Rusiya PEN-klubu Əkrəm Əylisliyə görə Azərbaycandakı festivalı boykot etdi

Rusiya PEN-klubu Əkrəm Əylisliyə görə Azərbaycandakı festivalı boykot etdi
18 mart 2013
# 17:08

Rusiya PEN – mərkəzinin icra komitəsi mayın 3-5-də Bakı və Gəncədə keçiriləcək beynəlxalq kitab forumu və ədəbiyyat festivalında iştiraka dəvəti rədd edib.

APA-nın məlumatına görə, qurum öz qərarını Əkrəm Əylislinin “təqib olunması”na etiraz addımı kimi əsaslandırıb: “Azərbaycan xalqının mədəniyyətinə və əsrlərlə davam edən ənənələrinə hörmət edərək və özbaşınalığı və fanatizmi deyil, məhz bu mədəniyyət və ənənələri dəstəkləyərək yazıçının təqibinə etiraz əlaməti olaraq Beynəlxalq Kitab Forumunda iştirakdan imtina edirik”.

Xatırladaq ki, mayın 3-5-də Bakı və Gəncədə Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş “Open Central Asia book forum & Literature festival 2013” beynəlxalq kitab forumu və ədəbiyyat festivalı keçiriləcək. Forum və festival Silk Road Media və Hertfordshire Press (Böyük Britaniya) təşkilatçılığı, Nizami Gəncəvi adına beynəlxalq Mərkəzin əməkdaşlığı ilə keçirilir.

# 2628 dəfə oxunub

Müəllifin son yazıları

# # #