İtaliyada Ramiz Quliyevin diski buraxılıb

İtaliyada Ramiz Quliyevin diski buraxılıb
21 dekabr 2012
# 12:45

Azərbaycanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor, tarzən Ramiz Quliyevin İtaliyada «Tar ilə Dialoqlar» (“Dialogues with the Tar”) adlı yeni diski buraxılıb.

APA-nın məlumatına görə, disk Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliyanın məşhur «Felmey Korso Monkalieri» şirkəti arasında imzalanmış müqavilə əsasında hazırlanıb.

Müqaviləyə əsasən, İtaliyada Azərbaycan mədəniyyətinin təbliği məqsədilə altı diskdən ibarət “Azərbaycanın ənənəvi musiqisi” musiqi albomlarının buraxılması planlaşdırılır. Layihənin müəllifi UNESCO-nun eksperti, musiqişünas Sənubər Bağırovadır.

Qeyd edilib ki, tarzən Ramiz Quliyevin yeni musiqi albomu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görüb və Azərbaycan tar ifaçılığının UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi” siyahısına qəbul olunmasına həsr edilib. Albomun dizayneri Karan Dasvani (İtaliya), koordinatoru Renzo Ponyant (İtaliya), fotoşəkillərinin müəllifi Aqdes Bağırzadə və Bartolomey Bultoviçdir (Polşa). Alboma Azərbaycan bəstəkarlarının tar və digər alətlər üçün yazılmış iri və kiçik həcmli əsərləri və Azərbaycan klassik muğamları daxil edilib. Professor Ramiz Quliyevin ifasında təqdim olunan əsərlər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin simfonik və xalq çalğı alətləri orkestrləri tərəfindən müşayiət olunub.

# 2408 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #