyat yoldaşım hamilə idi.
Əynimizdə yay paltarları Gəncəyə düşəndə ikimizdə soyuqdan əsirdik.
Onu atasıgildə yerləşdirib ev axtarmağa başladım.
Ümidimiz nənəmin 60 manatlıq təqaüd kartı idi.
Bir də mənim “zərbəçi” təqaüdüm vardı.
İki gün parkda, bir gün də türkiyəli dostum Şahinin evində qaldım.
Dördüncü gün ucuz bir ev kirayələyib həyat yoldaşımla ora daşındıq.
Yeməyə ancaq yavan çörəyimiz vardı.
Bütün imkansız və çətin günlərim başqaxıncı olmuşdu mənə.
Mənim səbr eləməkdən başqa yolum yox idi.
Borclarım isə o qədər çox idi ki, onu qaytara biləcəyimi qətiyyən düşünmürdüm.
Universiteti bitirməyimə bir-neçə ay qalmış yerli jurnallardan birində iş tapdım.
Təsadüfən tapdığım iş mənim sonrakı həyatımı da xeyli etkilədi.
Qeyri-ciddi jurnalistika ilə məşğul olan böyük bir şəbəkənin içindəydim.
Şantaj, reketçilik, reklam işi, kitab nəşri kimi işlər, hərdən də tərcüməçilik fəaliyyətim çörək pulu qazanmaq üçün yeganə vasitə idi.
Universitetdə diplom müdafiəsinə hazırlaşdığım günlərdə oğlum Ayhan dünyaya gəldi.
Artıq borclarımı azaltmışdım.
Ayhan doğulandan bir ay sonra imkanlı bir tanışım özü və ailəsi haqqında kitab sifariş verdi.
Tanınmış şairlərimizdən birinin məsləhətçiliyi ilə bu kitabı yazıb bitirəndən sonra çox cüzi qonorar aldım.
Yazıdan ayrı qala bilmirdim.
Yazmaq taleyimə çevrilmişdi.
Amma içimdəki yazmaq həvəsi gündən-günə artırdı.
Bu kitab pul qazanmaqdan çox, bir növ, “boşalmaq” idi mənim üçün.
Özümü təsdiq üçün bütün imkanlardan istifadə edir, bacarığımı lazımsız, bəzən də mənasız işlərə sərf edirdim.
Əyalətdə ilk tərcümə jurnalını təsis edib cəmi bir nömrəsini nəşr etdirdim.
Qəzet təsis edib 10 ay ona rəhbərlik elədim.
Hazırlıq kursunda müəllimlik, un dəyirmanında fəhləlik, reklam firmasında koordinatorluq, məşhur folklorşünas-alimin yanında tərcüməçiliklə məşğul oldum.
İki nəfərə namizədlik işi yazdım, qısa müddət universitetdə çalışdım.
Oğlumu böyütmək üçün bütün gücümü səfərbər elədim.
Kirayədə yaşamağıma baxmayaraq, yerli həmyaşıdlarımdan xeyli yaxşı dolanırdım.
İkinci kursun sonundan içkini və digər zərərli vərdişləri buraxmışdım.
İbadət eləməsəm də, dostlarımın əksəriyyəti məşədi, kərbəlayı, hacı idi.
Titullu dindarların yanında böyük nüfuzum vardı.
Yaxşı qazansam da, işlərim yolunda getsə də, gecə-gündüz Bakıya köçüb, orda yaşamağı arzulayırdım.
Bakı mənim üçün xilas olacağım yer idi.
Bütün arzulamadığım işlərdən yalnız Bakıda xilas ola bilərdim.
Ayhan böyüdükcə Bakıya köçmək üçün ciddi planlar qururdum.
Ayhanın iki yaşı tamam olmağa bir neçə gün qalmış, Gəncədə yenicə açdığım ofisi bağlayıb kəndə, ordan da Bakıya daşındım.
***
Əlimdə olan azacıq pulla Bakıda yaşayan qardaşımla bərabər ev tutdum.
Gəncədə tələbəçiliyimin müəyyən vaxtını birlikdə keçirdiyim dostum Mənsur məni qohumlarının mətbəəsində işə düzəltdi.
