İntibah dövrünün şedevri korlanıb

İntibah dövrünün şedevri korlanıb
4 sentyabr 2014
# 11:23

İntibah dövrünün görkəmli rəssamı Rafael Santinin “İsanın çarmıxdan endirilməsi” tablosu Romada, yerləşdiyi muzeyin işləməməsi üzündən ziyan çəkib. Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, altı ay boyunca işləməyən havalandırma sistemi İtaliyanın nəmli və isti yayında intibah dövrünün ən önəmli əsərlərinin birinin deformasiyasına səbəb olub.

Məsul şəxslər əsəri xilas etmək üçün rəsmin yanına nəmi özünə çəkən cihaz quraşdırmaq məcburiyyətində qalıb. Romadakı muzeyin direktoru Anna Coliva hələ may ayında 1997-ci ildə quraşdırılan havalandırma sisteminin sistemin iki aydır ki, işləməməsini söyləmişdi. Sistemin illərlə təzələnmədiyini söyləyən Coliva əsas faktor kimi də bunu göstərib: “Rafaellonun 1507-ci ildə kətan lövhə üzərində çəkdiyi “İsanın çarmıxdan endirilməsi” ni xilas etməyə çalışırıq. Nəmi özünə çəkən cihazın yerləşdirilməsi ilə əsərə dəyən ziyan nisbətən azalıb”

Rafaelin rəsmindən başqa muzeydə Karavaco, Titsian və Rubents kimi rəssamların əsərləri də nəm və isti üzündən təhlükə altındadır.

Sözügedən tabloya ziyan dəyməsi ölkənin zəngin mədəni irsinin qorunması mövzusunu ortaya gətirib. Pompey, Kolizey kimi tarixdə böyük önəm daşıyan mədəni irsin baxımsızlıq üzündən korlanmasından narahatlıq yaranıb.

# 1645 dəfə oxunub

Müəllifin son yazıları

# # #