Ədəbiyyatın əbədi zirvəsi və ya Gəncədən Konyaya uzanan yollar
5 avqust 2011
13:55
Gəncə ədəbi mühitindən söhbət açılanda istər-istəməz ilk öncə böyük Nizami yada düşür. Bütün bəşəriyyəti heyrətdə qoyan Nizami...
Bütün bəşəri duyğuları əsərlərində cəmləşdirən, ona görə də bəşəriləşən Nizami. Gəncədə doğulan, Gəncədə yaşayıb-yaradan, özü ilə, sözü ilə Gəncəni də ucaldan və insanlığın fövqündə duran Nizami.
Hərdən fikirləşirəm ki, Nizamidən başqa sənətkar və şairləri olmasaydı belə, yenə də təkcə Nizamisi ilə Gəncə ədəbi mühiti, dəyərli və müstəsna olardı.
870 ildir Nizami ədəbiyyatın əbədiyyət səhifəsində ən zirvədə qərar tutub. Özünün poetik, idrakla təfəkkürün vəhdətindən irəli gələn əsərlərinin qalibiyyət bayrağını bütün kainat üzərində dalğalandırır. Özü də heç vəchlə özünün nəinki unudulmasına, hətta az da olsa ondan uzaqlaşmasına yol vermir. Nizaminin dediyi kimi, “Yüz illər keçsə də, sorsanız o hardadı, misralarım deyəcək o burdadı”.
Mənə elə gəlir ki, Nizamidə ilahidən, Haqdan gələn elə bir sirr, elə bir möcüzə var ki, hələ heç kim bunu aça bilməyib.
O, Gəncədə doğulsa da, Azərbaycan xalqına məxsus olsa da, bir çox xalqlar, millətlər onu özününküləşdirməyə cəhd edir. Çünki onun əsərləri bütün dünya poeziyasına öz “Nizami” möhürünü vurub.
Əvvəllər hər il Gəncədə “Nizami poeziya” günü keçirilirdi. Vaxtilə bu poeziya gününə dünyanın hər yerindən sənət adamları gəlir və bu törən şan-şöhrətli bayrama, Nizami bayramına çevrilirdi. Son illər isə sanki bir laqeydləşmə, biganəlik hiss olunur. Bu poeziya bayramı Nizamiyə yaraşmayan sadəliklə, adi “poeziya günü” kimi keçirilir. Bəzən düşünürəm ki, ola bilsin bu, cəmiyyətin keçid dövrünü yaşamasında irəli gəlir. Amma bu münasibət mənim ürəyimdə kədərə, nisgilə çevrilib.
Elə bil ki, bu “nisgilim” Nizami ruhuna əyan olmuşdu. Tez-tez bu “nisgilim”lə məni imtahana çəkirdi.
Bu yaxınlarda çoxdandır arzusunda olduğum səfər gerçəkləşdi. Böyük türk şairi və mütəfəkkiri Cəlaləddin Ruminin Konyadakı türbəsini ziyarət etmək mənə nəsib oldu. Uzun illərdir onun: “Kim olsan da gəl”, - çağrışı mənə rahatlıq vermirdi və onun yaşadığı Konya şəhərinə girər-girməz məni izahı mümkün olmayan duyğular bürüdü. Mənə elə gəldi ki, məni kimlərsə qarşılayıb “xoş gəldin”, - dedilər. Bu kimlərsə “kim deyildi”, bəs nə idi? - izahı yoxdur. Elə bil ki, mənim istəyimdən onlar xəbərdar idilər...
Mən, “Rumi” türbəsi deyiləndə kiçik bir məkan düşünürdüm. Lakin qarşılaşdığım mənzərə məni heyrətə salmışdı. Sanki kiçik bir şəhərə - Rumi dünyasına aid olan bir şəhərə daxil olduq. Orada hisslərimin necə tüğyan etməsinin izahını sözlə ifadə edə bilmərəm. Söz burda qüvvədən düşüb, xəcalətli qalar. O an düşündüm ki, Nizami məqbərəsinə ilk dəfə gedəndə də bu hissləri keçirmişəm. Bir daha inandım ki, əbədiyyət ruhları və ya “diri ruh” var... Onlardır mənə təsir edən...
Mövlanə Rumi şəhərciyi böyük bir sahəni əhatə edir. Şəhər-kompleksdə yalnız onun deyil, onu əhatə edən yaxınlarının, işçilərinin, sənət dostlarının, doğmalarının qəbri vardır. Onun bütün fəaliyyətini göstərən ayrı-ayrı, amma bitişik otaqlar, onun məşhur “Səma” rəqsinin öyrədilməsi elementləri, onun muzeyi, ona aid olan əşyaların, kitablarının, onun sələf və xələflərinin əsərlərinin satış mağazası və gələn ziyarətçilər üçün yeməkxana, mehmanxana və s. vardır. Hər guşədə ney səsi, yəni “Səma” rəqsinin həzin melodiyası eşidilirdi.
Bütün bu tarix və müqəddəs ruh dolu kompleksi seyr edərkən, xəyalən gözümün qabağına Nizami məqbərəsi gəldi. Mən buradakı ehtişamı xəyalən Gəncəyə köçürdüm və gördüm ki, “Nizami şəhərciyi” daha möhtəşəm, daha cazibəli, daha qeyri-adi görünüşə malik oldu. Həmin anlarda Gəncəyə yeni təyin olunan, qurub-yaratmaq eşqi ilə yaşayan icra başçısı cənab Elmar Vəliyevi xatırladım. Bəlkə... Bəlkələr məni, beynimi, hissimi, təfəkkürümü işğal edib, məni əsir etdi.
