Qəhvəyi paltolu kişi - HEKAYƏ
26 iyul 2011
06:07
Napoleon döyüşə at belində girdi.
İsgəndər döyüşə at belində girdi.
General Qrant atından düşdü və meşədə gəzişdi.
General Hindenberq təpənin üstündə dayandı.
Ay səmaya kolluqların arxasından qalxdı.
* * * * *
Mən insanların etdikləri haqqında tarix yazıram. Cavan olmağıma baxmayaraq, bu qəbildən olan üç tarixçə yazmışam. Artıq üç yüz min, dörd yüz min söz yazmışam.
Arvadım haradasa buralarda bir işlə məşğuldur, mənsə artıq neçə saatdır ki, oturub yazıram. O, hündürboy, saçı yavaş-yavaş ağarmağa başlayan qara saçlı bir qadındır. Bir dinləyin, o, indi pilləkənlə asta-asta yuxarı qalxır. Arvadım bütün günü belə asta-asta yeriyir və ev işlərini görür.
Mən bu şəhərə Ayova ştatındakı başqa bir şəhərdən gəlmişəm. Atam zəhmətkeş insan idi − ev rəngsazı. O, mənim qədər inkişaf edə bilməmişdi. Mən ali təhsil alıb tarixçi oldum. İndi yaşadığımız ev özümüzündür. Artıq üç şəxsiyyətin həyat tarixçəsini yazmışam. Ştatların necə qurulduğunu, döyüşlərin necə baş verdiyini təsvir etmişəm. Kitablarımı kitabxana rəflərinin üstündə düppədüz dayanmış halda görə bilərsiniz. Onlar lap qarovul kimi dururlar.
Boyum elə arvadımınkı qədərdir, ancaq azacıq qozbeləm. Baxmayaraq ki, çox cəsarətlə yazıram, əslində, utancaq biriyəm. Xoşlayıram ki, işlədiyim vaxt bu otaqda tək olum, qapım da örtülü olsun. Burda xeyli kitabım var. Millətlər bu kitabların içində o yana-bu yana addımlayırlar. Otaqda sakitlikdir, amma kitabların içində durmadan ildırım çaxır.
* * * * *
Napoleon təpədən enib döyüşə girir.
General Qrant meşədə gəzişir.
İsgəndər təpədən enib döyüşə girir.
* * * * *
Arvadımın çox ciddi, hətta qəddar baxmaq tərzi var. Bəzən onun haqqında olan düşüncələrim məni qorxuya salır. Günortalar o, evdən çıxıb gəzməyə yollanır. Bəzən mağazalara gedir, bəzən qonşulara baş çəkir.
Bizim evlə üzbəüz sarı rəngli bir ev var. Arvadım yan qapıdan çıxır və bizim evlə sarı evin arasındakı küçə boyunca gedir.
Evin yan qapısı zərblə çırpılır. Bir anlıq gözləmə. Arvadımın sifəti sarı fonda hərəkət edir.
* * * * *
General Perşinq təpədən enib döyüşə girir.
İsgəndər təpədən enib döyüşə girir.
* * * * *
Balaca məfhumlar ağlımda böyüməyə başlayır. Yazı masamın önündəki pəncərə bir şəkil çərçivəsini xatırladır. Mən hər gün gözlərimi ona zilləyib otururam. Nəyinsə baş verəcəyini qəribə bir duyğu ilə gözləyirəm. Əlim əsir. Şəkildə ötüb keçən sifət mənim anlamadığım bir ifadə alır. Sifət üzür, sonra dayanır.
Sifət gah ağlıma gəlir, gah çıxır. O, mənim ağlımda üzür. Qələmim barmaqlarımın arasından düşüb. Ev sükut içindədir. Üzən sifətin gözləri mənə baxmır.
Mənim arvadım bu şəhərə Ohayodakı bir şəhərdən gəlmiş qızdır. Bizim qulluqçumuz var, amma arvadım hərdən özü döşəməni süpürür və bizim birlikdə yatdığımız yatağın döşəkağını dəyişir. Axşamçağılar biz birlikdə əyləşirik, ancaq mən onu tanımıram. Özümü öz içimdən silkələyib çıxara bilmirəm. Mən qəhvəyi rəngli palto geyinirəm, paltomun içindən çıxa bilmirəm. Öz içimdən xilas ola bilmirəm. Arvadım çox nəzakətlidir, yumşaq və aram danışıq tərzi var, lakin o da öz içindən çıxa bilmir.
Arvadım evdən çıxıb. Mənim onun həyatındakı ən əhəmiyyətsiz düşüncədən belə xəbərimin olduğunu arvadım bilmir. Onun uşaq ikən və Ohayo şəhərciyinin küçələrini dolaşarkən nə düşündüyünü də bilirəm. Mən onun şüurunun səsini eşitmişəm. Kiçicik səslərini duymuşam. Onun ehtirasdan özünü unudub qollarıma sarı sürünərkən içindəki qorxu hissinin bağırmasını eşitmişəm. Evlənib bu evə köçdükdən sonra burada keçirdiyimiz ilk gecə zamanı birlikdə oturarkən onun dodaqlarının mənə cəsarət hissini aşılamaq istədiyi vaxt yenidən onun qorxusunun səsini eşidə bildim.
Sarı evin və pəncərəmin yaratdığı çərçivədə öz sifətim göründüyü vaxt, özümü bu otaqda oturmuş vəziyyətdə təsəvvür etmək qəribə olardı. Orada arvadımla görüşmək, onun qarşısına çıxa bilmək gözəl və qeyri-adi olardı.
Mənim şəklimdə yırğalanan qadın sifəti məhz bu an mənim haqqımda heç nə bilmir. Mən də onun haqqında heç bir şey bilmirəm. O, artıq gedib – yol boyunca. Onun şüurunun səsi susmur. Bu otaqda yalnız qalmışam, Allahın yaratdığı istənilən bəndə kimi.
Öz sifətimi bu şəkil üzərində təsəvvür edə bilmək çox gözəl və qəribə olardı. Orada üzən sifətim onun sifəti ilə qarşılaşa bilsəydi, lap elə başqa bir qadın, ya da kişinin sifəti ilə rastlaşsaydı, bu, baş verə biləcək ən gözəl və qəribə hadisə olardı.
* * * * *
Napoleon döyüşə girdi at belində.
General Qrant meşəyə üz tutdu.
İsgəndər döyüşə girdi at belində.
* * * * *
İndi başa salacağam. Bəzən mən bu dünyanın bütün həyatını ağlımda hərəkət edən sifətin içində görürəm. Dünyanın şüursuz sifəti qarşımda sakitcə durub.
Axı mən nəyə görə insanlara içimdən gələn sözləri deməkdə acizəm? Axı niyə bizim birgə həyatımız zamanı mən arvadımla aramızda olan divarı heç vaxt yara bilmədim?
Artıq üç yüz min, dörd yüz min sözdən ibarət mətn yazmışam. Həyata doğru aparan söz yoxdurmu heç? Özümlə danışacağım bir gün gələcək. Elə bir gün gələcək ki, bunu özümə sübut edə biləcəyəm.
İngiliscədən tərcümə: Svetlana Quliyeva

1120 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024