Bir ay reklam meneceri vəzifəsində çalışandan sonra, danışdığımız maaşı ala bilmədiyim üçün işdən uzaqlaşdım və televiziyaların birində müsahibədən keçib çalışmağa başladım.
Qısa müddət stajor olaraq çalışdıqdan sonra televiziyanın o vaxtkı bədii rəhbəri məni rəsmi olaraq işə qəbul etdiyini, yaxşı imkanlar yaradacağını vəd elədi.
Uzun müddət Bakıda olsam da, hələ də ailəmi yanıma gətirməyə imkanım yox idi.
Həyat yoldaşım yavaş-yavaş boşanacağı ilə məni təhdid edir, mən isə oğlum Ayhan üçün darıxa-darıxa həyatla savaşırdım.
İki ay televiziyadan maaş ala bilmədim.
Pulsuzluq həm də Ayhanı görə bilməyimə maneə idi.
İki aydan sonra gördüyüm işin çətinliyinə baxmayaraq, mənə çox cüzi maaş təyin elədilər.
Gecə-gündüz işləməyimə baxmayaraq, aldığım maaş ailəmi Bakıya gətirmək üçün yetmirdi.
Bakıya gələndən 4 ay sonra həyat yoldaşım boşanmaq üçün məhkəməyə ərizə verib, mənim yaşam səbəbimlə - Ayhanımla bütün əlaqələrimi kəsdi.
Aldığım cüzi maaş siqaretimə belə çatmırdı.
Artıq həyatın çətinlikləri və iradəmin zəifliyi məni rəsmən içki düşkünü eləmişdi.
Maaşımın artacağını gözlədiyim ərəfədə məhkəmədən üç dəfə çağırış gəldi.
Bakıya köçdüyüm 6 ay olanda boşandım.
Boşanmağımız üçün göstərilən üç səbəbdən birisi imkansızlıq, biri evsizlik idi.
Ayhandan ayrı qalmaq, onun uşaqlığına həsrət qalmağım məni tamam məhv elədi.
Ayhansız yaşamaq nə qədər çətin olsa da, onun gələcəyi üçün çalışırdım.
Amma çalışdığım televiziyada ləyaqətini itirmiş, pulun quluna çevrilmiş bəziləri məni bu kiçicik işdən də uzaqlaşdırmağa çalışırdı.
Kimlərinsə yeri dar idi.
Kimlərsə mənim nə vaxtsa irəli gedəcəyimdən qorxurdu.
Nəhayət, bir gün ssenari müəllifi olduğum proqram bağlandı.
Televiziya rəhbərliyi məni işlə təmin etmək əvəzinə məni işdən çıxarmağa üstünlük verdi.
***
Televiziyada çalışdığım günləri indi də xatırlayanda əzab çəkirəm.
Cüzi maaşa səhərdən axşamacan işləmək, rayon-rayon, kənd-kənd gəzmək, lazımlı-lazımsız kitablar oxumaq və səviyyəsiz rəhbərlərdən söz götürmək bizim adi rejimimiz idi.
Son aylar övladımdan ayrı qalmağım, günü-gündən artan borclarım məni elə hala salmışdı ki, ancaq ölməyi arzulayırdım.
Çantamda gəzdirdiyim sirkə turşusunu dəfələrlə içib intihar eləmək istəsəm də, Ayhanın gözləri məni rahat buraxmırdı.
Hər dəfə şüşənin ağzını açmaq istəyəndə, Ayhanın günahsız və məsum gözləri məni bu işdən çəkindirirdi.
Çalışdığım kollektivdəki iş yoldaşlarım gün ərzində fikrimi dağıdır, məni bu fikirlərdən uzaqlaşmağa kömək edirdi.
İşdən çıxarılandan iki gün sonra məndə elə bir hiss yarandı ki, artıq heç kəsə lazım deyiləm.
Metronun “Ulduz” stansiyası ətrafında kirayələdiyim mənzildə saatlarla uzanıb tavana baxır, oğlumu, onun gözlərini düşünürdüm.
Borclarım gündən-günə artırdı.
Neçə dəfə intihara qərar versəm də, Ayhanın fotolardan boylanan və gözlərim önündən çəkilməyən gözlərindən yayınmağa cəsarətim çatmırdı.
