Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 5-6 noyabr tarixlərinə planlaşdırdığı “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Kulis.az-ın xəbərinə görə, sözügedən tədbir Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq.
Qeyd edək ki, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının 2.15-ci bəndinə istinadən Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdu.
Kofransda 70-dən artıq ölkədən 150 nəfər qonağın iştirakı gözlənilir. Tədbir çərçivəsində ASSİTEJ və UNİMA təşkilatlarının Milli Mərkəz nümayəndələri ilə görüşləri, habelə, sənət ustaları üçün müxtəlif mövzularda treninqlər keçiriləcək.