Pablo Pikasosonun nəvəsi Marina onun şəkillərini gizlincə satırmış.
Kulis.az-ın məlumatına görə bu barədə "The New York Post" qəzeti məlumat yayıb.
Varis öz koleksiyasından rəssamın ən azı 7 rəsmini satıb.
O, Pikassonun birinci arvadı olan nənəsinin - Olqanın portretinə görə (“Qadın portreti”, 1923-cü il) 60 milyon dollar almaq fikrindədir, “Analıq” (1921-ci il) rəsmini isə 54 milyon dollara satır. Marina rəssamın Kanndakı villasını da satmaq istəyir.
Mənbənin yazdığına görə, bununla Marina “keçmişin yaxasını buraxmaq” istəyir. Varis xanım xatırlayıb ki, Pikasso o hələ körpə olanda onun ailəsinə maliyyə yardımı göstərməkdən imtina edibmiş.