İşdən çıxarılandan sonra yaşadıqlarımla bağlı, intihara hazırlaşmağımla bağlı ilk yazımı yazıb Qan Turalının rəhbərlik etdiyi Abzas.net saytına göndərdim.
Gecə saat 3-də Qan Turalıdan mesaj gəldi:
“Bu şəhər çoxlarını məhv eləyib, məğlub olma”.
Yazıçı dostlar Xanəmir, Elxan Xanəlizadə və başqaları zəng elədi.
O günə qədər dərindən tanımadığım gənc qələm adamı Qan Turalı ilə dostluğumuz başladı.
Hər dəfə intihar haqqında düşünəndə dostlarım məni bu fikirdən daşındırırdı.
İndi də qələm adamları olan dostlarımın mənəvi dəstəklərini unuda bilmirəm.
İndi bəziləri ilə yollarımı ayırsam da çətin dönəmlərimdə yanımda olmaları məni ən azı intihardan daşındırırdı.
Və yeni sevgi vardı həyatımda....
Hamıdan uzaqlaşıb intihara qərar verdiyim günlərin birində sevdiyim qadının telefonun o başından gələn titrək səsi məni fikrimdən daşındırmışdı.
“Özünü öldürsən, səni heç vaxt bağışlamayacam”, - demişdi.
Ancaq heç kəs aylarla üzünü görmədiyim Ayhanımı əvəz eləmirdi.
Onsuz qaldıqca, üzünü görmədikcə həyatım dözülməz olurdu.
Ev kirayəsini verə bilmədiyim üçün internet klubda, qaldığım əraziyə yaxın metro stansiyasının yanında tikintisi yarımçıq qalan dükanda gecələyirdim.
Savaşa-savaşa hiss edirdim ki, tükənirəm.
Bir gün hər şeydən bezəcəyimə əmin idim.
Yeni ilə bir gün qalmış köhnə iş yoldaşlarımla və yazar dostlarımla yığışdıq.
Yeni İli demək olar təkbaşına qeyd elədim.
Yalnız gecə qonşuluqda yaşayan mənim kimi tək yaşayan yazar dostlardan biri gəldi.
Konserv, araq, turşu və çörək... bu mənim üçün bayram idi.
Yeni İldən iki gün sonra doğum günümü evdə təkbaşına qeyd eləmək istəsəm də, olmadı.
“Şirzadın kafesi”ndə Qan Turalı, Elmin Həsənli və Əsəd Qaraqaplanla çay süfrəsində doğum günümü qutladım.
Bundan artığına imkan yox idi.
Gecə başqa bir dostum kirayə qaldığı mənzilə dəvət elədi.
Xeyli içib ağladım və təkliyin əslində necə çətin olduğunu o zaman dərk elədim.
Artıq 2 aydan artıq idi ki, işsizdim.
Borclardan əlavə fırıldaqçıya ilişib böyük məbləğdə ziyana düşmüşdüm.
Bütün əsəblərim gərgin idi.
Ev yiyəsinə, qonşuluqdakı dükana, dost-tanışa borcum olduğundan gizlənməyə yer axtarırdım.
Üstəlik hər gün daha çox darıxır, Ayhanımı görmək istəyirdim.
Bu çətinliklərlə savaşdığım günlərdə qəzetlərin birindən iş təklifi gəldi.
Yaxın dostlarımdan biri məni öz yanında işləməyə çağırırdı.
***
Yeni işim ürəyimcə olsa da, burda daha çox pulsuzluğu hiss edirdim.
Tanışlardan aldığım pulla demək olar ki, hər gün içir evə sərxoş qayıdırdım.
Ev yiyəsi kirayə haqqını, dükan yiyəsi və digərləri borclarını, məhkəmə alimenti tələb edirdi.
Üstəlik fırıldaqçıya ilişib böyük məbləğdə borcla yüklənmişdim.
İşə düzəldiyim iki həftə təzəcə tamam olmuşdu.
Borc alıb Ayhanı görmək üçün Gəncəyə yollandım.
Oğlumla görüşüb Bakıya qayıdandan sonra daha çox qərarlı olmuşdum.