Bəlkə elə Nizami ruhu onu Gəncəyə gətirib? Bəlkə bu missiya onun alın yazısıdır. Elə ordaca inandım ki, xəyalımda canlanan “Nizami şəhərciyi” öz həqiqət adlanan libasını geyinib, gerçəkliyə çevriləcək.
Bu mütləq olacaq... Bu, tarixi bir salnaməyə çevriləcək. Bu tarixi salnaməni yaradan, bu missiyanı yerinə yetirən insan, ömürlük tarixin yaddaşına həkk olunaraq, Nizami ruhunun istəklisinə, məhəbbətinə çevriləcək. Eşq olsun belə istəyə, belə məhəbbətə. Buna nail olan insan nə bəxtiyardır.
Düşündüm ki, bəlkə də Gəncə və Konya dünyanın doğduğu ekiz qardaşlardır. Birinin balası Nizami, o birinin balası Cəlaləddin Rumidir.
Ertəsi gün Ankarada TRT-AVAZ telekanalına dəvət aldım. Aparıcının suallarını ixtiyarsız olaraq Gəncə-Konya ünvanına köklədim. Böyük Nizamidən, Gəncədən, Gəncədəki yeni işgüzar mühitdən, Konyadan, Cəlaləddin Rumidən danışdım. Elə bil bütün bunları kimsə qeybdən diqtə edir, mənsə təkrar edirdim. Bəlkə... Yenə bəlkə. Bəlkə bu iki böyük sənətkarın əbədiyyət yaddaşları idi məni danışdıran...
Mən tamamilə ayrı mövzu – Gəncə ədəbi mühiti haqqında danışmaq istəyirdim. Öz-özümə fikirləşdim ki, Nizami ruhunun dolaşdığı Gəncə öz ədəbi mühiti, öz ədəbi yetirmələri ilə hər zaman irəlidə, öndə olacaq. Hətta bu şəhərdə müvəqqəti yaşayan sənət adamları da əbədiyyət möhürünün daşıyıcıları olacaqlar. Çünki onların hər birinin ruh aləmi Nizami dünyası ilə təmasda, əlaqədə olubdur. Onların ruh aləminin zərrəciyi ilə, Nizaminin əbədi ruh zərrəciyi qoşalaşıb, biri-birindən güc, qüvvət alıblar. Mir Cəlal Paşayev, Nigar Rəfibəyli, Altay Məmmədov, Bağır Bağırov, Sabir Hacıyev, Nəriman Həsənzadə, Qərib Mehdi, Fəridə Əliyarbəyli, Məmməd Alim, Bahadur Fərman, Rübail, Aləmzar Əlizadə, Sahib Axundlu, Aydın Murovdağlı, Nüşabə Məmmədli, Rəfiqə Sadıqova, Fərruxə Pərişan, İradə Aytel, İnqilab İshaq, Ümbülbanu, Ələsgər Əli oğlu və s. şair və yazıçılarımız, ədiblərimiz öz əsərləri ilə ədəbiyyat tarixində özlərinə layiqli yer tutmuşlar. Onların hər birinin yaradıcılığı haqqında epopeya yazmaq olar. Bu isə başqa bir məqalənin mövzusudur.
Bircə onu deyə bilərəm ki, dünyasını dəyişənlər Allahın rəhmətində olsunlar, qalanlara isə onlara öz kövrək dünyalarında ümid ağaclarının barını dərmək qismət olsun.
Böyük Nizaminin bu beyti ilə təəssüratlarımı yekunlaşdırmaq istəyirəm.
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Gəl, gəl dedin, gəlmişəm
(Cəlaləddin Rumi türbəsi önündə)
Heç bilmirəm ağlayımmı, gülümmü?
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
Bu qisməti bir möcüzə bilimmi?
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
İndi budu əsim-əsim əsirəm,
Həyəcandan gah ağlayıb, susuram.
İdrakına, təfəkkürünə yesirəm,
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
Türbən önü diz çökərək huşlandım,
Ruhun ilə təmas anı başlandı.
Deyəmmirəm hansı hislər yaşandı,
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
Həyatımın bu anları nağıldı,
Burda yeni bir Xəzangül doğuldu.
Bura behişt, bir çəmənzar bağ oldu,
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
Xəyalımda kainatı dolaşdım,
Gah Nizami türbəsinə yol aşdım.
Gah Mövlana məzarına qol açdım,
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
Ney səsinə, “Sənsiz”liyi köklədim,
Səma boyu bulud olub tök dedim.
Bu ilahi duyğuları ək dedim,
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
Eheyy Gəncəm, arzum, eşqim, diləyim,
Sən tərəfə atlanıbdı ürəyim.
Konya ilə, səni qardaş görəydim,
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
Ey dünyanın yaddaşında qalanlar,
Ey Mövlana Nizamidən salamlar.
Gəncə adlı tarixi var, kəlam var,
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
İki türkün, iki təkin biriyəm,
Biri Gəncə, biri Konya yeriyəm.
Mən dünyanın əbədiyyət şeriyəm,
Gəl, gəl dedin, Ya Mövlana, gəlmişəm.
Xəzangül
Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvü

1311 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024