Xalq yazıçısı Elçinin əsəri Musiqili Teatrda

 Xalq yazıçısı Elçinin əsəri Musiqili Teatrda
4 fevral 2015
# 10:58

Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediya Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulacaq.

Bu barədə Kulis.az-a teatrdan xəbər verilib.

Tamaşanın bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi isə Nofəl Vəliyevdir. Yazıçının məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət xanım Səlimova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, rəssamı Elgün Vəliyev, baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada əsas obrazları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, Nərgiz Kərimova, Nahidə Orucova, Əkbər Əlizadə, Novruz Əliyev, aktyorlar Möylə Mirzəliyev, Gültac Əlili, Türkel Şabanova və başqaları canlandıracaqlar. Baş qəhrəmanı – Baladadaş obrazını isə teatrın gənc və istedadlı aktyoru Elvin Əliyev ifa edəcək.

# 1656 dəfə oxunub

Müəllifin son yazıları

# # #