Düşünürdüm ki, oğluma daha lazım deyiləm.
Yanında ola bilməməyim bir yana, üstəlik heç bir dəstək də verə bilmirdim.
Boşanandan sonra hər ay borc alıb göndərdiyim pullar rəsmi yolla göndərilmədiyindən məhkəmədən bütün günü zəng edib əsəbiləşdirirdilər.
Hamı pul istəyirdi.
Bəziləri isə təkcə pul istəmir, həm də borcunu almaq üçün şantaja əl atırdı.
Ailəmlə bütün əlaqələrimi kəsmişdim.
Artıq sonuncu damla da səbr kasasından daşmışdı.
***
Dalbadal bir neçə gün dükandan nisyə aldığım araqdan içib intihar planları qururdum.
Məktuba qədər yazıb hazırlamışdım.
O gecə isə sevgilimdən başqa məni tanıyan hər kəsə bir vida mesajı yazdım.
Qazı açıb, qapı-pəncərəni bağlayıb özümü qazla zəhərləməyə qərar verdim.
Bir saata qədər araq içə-içə boğulacağımı gözləsəm də heç nə dəyişmirdi.
Yastı-yapalaq evin dörd yanından qaz uçub gedir, mənə heç bir təsiri olmurdu.
Sərxoşluğum artıqca planımı həyata keçirmək üçün qətiyyətim də artırdı.
Ülgüc və yenə də biləklərim....
Çarpayıma uzanıb yavaş-yavaş ölümü gözləməyə başladım.
Yatağım qan içində idi.
Artıq tamam keyimişdim.
Qapının döyüldüyünü hiss edəndə bayıldım.
Ayılanda qardaşlarım, atam, dostlarım, ev yiyəsi başımın üstündə dayanmışdı.
Polisin işə qarışacağından qorxub həkim çağırmadılar.
Qardaşlarımın kirayə qaldığı evə gətirib yaralarımı sarıdılar.
Ayhanın şəkillərini gördüm atamın əlində.
Deyəsən, kirayə qaldığım evdən götürmüşdü.
Ayhanın gözləri məni ittiham edirdi.
İlk dəfə idi ki, intihar cəhdindən sonra utanırdım.
Və ilk dəfə idi ki, bütün cəhdlərin son çıxış yolu olmadığını düşünürdüm.
***
Bu yazını yazanda daha çox inanıram intiharın çıxış yolu olmadığına.
Bu gün borcum olsa da, onu yavaş-yavaş, hissə-hissə qaytarmağa gücüm çatır.
Aylarla üzünü görməsəm də, günlərin bir günü Ayhanıma qovuşdum, bir həftə Bakıda yanımda saxladım.
İndi hər ay ona pul göndərmək, tez-tez zəng eləmək imkanım var.
Heç vaxt ödəyə bilməyəcəyimi düşündüyüm borclarımı ödəyib qurtarmışam.
Həyatdan daha böyük gözləntilərim var.
Tez-tez Nazim Hikmətin bir şeirini pıçıldayıram:
“Yaşamak şakaya gelmez
Büyük bir ciddiyyetle yaşayıcaksın...”
İndi həqiqətən böyük bir ciddiyyətlə yaşayıram.
Oğlum Ayhan və bütün uşaqlar üçün dünyamızın yaxşı olması üçün nə isə eləməyə çalışıram.
Yəqin ki, yaxın vaxtlarda biləklərimdəki çapıqları aradan qaldırmaq üçün cərrahiyyə əməliyyatına da girəcəyəm.
Keçmişim əzab verir xatırladıqca.
***
Yazını bitirib saata baxıram.
Gecə saat 03:56.
Bayırda narın yağış yağır, külək əsir.
Atasına qonaq gəlmiş Ayhan kim bilir neçənci dəfədir yorğanı təpikləyib üstünü açır.
Üzündən öpmürəm ki, ayılar.
Şəkərburaya oxşayan bapbalaca ayaqlarından öpüb bayıra çıxıram, boz bulanıq səmaya baxıb siqaret sümürmək üçün.
“Yaşamak şakaya gelmez”- deyə düşünürəm...
Cəlil CAVANŞIR

1585 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024