Əfsanəvi müğənnini “qızları öldürüb ətir düzəldən” canlandıracaq

Əfsanəvi müğənnini “qızları öldürüb ətir düzəldən” canlandıracaq
11 dekabr 2013
# 12:59

“Queen” qrupunun mərhum lideri haqqında film çəkilir. Kulis.az gazeta.ru saytına istinadən verdiyi xəbərə görə filmdə Fredi Merkuri rolunu “Ətriyyatçı” filmindən tanınan Ben Uişou canlandıracaq.

Saşa Baron Koenin layihədə iştirakdan imtina etdikdən sonra “Queen”-in üzvləri Uişounu Merkuri rolunda görmək istədiklərini bildiriblər. Filmin rejissoru Dekster Fletçer (“Vəhşi Bill”) olacaq, ssenarinin isə qrupun üzvlərinin iştirakı ilə yazıldığı bildirilir.

33 yaşlı Uişou “Ətriyyatçı” filmindən başqa “Bulud atlası” filmindən də məşhurdur.

Əfsanəvi “Queen” qrupunun lideri Fredi Merkuri 1991-ci ildə 45 yaşında AİDS- fonunda inkişaf edən pnevmaniyadan dünyasını dəyişib.

# 3670 dəfə oxunub

Müəllifin son yazıları

# # #