Uzun müddət alimlər minlərlə il əvvəl çəkilmiş ov təsvir olunan mağara rəsmlərinin kişilərin çəkdiyini güman edirdi. Kulis az.-ın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu mövzuda yeni araşdırmalar meydana çıxıb.
ABŞ-ın Penn Dövlət Universitetinin antropoloq professoru Dean Snou-nun qənaətinə görə bu rəsmləri çəkənlər qadınlar olublar. On il Fransa və İspaniyadakı 20-40 min illik mağaralarda tədqiqat aparan alimin fikrincə, bu sadə sənət nümunələrinin 75 faizə qədəri qadınlar tərəfindən hazırlanıb: “Mağaralardakı rəsmlərin çoxunu qadınlar çəkiblərsə, ovçuluq və yığıcılıq cəmiyyətlərində təxmin ediləndən daha böyük rol oynamış ola bilərlər” – deyə Snou ehtimallarını da bildirib.
Sözügedən tədqiqatlar “National Geographic”-də çap olunub.