De Niro, Bred Pitt və Di Kaprio eyni kazino filmində

De Niro, Bred Pitt və Di Kaprio eyni kazino filmində
3 sentyabr 2014
# 12:42

Martin Skorseze Robert de Niro, Bred Pitt və Leonardo di Kaprionu qısametrajlı filmə çəkəcək. Kulis.az-ın milliyyetsanat.com-a istinadən verdiyi xəbərə görə kazino şəbəkəsinin reklam filminin ssenarisini “Uol-strit canavarı”ının müəllifi Terens Vinter yazacaq.

Bu film dörd məşhurun çalışdığı ilk layihə olacaq. De Niro hazırda Anne Hatzvayla birgə “The İnter”in çəkilişlərinə davam edir, Di Kaprio isə Alexandro Qonzales İnyarittuinin “Kabus” filmində çəkilməyə hazırlaşır. Fransadakı evlilikləri ilə gündəmə gələn Bred Pitt və Ancelina Coli cütlüyü “Dəniz kənarında” adlı filmin çəkilişlərinə başlamağı planlaşdırırlar.

# 1723 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #