Fərman Şəkilinin oğlu: “Ölümü qəfil oldu”

Fərman Şəkilinin oğlu: “Ölümü qəfil oldu”
7 mart 2013
# 11:55

«Atam on bir aydır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi”. Bu sözləri aktyor Fərman Şəkilinin oğlu Elvin Abdullayev Kulis.az-a açıqlamasında söyləyib.

Oğlunun sözlərinə görə atasının ölümü nə qədər gözlənilən olsa da qəfil və ağır ölüm oldu: “Xüsusən mənim üçün. O dünyasını dəyişəndə mən hərbi xidmətdə idim, atamın vəfatına görə mənə məzuniyyət verdilər».

Aktyorun Hövsan qəbiristanlığında dəfn olunduğunu deyən Elvin Abdullayev atasına olan laqeydlikdən də gileylənib: “Yalnız dostları, səhnə yoldaşları onunla maraqlandılar, bu günlərdə də bizimlədilər. Nazirlikdən də maraqlanan olmadı. Bu laqeydlik bizə çox pis təsir etdi”.

Oğlu Fərman Şəkilinin son vaxtları haqda da danışıb: “Son işlədiyi teatr Gənc Tamaşaçılar Teatrı idi. Amma Azərbaycan televiziyasında, Moskvada İnter Az, Space, Xəzər TV-də layihələri vardı. Son işlədiyi yer isə Xəzər Televiziyası idi. Atam orada «Komediya səhnəsi» layihəsinin müəllifi idi”.

# 5401 dəfə oxunub

Müəllifin son yazıları

# # #