Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar QədirovunAPA-ya verdiyi məlumata görə, yazıçının Rusiyanın “Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” əsəri ilə bağlı etirazını bildirən QHT-lər Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adının, “Şöhrət”, “İstiqlal” ordenlərinin və digər dövlət təltiflərinin geri alınması, onun Azərbaycan vətəndaşlığından məhrum olunmasını tələb edirlər.
- Rusiya PEN-klubu Əkrəm Əylisliyə görə Azərbaycandakı festivalı boykot etdi
- Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu dəfn olunub
- Rafiq Tağının istintaqı dayandırıldı-YENİLƏNİB
V. Qədirovun sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat, habelə şəhid, veteran, qaçqın və köçkün, hərbi-vətənpərvərlik sahəsində fəaliyyət göstərən onlarla digər vətəndaş cəmiyyəti təsisatı yaxın günlərdə bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcək: “Əkrəm Əylisli xalqına iftira atmaq və həqarət etməklə təkcə azərbaycanlılara deyil, bütün insanlığa, bəşəri dəyərlərə xəyanət edib. O, bu xəyanətin hesabını verməlidir”